»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 09:41
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 28
                      

» Azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyənin Bodrum şəhərində sahibi olduğu "Palmarina" limanı yaxınlığında ada alıb.Hazırda adada inşaat işləri aparılır.

M. Mənsimovun adanı Bakıdakı İçərişəhəri tipində inşa etdirdiyi bildirilir. Adaya "İçərişəhər” adını verən M.Mənsimov orada Bakıdakı Qız Qalasına bənzər qala da tikdirir.

Qoşa Qala qapısı ilə ətrafa açılan qalada dünyanın tanınmış brend restoranları ilə yanaşı Türkiyənin məşhur balıq restoranı da fəaliyyət göstərəcək.

Adanın açılışının iyun ayının ortalarında baş tutacağı, mərasimdə tanınmış ulduzlarının çıxışının nəzərdə tutulduğu bildirilir. Hələlik mətbuatın adadan görüntülər yaymasına icazə verilmir.

Просмотров: 184 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (1)

                      

» 

ABŞ "F-22 Raptor” tipli döyüş təyyarələrini İran sərhədləri yaxınlığına göndərməyə başlayıb.

Bu döyüş təyyarələri ABŞ-ın Fars körfəzindəki müttəfiqlərinin hərbi bazalarına, İran sərhədlərindən 300 kilometr uzağa enir.

"F-22 Raptor” ABŞ-ın ən müasir döyüş təyyarəsidir. "Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən təyyarə "Stels” texnologiyası əsasında hazırlanıb. Bu texnologiya təyyarəni düşmən radarları üçün görünməz edir. "F-22 Raptor” hava döyüşləri üçün nəzərdə tutulub.

Просмотров: 180 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (1)

                      

» Ukraynanın həbsxanadakı keçmiş Baş naziri, "Narıncı Şahzadə” ləqəbli Yuliya Timoşenkonun qızı Yevgeniya Timoşenko anasının səhhətinin sürətlə pisləşdiyini və keçirdiyi aclıq aksiyasının ona pis təsir etdiyini deyib.

Yevgeniya Timoşenko anasının 7 gündür heç bir şey yemədiyini, yalnız su içdiyini deyib. O həmçinin anasının sabahkı məhkəmədə çətinlik çəkəcəyini deyib.

Bu arada isə bəlli olub ki, həbsxana mühafizəçiləri Yuliya Timoşenkonu döyüblər. Timoşenkonun döyüldüyünü əks etdirən fotolar mətbuatda öz əksini tapıb.

Avropa Futbol Çempionatı boykot edilə bilər

Almaniyanın Daxili İşlər naziri Hans-Peter Fridrix bir çox Avropalı liderin Yulya Timoşenkoya qarşı edilənlərə görə, bu ölkədə təşkil ediləcək Avropa Futbol Çempionatını boykot edə biləcəyini bildirib.

İdman məsələlərindən də ... Читать дальше »

Просмотров: 166 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (2)

                      

» verilib.

"Facebook” da "Yahoo”-ya cavab olaraq bəyanat verib və şirkətin iddialarıyla razı olmadıqlarını və özlərini müdafiə edəcəklərini bildirib.

Qeyd edək ki, mart ayında "Yahoo” "Facebook”-u texnologiyaları ilə bağlı 10 patent hüququnun pozulması ittihamlarıyla məhkəməyə vermişdi.

Просмотров: 171 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (1)

                      

» Paytaxtın nəqliyyat infrastrukturu may ayında keçiriləcək "Avroviziya-2012” mahnı müsabiqəsi ərəfəsində ölkəmizə gələcək qonaqların qarşılanması və onların nəqliyyat vasitələri ilə təmin edilməsi üçün hazırdır.

Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib. Görülən tədbirlərə avtomobil yollarının vəziyyəti, yol nişanlarının qoyulması, müvafiq istiqamətlər üzrə xüsusi marşrut sxemlərinin işlənib hazırlanması, Bakıya gələn rəsmi qonaqların və turistlərin avtobus və taksilərlə daşınması ilə bağlı hərəkət sxemləri, xüsusi taksi dayanacaqlarının yaradılması, sərnişin daşımalarının tənzimlənməsi məqsədilə dispetçer məntəqələrinin təşkili məsələləri də daxildir.

"Avroviziya-2012” ərəfəsində 130-a yaxın müasir mikroavtobus, eləcə də digər minik maşınları müsabiqə iştirakçılarının və qonaqların xidmətində olacaqdır. Avt ... Читать дальше »

Просмотров: 162 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (1)

                      

» Çox qəribədir ki, bu elanların ardı-arası kəsilmir. Belə görünür ki, nə qədər həyat var, itmələr və tapmalar da mövcud olacaq.

Sənəd itirmək bir problemdirsə, onu tapıb ləngitmədən sahibinə qaytarmaq da insanlıq nümunəsidir. Kimisi tapdığı sənədi sahibinə bir "çox sağ ol”a, kimisi də müəyyən "şirinlik” müqabilində qaytarır. Ancaq təcrübə göstərir ki, "şirinliyi” "çox sağ ol”dan üstün tutanlar daha çoxdur. Bakı şəhərində itən əşyaların ən çox tapıldığı yerlərdən biri də Bakı Metropolitenidir. Metropolitenin elə bir stansiyası yoxdur ki, orada kassaların vitrinlərinə tapılmış sənədlər vurulmasın. Hər stansiyada ən azı 3-4 tapılmış sənədə rast gəlmək mümkündür. Çox qəribədir ki, bu sənədlər bir müddətdən sonra oradan götürülür və yeniləri ilə əvəz olunur. Bəs Bakı Metropolitenində tapılmış sənədlərin aqibəti necə olu ... Читать дальше »

Просмотров: 162 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

"Barselona” futbol klubunun baş məşqçisi Xosep Qvardiola ispan klubunu tərk etdikdən sonra Londonun "Çelsi” klubuna başçılıq edəcəyi barədə məlumatları təkzib edib.Qvardiola bu bəyanatı idman mətbuatında onun London klubu ilə müqavilə bağlayacağı barədə informasiya yayılmasından sonra verib.

Məşqçi "Çelsi”yə keçəcəyi barədə şayiələri şərh edərkən bildirib ki, London klubuna başçılıq etməyi doğru saymır: "İngilis klubu ilə müqavilə bağlamağım Çempionlar Liqasında "Çelsi”yə uduzaraq mübarizəni dayandıran "Barselona”ya qarşı hörmətsizlik olardı”.

Qvardiola onu da bildirib ki, komandanı tərk edəcəyi ilə bağlı rəhbərliyə hələ 2011-ci ilin oktyabrında xəbərdarlıq edib. O, "Barselona” ilə vidalaşandan sonra nə edəcəyini hələ dəqiqləşdirmədiyini, amma məşqçilik fəaliyyətindən bir qədər aralanmaq istədiyini vurğulayıb ... Читать дальше »

Просмотров: 174 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                       

» 

"Eurovision” Mahnı Müsabiqəsi 2012-də ölkəsini "Crno i Belo” mahnısı ilə təmsil edəcək makedoniyalı müğənni Kaliopi hər kəsi yarışmanın ikinci yarımfinalına baxmağa dəvət edib. Çünki müğənni səhnəyə məhz ikinci yarımfinalda çıxacaq. Kaliopi tamaşaçılarla zarafat da edib. "İngilis dilini pis bilirəm, mahnımı isə öz doğma dilimdə oxumuşam, siz başa düşməyəcəksiz, amma narahat olmayın. Mən sizə ürəyimi verəcəm, siz də mənə səs göndərəcəksiniz” – deyə Kaliopi bildirib.

 
Просмотров: 256 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (1)

                      

» 

Bunu XeberdarOlaq-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə görə, bu hərəkət xətti bulvarın yeni uzadılmış hissəsindədir. Velosipedlərin hərəkəti üçün yol iki zolaqlı olacaq. Hər zolağın uzunluğu təxminən 2 kilometr olacaq.

Velosipedçilər ümumilikdə 4 km uzunluğu olan hərəkət zolağında maneəsiz hərəkət edə biləcəklər. Bu xətdən istifadə ödənişsiz olacaq. Bulvara velosipedlə gələn insan üçün xüsusi işarə də qoyulacaq.

Nazim Məcidov deyib ki, ölkə Prezidentinin aprelin 27-də verdiyi sərəncamla Bulvar İdarəsinə ayrılmış 5 milyon manat maliyyə vəsaiti Dənizkənarı Bulvarın genişləndirilməsi ilə bağlı aparılan yenidənqurma və abadlaşdırma işlərinin tamamlanmasına sərf ediləcək.

Rəis müavinin sözlərinə görə, "Eurovision-2012” Mahnı Müsabiqəsi ilə əlaqədar bulvarda çalışan ... Читать дальше »

Просмотров: 185 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (1)

                      

» 

Azərbaycan Prezidenti İlham Əliyev Ziya Məmmədovun "Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Azərtac-ın məlumatına görə, Z. Məmmədov bu təltifə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə layiq görülüb.

Z. Məmmədov 1952-ci ildə anadan olub. Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda başlayıb.

Dövlət Dəmir Yolu sistemində uzun illər müxtəlif vəzifələrdə çalışıb.

1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib.

2002-ci ildən isə nəqliyyat naziri vəzifəsində çalışıb.

Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.

Ailəlidir, 2 övladı var.

Просмотров: 154 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

spaniyanın "Barselona” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.


Məlumata görə, bu barədə klubun prezidenti Sandro Rossel aprelin 27-də keçirilən mətbuat konfransında açıqlama verib.

Rossel bildirib ki, bu, mövsümün sonunda istefa verəcək Xosep Qvardiolanın köməkçisi Tito Vilanovadır. Qvardiola iyunun 30-da başa çatacaq müqaviləsini uzatmaqdan imtina edib. 41 yaşlı mütəxəssis qərarını belə əsaslandırıb: "Mən həmişə qısa müddətli müqavilələr bağlamağa can atmışam. Çünki "Barselona”da tələblər çox yüksəkdir. Biz son bir həftədə iki yarışda məğlub olmuşuq. Ona görə də qərarımı açıqlamağın əsl vaxtıdır. Səbəb çox sadədir. "Barselona”nın baş məşqçisi olduğum 4 il ərzində çox yoruldum. İnanıram ki, yeni baş məşqçi daha "Barsa”ya verə bilmədiyimi komandaya bəxş edəcək”.

Просмотров: 151 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

Payızda Nəqliyyat Nazirliyi Bakıda müasir parkinq sisteminin yaradılması üzrə tender elan edəcək.


Bu barədə tenderdə iştirak etmək istəyən şirkətdəki mənbə bildirib. Onun sözlərinə görə, bu layihəyə müasir informasiya-telekommunikasiya sistemləri əsasında işləyəcək 100-ə yaxın park daxil olacaq: "Tender ilin ikinci yarısında, çox güman ki, payızda elan ediləcək”. Onun sözlərinə görə, layihə 1,5 il ərzində reallaşdırılacaq. /

Просмотров: 163 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (1)

                      

»

Avropa Komissiyası və Azərbaycanın "Transxəzər" qaz kəməri üçün zəmanət üzrə danışıqları 2012-ci ilin ortalarında başa çata bilər.

Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə cümə günü jurnalistlərə Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə ali komissarı Günter Ottinger "Rusiya-Aİ enerji dialoqu: qaz aspekti" konfransında bildirib.

"Zəmanət vermək Avropa Komissiyasının vəzifəsi deyil, bizim vəzifəmiz işi təşkil etmədkir", - o deyib.

Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin "Transxəzər" qaz kəmərinin çəkilməsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparması haqqında qərarından təəssüfləndiyini bildirib. Belə ki, o, Xəzər hövzəsində bu gün mövcud olan real beynəlxalq-hüquq və geosiyasi şərait nəzərə alınmadan qəbul edilib. 

Просмотров: 155 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, iclasda "Şuşa şəhərinin işğalının 20 illiyi haqqında” məsələ də müzakirə olunacaq.

Belə ki, iclasda Şuşa şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalının 20 illiyi ilə bağlı müzakirələr aparılacaq, həmçinin qərar qəbul olunacaq. A. Təvəkküloğlu hazırda qəbul olunacaq qərar layihəsinin üzərində iş aparıldığını vurğulayıb.

Qeyd edək ki, sessiyada ümumilikdə 6 məsələ müzakirə ediləcək.

Просмотров: 156 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

O, Kiyevdə gündəlik qəzetlərdən birinin redaksiyasında pərəstişkarları ilə onlayn görüş keçirib. Səbinə Babayeva 1 saat müddətində fanatlarının və media mənsublarının çoxsaylı suallarını cavablandırıb. O, mayın 26-da «Baku Crystal Hall»dakı böyük şouya hazırlıq, ölkə təmsilçisi seçilənədək keçdiyi yol və və ailəsi haqqında danışıb. Səbinə müsabiqədən sonrakı həyatına dair bəzi kiçik sirləri də tamaşaçıları ilə bölüşüb: "Eurovision” çox böyük layihədir. O, çoxlu güc, qüvvə və fədakarlıq tələb edir. Hələlik bütün diqqətimi yalnız müsabiqəyə yönəltmişəm. Lakin müsabiqədən sonra Azərbaycanın milli mənəvi sərvəti olan muğamı mükəmməl öyrənmək istəyirəm”.
Bundan əlavə ölkə təmsilçimiz 2002-ci ildən 2007-ci ilədək yazdırdığı mahnıları bir musiqi albomunda toplamağı planlaşdırır. Hətta alboma özünün bəstələdiyi ma ... Читать дальше »

Просмотров: 172 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

Kan prezident seçkilərində namizədliyinin uğursuzluğa düçar olmasına səbəb olan skandalın arxasında Sarkozi və onun partiyası Xalq Hərəkatı uğrunda Birliyə yaxın şəxslərin durduğunu deyib.

Kana görə, onun mayın 14-də tələsik həbs edilməsi və istintaq prosesinin bu qədər geniş şəkildə ictimailəşdirilməsi təsadüfi deyil və siyasi məqsədlər güdür. Kan həmçinin Sarkozinin agentlərini onun telefon danışıqlıqlarına qulaq asmaqda ittiham edib.

Qeyd edək ki, Kan məlum qalmaqala qədər Fransada keçiriləcək prezident seçkilərinin əsas favoritlərindən biri hesab edilirdi.

Просмотров: 194 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

Bakıda keçiriləcək "Eurovision 2012” mahnı müsabiqəsinin aparıcıları məlum olandan bəri 3 aparıcıdan biri olan Nərgizin kimliyi hər kəsdə maraq oyadıb. Digər aparıcılar Eldar Qasımov və Leyla Əliyeva artıq yetərincə məşhur olduqlarından Nərgiz Birk-Peterseni yaxından tanımaq istədik. Nərgizin siması tamaşaçıya 25 yanvarda Bakıda keçirilən "Eurovision-2012” Mahnı Müsabiqəsinin püşkatmasından tanışdır. Amma iki həftə öncəyədək adı və soyadı Azərbaycan auditoriyasına belə tanış olmayan Nərgizin kimliyi haqqında artıq müxtəlif fikirlər səslənir. Onun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin doğma qızı olduğu da yazılıb. Bütün bunlara aydınlıq gətirmək üçün ANS PRESS Nərgiz Birk-Petersenlə müsahibə edib:

-Nərgiz xanım, deyilənlərə görə Məleykə Abbaszadənin qızısınız. Bu doğrudur?< ... Читать дальше »

Просмотров: 167 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (2)

                      

» 

Dəməşqdə Zeyn əl-Abidin məscidi yaxınlığında müxalif kamikadzenin özünü partlatması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu gün səhər saatlarında Dəməşqdə iki partlayış da törədilib. Hələb şəhərinin Əl-Ansari rayonunda partlayıcı qurğunun işə salınması nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları və mülki şəxslər xəsarət alıblar

Просмотров: 191 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                       

» 

Fransa prezidenti Nikola Sarkozi hər fürsətdə Türkiyəni qaralamağa davam edir.

Fransada prezident seçkilərinin ikinci turuna bir həftə qalmış Sarkozi seçicilərinə məktub yazıb. Birinci turda 34 səhifəlik məktub yazan Sarkozi bu dəfə 3 səhifə ilə kifayətlənib. İlk məktubunda Türkiyənin AB üzvlüyü ilə bağlı birbaşa açıqlama verməyən Sarkozi bu dəfə "Türkiyə AB-yə girə biləcək qabiliyyətdə deyil" deyib.

Sarkozi eyni zamanda sosialist namizəddən fərqli olaraq əcnəbilərə səsvermə haqqının verilməsinə qarşı olduğunu söyləyib.

 
Просмотров: 157 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

Bu barədə şirkətin açıqladığı maliyyə hesabatında bildirilir.

Hesabat dövründə "Daimler”in gəlirləri 9,2% artaraq 27,01 mlrd. avroya yüksəlib. Avtomobil satışında 9% (502 min ədəd) artım qeydə alınıb. "Mercedes” markalı minik avtomobillərinin satışı isə 9%-lik artımla rekord səviyyəyə çatıb - 338,3 min.

Просмотров: 220 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (1)

                      

» 

"Nou Kamp” stadionunda düzənlənən konfransda klub prezidenti Sandro Rosell və idman direktoru Andoni Zubizarreta iştirak edib. "Barselona”nın bütün futbolçuları konfransı canlı izləyib.

Qvardiola açıqlamasında bir müddət əvvəl klub prezidentinə "Barselona”dakı işinin başa çatmaq üzrə olduğunu bildirdiyini deyib: "Barselona”nın nə qədər böyük bir klub olduğunu bildiyimi üçün həmişə qısamüddətli müqavilələr imzaladım. Burda çox gözəl 4 il keçirdim. Payızda prezidentimizə "Barselona”dakı zamanımın sonuna yaxınlaşdığımı bildirmişdi. Və artıq gedirəm. Qərarımın səbəbi çox sadədi. Çünki 4 il uzun müddətdi”.

Qvardiola futbolçulara təşəkkür edib: "Bütün futbolçularıma onlara rəhbərlik etməyimə kömək etdikləri üçün təşəkkür edirəm. Onlarla bu qədər müddət çalışmaq böyük şərəfdi. "Barselona”da işləmək gerçəkdən inanıl ... Читать дальше »

Просмотров: 157 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

»

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin 76,5%-i nömrələrin satışından, 15,8%-i içkilər də daxil olmaqla qida məhsullarının satışından, qalanı isə digər xidmətlərin göstərilməsindən əldə edilib.



Hesabat ilində müəssisələrin xərcləri 0,9% artaraq, 88,7 milyon manat təşkil edib. Xərclərin əsas hissəsini əməkhaqqı xərcləri, içkilərin və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər və əsas fondların amortizasiya xərcləri təşkil edib və ümumi xərclərdəki payları müvafiq olaraq, 20,5%, 16,3% və 13% olub. Nəticədə 2011-ci ildə Azərbaycandakı mehmanxanaların məcmu mənfəəti 26 milyon manat təşkil edib ki, bu da 2010-cu ilə nisbətən 44,4% çoxdur.

Qeyd edək ki, 2011-ci ildə ölkədə turizm infrastrukturunun əsas elementlərindən biri olan 508 mehmanxana və mehmanxana tipli mü ... Читать дальше »

Просмотров: 170 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyinin general-mayor Lənkəran Əliyevə və onun övladlarına qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, nazirliyin iddiası təmin olunub. Birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv edilib.


Qeyd edək ki, nazirlik Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apel ... Читать дальше »

Просмотров: 161 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

Folklor İnstitutunun direktoru Muxtar İmanov jurnalistlərə bildirib ki, İnstitutun əməkdaşları folklor nümunələrinin toplanması üçün Qarabağa ezamiyyətə göndəriliblər.
"Biz bu işə artıq başlamışıq. Bir neçə əməkdaşımız Tərtərə ezam olunub və oradan maraqlı folklor məlumatları toplayıb gətiriblər. Qarabağın digər bölgələrində də bu işlər davam etdiriləcək. Ekspedisiyalar nəticəsində toplanılan materiallar əsasında Qarabağla bağlı azı 3 folklor antologiyası nəşr olunacaq”, – İmanov deyib.
O vurğulayıb ki, bu il, həmçinin həmin materiallar əsasında Qarabağın folkloru və etnoqrafiyası ilə bağlı böyük konfrans təşkil edilməsi nəzərdə tutulub.
İmanov bildirib ki, bundan başqa Qarabağın musiqi folkloru da öyrəniləcək.
"Nəzərdə tutmuşuq ki, Qarabağın xüsusi musiqi albomunu buraxaq. Qarabağla bağlı folklor nümunələ ... Читать дальше »

Просмотров: 161 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

34 kateqoriyada, 102 namizədin yarışdığı anket fevralın 7-də "Ekovitrin” jurnalında və www.ekovitrin.com xəbər saytında başlayıb və 2 ay davam edib.
İlin starlarının münsiflər heyəti hər kateqoriya üçün 3 namizəd müəyyənləşdirib və həmin namizədlər jurnalda və saytda yayımlanan anketdə xalqın səsverməsinə verilib. Anketdə cəmi 251 min 562 səs qeydə alınıb.
Jurnalın "Şərəf” ordeni kateqoriyası isə bu il üç şəxsə verilib. İlin "First Lady”si adına Azərbaycanın birinci xanımı Mehriban Əliyeva layiq görülüb. Bu mükafata layiq görülən digər şəxslər isə beynəlxalq diplomatiya kateqoriyasında professoru Ekmeleddin İhsanoğlu və Londonun bələdiyyə sədri türk əsilli Boris Conson olub.

Просмотров: 140 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

Azərbaycan Qəbələ Radio Lokasiya Sisteminin (RLS) icarə müddətinin uzadılması ilə bağlı Rusiyaya qarşı yeni şərt irəli sürüb. Bu barədə REGNUM agentliyinə danışıqlar prosesinə yaxın mənbə məlumat verib.

Şərtə görə, Rusiya Qəbələ RLS-dən Türkiyə əleyhinə istifadə etməyəcəyi ilə bağlı zəmanət verməlidir. Verilən məlumata görə, tərəflər arasında RLS-in icarə haqqı artıq razılaşdırılıb. Yalnız bu məsələ ətrafında müzakirələr gedir.

Xatırladaq ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş "Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına mal ... Читать дальше »

Просмотров: 142 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

Bu barədə XeberdarOlaq.Ucoz.Com saytına Bakı Şəhər İcra Hakimiyətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu tədbirlərdə münsiflər heyəti qiymətləndirmə aparıb qalibləri seçəcək və daha sonra hər rayon öz nümayəndələri ilə mayın 10-da keçriləcək əsas Gül bayramında təmsil olunacaq. Bunun ardınca isə Dənizkanarı parkda konsert və daha sonra atəşfəşanlıq olacaq. Qeyd edək ki, Gül bayramı hər il mayın 10-da Heydər Əliyev adına Respublika Sarayının qarşısındakı parkda keçirilir.

Просмотров: 202 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (1)

                      

» 

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Robert Bradtke (ABŞ) birgə bəyanatla çıxış ediblər.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə,
bəyanatda həmsədrlərin Azərbaycan-Ermənistan sərhədi boyunca və qoşunların təmas xəttində atəşkəsin pozulması, insanların ölümü və yaralanması ilə nəticələnən son hadisələrdən narahatlığı ifadə olunub.

Bu hadisələrin tərəflərin güc tətbiq etməmək və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli ilə bağlı üzərlərinə götürdüyü öhdəlikləri pozduğu da xatırladılır və prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin 2012-ci il 23 yanvar tarixli bəyanatının ruhuna zidd olduğu vurğulanır: "Həmsədrlər insan həyatının itirilməsi ilə bağlı hər bir hadisəni kəskin şəkildə qınayır və münaqişənin dinc danışıqlar yolu ilə həl ... Читать дальше »

Просмотров: 149 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                      

» 

"Həmzə” ləqəbli Abdullah S. 2007-ci ilin iyun ayından 2010-cu ilin mart ayına qədər PKK terror təşkilatının Avropada qeyri-leqal fəaliyyət göstərən maliyyə bürosuna başçılıq edib, terror təşkilatının "kassası” olub.

Abdullah S. PKK-nın Avropadakı maliyyə əməliyyatlarını idarə edib.

Просмотров: 191 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

                       

» 

 Yapon okeanoloqları dünyanın ən dərin sualtı quyusunu qazmağa nail olublar.
Yaponiyanın sahilində yerləşən Miyaqi prefekturasında qalzılan dəliyin dərinliyi 856,5 metrdir.

Qazılma 6,8 min metr dərinlikdə aparıb. Ümumi dərinliyi isə 7740 metr təşkil edir. Bu da 1978-ci ildə Marian çökəkliyinin dərinliyində amerikalı okeonoloqlarının rekordundan 700 metr artıqdır.

Yapon alimləri həmçinin 2011-ci ilin martında Günəşin doğulduğu yerdə baş verən zəlzələnin səbəblərini araşdırmağa çalışıblar.

Xatırladaq ki, həmin vaxt 15800 insan zəlzələ və ardınca gələn sunaminin qurbanı olmuşdu, 3 mindən artıq insan isə itkin düşmüşdü.

Qeyd edək ki, dünyanın ən dərin 2 quru quyusu Rusiyada yerləşir.

Onlardan birincisi Murmansk əyalətindədə litasferanın araşdırılması məqsədlərlə qazılan Onun dəri ... Читать дальше »
Просмотров: 201 | Добавил: Admin_VuqaR | Дата: 28.04.2012 | Комментарии (0)

Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024