Azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Türkiyənin Bodrum şəhərində sahibi olduğu "Palmarina" limanı yaxınlığında ada alıb.Hazırda adada inşaat işləri aparılır.
M. Mənsimovun adanı Bakıdakı İçərişəhəri tipində inşa etdirdiyi bildirilir. Adaya "İçərişəhər” adını verən M.Mənsimov orada Bakıdakı Qız Qalasına bənzər qala da tikdirir.
Qoşa Qala qapısı ilə ətrafa açılan qalada dünyanın tanınmış brend restoranları ilə yanaşı Türkiyənin məşhur balıq restoranı da fəaliyyət göstərəcək.
Adanın açılışının iyun ayının ortalarında baş tutacağı, mərasimdə tanınmış ulduzlarının çıxışının nəzərdə tutulduğu bildirilir. Hələlik mətbuatın adadan görüntülər yaymasına icazə verilmir.
|