»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 10:00
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 09
                     

 » 


Bakının Nizami rayonu ərazisində yol polisi xidmət zamanı ölümlə üzbəüz qalıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Saməddin Eyvazovu xidmət zamanı maşın vurub.

Hadisə Naxçıvanski küçəsində baş verib. Siyavuş Rzayev idarə etdiyi "BMW” markalı avtomobillə yol kənarında dayanmış DYP əməkdaşını vurub. Polis bədən xəsarəti ilə xəstəxanaya çatdırılıb.

 
Просмотров: 176 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

                    

 » 

Bakıda 14 yaşlı qız itkin düşüb.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayon sakini, 1998-ci il təvəllüdlü Quliyeva Ləman Əbil qızı dünən evdən çıxıb və geri qayıtmayıb.

Məktəbli qızın axtarışı üçün tədbirlərə başlanılıb.


 

Просмотров: 173 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

                   

 » 


Qəbələdə qar uçqununa düşən ovçuların cəsədləri tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, aparılmış əməliyyat xilasetmə işləri nəticəsində bu gün səhər saat 09:30 radələrində itkin düşmüş şəxslərin cəsədləri Qoçqaya adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, aprelin 4-də nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Vəndam kəndinin 3 nəfər sakini - 1990-cı il təvəllüdlü Bayramov Nadir Tahir oğlu, 1991-ci il təvəllüdlü Baxşəliyev Zakir Qəzənfər oğlu və 1992-ci il təvəllüdlü Kərimov Elçin Müharif oğlu martın 30-da ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıblar.

Yaxınları ... Читать дальше »

Просмотров: 178 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

                  

 » 

 Azərbaycan və Rusiya Qəbələ RLS üzrə bir çox fikir ayrılıqlarının aradan qaldırılmasına nail olub və Rusiya ilə RLS-in icarə müddətinin uzadılmasına dair razılaşma tezliklə əldə olunacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan RF Federasiya Şurasının rəhbəri Valentina Matviyenko bəyan edib.

"İki ölkənin Müdafiə və Xarici İşlər nazirlikləri arasında artıq danışıqların bir neçə mərhələsi aparılıb. Normal proses gedir. Bir çox fikir ayrılıqları aradan götürülüb. Bəzi məsələlər qalıb ki, onlar yenidən işlənməli və razılaşdırılmış qarşılıqlı sərfəli həll tapılmalıdır. Ona görə də mən hesab edirəm ki, razılaşmaya nail olunacaq", - Matviyenko bazar ertəsi mətbuat konfransında dey

Просмотров: 259 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

                 

 » 



Azərbaycan, Bakı, 9 aprel /XeberdarOlaq, müxbir V.QuluzaDE/

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi və bəzi maddələr üzrə cərimələrin məbləğinin artırılması intizamlı sürücüləri narahat etmir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, cəzaların sərtləşdirilməsi ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklərlə əlaqədar idarəyə intizamlı sürücülər tərəfindən ünvanlanan çoxsaylı müraciətlərdə cəza tədbirlərinin sərtləşdirilməsi alqışlanır.

Onun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklərin müəyyən qismi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən sürət həddinin aşılması ilə bağlı məsuliyyətin gücləndirməsini nəzərdə tutur.

"Bu gün respublikada baş verən yol ... Читать дальше »

Просмотров: 256 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

                

 » 

Nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnu nəzərdə tutan etibarnamələrin müddəti azaldılıb.

ANN.Az-ın xəbərinə görə, Milli Məclis Mülki Məcəlləyə bununla bağlı dəyişiklik edib.

Dəyişkliyə görə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

Digər etibarnamələr isə müddətsiz veriləcək.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə bir neçə gün əvvəl Trend-ə bildirib ki, bu hal nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı verilən etibarnamələrə şamil olunmayacaq.

Onun sözlərinə görə, nəqliyyat vasitəsinə dair sərəncam vermək dedikdə, nəqliyyat vasitəsinin alqı-satqısı, onunla bağlı qeydiyyat əməliyyatlarının aparılması, texniki parametrlərinin dəyişdirilməsi ilə ... Читать дальше »

Просмотров: 184 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

               

 » 

 İstanbul Univesitetinin professoru Tahir Örgüt ayaqların sağlamlığını qorumaq üçün qadınların 4 santimetrdən uzun dikdaban ayaqqabı geyməmək barədə xəbərdarlıq edib.Ən çox yayılan ayaq xəstəlikləri arasında baş barmağın deformasiyası ən birinci problemdir.Qadınların kişilərə nisbətən ayaq sağlamlığında daha həssas olduğunu deyən professor qadınlara xəbərdarlıq edib: "Özünə baxan, diqqət edən insan ayaq sağlamlığına da həssas yanaşmalıdır. Ayağın ağrıması kimi problemlərin baş verməsində ən birinci səbəb dikdaban ayaqqabılardır. Buna görə də dikdaban ayaqqabıların hündürlüyü 4 santimetri keçməməlidir. Hündürdaban ayaqqabılar onurğa sütununa da mənfi təsir göstərir, o cümlədən baş barmağın deformasiyasına səbəb olur. Qadın üçün ən ideal ayaqqabı əslində geyindiyi zaman özünü rahat hiss etdiyi ayaqqabılardır”.
Просмотров: 1066 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

              

 » 

Darem Universitetinin Şərq muzeyi böyük qarətlə üzləşib. "Associated Press”in məlumatına görə, oğurlanan iki eksponatın dəyəri 3,2 milyon dollar olub.

Muzey əməkdaşlarının sözlərinə görə, qayıq formasında çini heykəlcik və nefritdən hazırlanmış badə oğurlanıb. Sonuncu eksponatın özəlliyi içəri tərəfində yazılmış orijinal şeirdir. Hər iki əşya Tsin xanədanının hakimiyyəti dövründə (1644-1912-ci illər) hazırlanıb. Mütəxəssislər badənin 1769-cu ildə hazırlandığı qənaətinə gəliblər.

Muzeyin kuratoru Kreyq Barklay bildirib ki, soyğunla əlaqədar muzey ekspozisiyasının ziyarətinin müvəqqəti dayandırılması qərara alınıb.

 Yerli polis cinayətin törədilməsində şübhəli bilinən üç nəfər saxlayıb. Amma oğurlanan eksponatlar hələ tapılmayıb.

 
Просмотров: 199 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

             

 » 

Sürücü və köməkçi pilot, dəmir-dümürə dönən avtomobildən sağ çıxıb.

FaktXeber.com-un məlumatına görə, qəza Nürburgring idman kompleksində baş verib. Müxtəlif növ və modellərdən olan avtomobillərin yarışdığı və sürət sınaqları aparılan yolda, döngəyə sürətlə girən Honda CRV markalı cip, sürücünün idarəetməni itirməsi nəticəsində çevrilib. Ən azı 5 dəfə devrildikdən sonra yolun kənarına çıxan avtomobildəki 2 nəfər yüngül sıyrıqlarla xilas olublar.

Ümumilikdə isə 1927-ci ildə tikilən tarixi Nürburgring idman kompleksində bu günə qədər 76 idmançı dünyasını dəyişib.

 
Просмотров: 157 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

            

 » 

 Mərmi magistral yolun Abşeron rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində, yoldan 10-15 metr aralıda tapılıb. Yol polisi əməkdaşları dərhal hadisə barədə MTN, FHN və DİN-ə məlumat veriblər. Bu qurumların mütəxəssislərinin hadisə yerinə baxış keçirəcəyi gözlənilir.
Hal-hazırda mərmi tapılan əraziyə polis nəzarət edir.
Просмотров: 166 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

           

 » 

Müxtəlif əfsanələrin mərkəzində olan rəqəmlər var: 40, 3, hətta uğursuz sayılan 13 və 23. Ancaq heç bir rəqəm 7-nin yanına belə yaxınlaşa bilməz. Türkiyənin "Haberler" portalı 7 rəqəmi ilə bağlı əfsanələri təqdim edir

Göy qurşağı 7 rəngdədir
Dünyanın 7 mövüzəsi var
7 not var
Böyük Ayı bürcü 7 ulduzdan ibarətdir
Dünyada 7 qitə var
Kəbənin ətrafı 7 dəfə təvaf edilir
Qədim yunan sivilizasiyasında 7 ağıılı adamın olduğuna inanılıb
İstirahət günü həftənin 7-ci gününə düşür
Çində müqəddəs 7 element var
İslam dininə görə kainat 7 mərhələdə yaradılıb

 
Просмотров: 284 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

          

 » 


 Bunu Azərbaycan Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib.

Onun sözlərinə görə, bu il ərzində elektron qeydiyyatın aparılması üçün proqram təminatının hazırlanması və tətbiqi nəzərdə tutulur. Elektron qeydiyyat sistemi bu il ilk olaraq, Bakıda pilot seçilmiş bir neçə poliklinikada tətbiq ediləcək. Elektron qeydiyyat sistemi yalnız dövlət ambulator tibbi müəssisələrini əhatə edəcək.

Əsəd-zadə bildirib ki, elektron qeydiyyat tətbiq edildikdən sonra pasiyent internetlə həkimin qəbuluna yazılacaq və növbəsini müəyyənləşdirəcək. Bunun da nəticəsində pasiyent əvvəlcədən müəyyən edilmiş vaxtda həkimin qəbuluna gələcək və öz növbəsində - gözləmədən qəbula girəcək.

"Pasiyent bunun sayəsində qabaqcadan biləcək ki, hansı hakim hansı poliklinikada işləyir və xəstə ... Читать дальше »
Просмотров: 189 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

         

 » 


Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, hadisə Sumqayıt şəhərində Etilen Polietilen zavodunun E-12 şöbəsinin propilen qaz anbarında qeydə alınıb.

Anbara qaz dolduran zaman vətəndaşa məxsus, həcmi 20 kub olan "KamAZ" markalı yük avtomobilində ani partlayış baş verib. Nəticədə avtomobilin çəni dağılıb, yaxınlıqda dayanmış digər "KamAZ" markalı qaz daşıyan avtomobillin ventili zədələnib və ətrafa qaz sızması baş verib. Yanğın hadisəsi və dağıntı olmayıb.

Qəza vəziyyəti aradan qaldırılana qədər yanğın avtomobilləri yanğın-təhlükəsizlik tədbirləri məqsədi ilə hadisə yerində növbə çəkib.

Partlayışın baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

 
Просмотров: 166 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

        

 » 

 İçlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı iyunun 1-dən dayandırılacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində iri dərman istehlakçısı olan şirkətlərinin nümayəndələri ilə keçirilən iclasda bu barədə xəbərdarlıq edilib.

Mərkəzin direktoru Əbülfəz Abdullazadə bildirib ki, bəzi dərman şirkətləri Səhiyyə Nazirliyinin bununla bağlı göstərişinə əməl etmir. İçliklərin Azərbaycan dilində olması ilə bağlı həmin şirkətlərə bir neçə dəfə rəsmi müraciətlər edildiyini deyən Ə. Abdullazadə deyib ki, bu problem 2012-ci ilə öz həllini tapmalıdır. Onun sözlərinə görə, iyunun 1-dək içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının Azərbaycan idxalına icazə verilməyəcək.
Просмотров: 157 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

        

 »   

Azərbaycanın Rusiyadan satın aldığı Mi-35M tipli helikopterlərinin daha bir partiyası Bakıya gətirilib.

Test uçuşlarını başa vurmuş 2 ədəd helikopter aprelin 6-da «Rosvertol» şirkətinin Rostov-Dondakı zavodundan Bakıya yola salınıb.

Hazırda sifariş üzrə zavodda digər helikopterlərin yığılması prosesi davam etdirilir.

Azərbaycanın sifarişi üzrə, ilk 4 ədəd Mi-35M helikopter isə 2011-ci il dekabrın 12-də Azərbaycana göndərilib.

Qeyd edək ki, Mi-35 helikopterləri Mi-24 helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

Helikopter gecə, gündüz, ... Читать дальше »

Просмотров: 667 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

       

 » 

Tanınmış gənc estrada ulduzu Günel Ələkbərova son vaxtlar mətbuatda onun adını hallandıran bəzi həmkarları haqqında açıqlama verib. Hələlik ad çəkməyən müğənni, ilk mesajını üstüörtülü ötürsə də fikirləri çox maraqlıdır: "Kimsə adımdan istifadə etməsin! Bəli, bu tərəfimdən ünvanlanan ultimatumdur. İşi-gücü adımı çəkməkdən ibarət olan, hətta şəkillərimlə özünü reklam edən bir kişi müğənni var. Populyar olmağın yolunu ancaq mənim kölgəmdə görən o sənətçiyə demək istəyirəm, artıq yetər. Axı, nə vaxta qədər olacaq? Heç kimin özəl həyatına müdaxilə etmədiyim halda, kimlərsə gecəni-gündüzə qatıb hər yerdə Günel Ələkbərova deyirlər. Əgər mənim də məqsədim piara yönəlik olsaydı, susmazdım, ad çəkərdim. Bu, mənə yad olan bir şeydir. Çünki bütün qüvvəmi yalnız yaradıcılığa həsr etməkdəyəm. Qoy bəziləri elə məhz məndən örnək götürsünlər. Axı, nə vaxta qədər adımdan reklam ... Читать дальше »

Просмотров: 168 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

      

 » 

Onlar nəyə görə ər-arvadın müəyyən vaxt keçdikdən sonra ayrıldıqlarını anlamağa nail olublar. Həm də burada məsələ heç də psixologiyada deyil. Bu barədə İTAR-TASS məlumat verir. Məlum olub ki, qadın və kişilər A-allel geninə görə bir yerdə yaşaya bilmirlər. Bu gen yalnız qadınlarda aşkar olunub və o, "sevgi hormonu" adlandırılan oksitosinin hasil olunmasına görə cavabdehdir. Genin qadınların münasibətləri ilə bu əlaqəsinin təhlili göstərib ki, onların hamısı ya artıq boşanıb və ya əri ilə daimi davada və nifaqdadır. Alimlər təsdiqləyirlər ki, bu qadınlar sadəcə olaraq "sevməyi bacarmırlar", onlarda bütün başqa funksiya və instinktlərin normal işləməsinə baxmayaraq, bu (sevmək), genetik olaraq qoyulmayıb..

       
Просмотров: 161 | Добавил: Admin_VuqaR | Дата: 09.04.2012 | Комментарии (0)

Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024