»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 10:27
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 28 » “Çox sağ ol”a dəyməyən sənədlər və onların aqibəti
21:12
“Çox sağ ol”a dəyməyən sənədlər və onların aqibəti
                      

» Çox qəribədir ki, bu elanların ardı-arası kəsilmir. Belə görünür ki, nə qədər həyat var, itmələr və tapmalar da mövcud olacaq.

Sənəd itirmək bir problemdirsə, onu tapıb ləngitmədən sahibinə qaytarmaq da insanlıq nümunəsidir. Kimisi tapdığı sənədi sahibinə bir "çox sağ ol”a, kimisi də müəyyən "şirinlik” müqabilində qaytarır. Ancaq təcrübə göstərir ki, "şirinliyi” "çox sağ ol”dan üstün tutanlar daha çoxdur. Bakı şəhərində itən əşyaların ən çox tapıldığı yerlərdən biri də Bakı Metropolitenidir. Metropolitenin elə bir stansiyası yoxdur ki, orada kassaların vitrinlərinə tapılmış sənədlər vurulmasın. Hər stansiyada ən azı 3-4 tapılmış sənədə rast gəlmək mümkündür. Çox qəribədir ki, bu sənədlər bir müddətdən sonra oradan götürülür və yeniləri ilə əvəz olunur. Bəs Bakı Metropolitenində tapılmış sənədlərin aqibəti necə olur? Söhbət, təbii ki, sahibinə çatmayan sənədlərdən gedir. Mövzu ilə bağlı suallarımızı Bakı Metropoliteninin hərəkət xidmətinin rəisi Hidayət Məmmədova ünvanladıq. Hidayət müəllim qəzetimizə açıqlamasında metro stansiyalarının kassalarının vitrinlərində yerləşdirilən sənədlərin çoxunun sərnişinlər tərəfindən tapıldığını söylədi. Onun sözlərinə görə, sənədlərin çoxunun sahibi tapılır və qaytarılır: "Sənədlər vitrinlərə qoyulanda insanların diqqətini çəkir. Sahibini tanıyanlar onlara məlumat verirlər və beləliklə, məsələ həll olunur”. "Bəs sahibi tapılmayan sənədlərin aqibəti necə olur?” sualımıza müsahibimizin cavabı belə oldu: "Əvvəla, onu deyim ki, metropoliten rəhbərliyinin tapılan sənədləri vitrinə yerləşdirmək kimi bir vəzifə məsuliyyəti yoxdur. Biz bunu, sadəcə insanlıq naminə edirik. O ki qaldı sahibi tapılmayan sənədlərə, onlar heç bir yerə verilmir, elə vitrində də qalır”.



Bəzən etibarnamə də lazım olur

Qeyd edək ki, Bakıda - Bakı Şəhər Baş Polis İdarəsinin struktur hissəsi kimi - Tapıntılar Bürosu fəaliyyət göstərir. Büro tərəfindən göstərilən xidmət pulsuzdur. Qurumun əsas vəzifəsi fiziki və hüquqi şəxslərdən daxil olmuş itirilmiş, tapılmış əşya və sənədlərin qəbulu, uçotu, saxlanılması və sahiblərinə qaytarılmasından ibarətdir. Büroda tapılmış əşya və sənədlərlə bağlı müxtəlif əlaqələndirmə işləri görülür. Sənədin itməsi barədə müraciət edən vətəndaş şəxsiyyəti təsdiq edən sənədi, başqa şəxsə məxsus sənədin itməsi barədə müraciət etdikdə isə onun adına verilmiş etibarnaməni təqdim etməlidir: "Fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən tapılmış, itirilmiş əşya və sənədlər burada müvafiq kitabda qeydiyyat aparılmaqla qəbul olunur və bu zaman vətəndaşın özü haqqında məlumat verməmək hüququ saxlanılır. Qəbul edilmiş əşya və sənədlərə baxış keçirilir, təqdim edən şəxsin könüllü iştirakı ilə onların əlamətlərinə dair müvafiq akt tərtib edilir.



Müvafiq kitabda qeydiyyat aparılır

İtirilmiş əşya və sənədin sahibi kimi müraciət edən şəxs həmin əşya və sənədin ona məxsus olmasını sübuta yetirdikdə, yəni onun əlamətlərini bildirdikdə və ya digər sənəd təqdim etdikdə aktla ona qaytarılır və bu barədə müvafiq kitabda qeydiyyat aparılır. Bürodan bildirdilər ki, sənəd və ya əşyaların itməsi barədə müraciət edilən tarixdən etibarən 20 gün müddətində onlar tapılaraq büroya təqdim olunmadığı halda, müraciət etmiş vətəndaş və təşkilatlara müvafiq qeydiyyat aparılmaqla rəsmi arayış verilir.

Büro tərəfindən qəbul edilmiş itirilmiş əşyalar, adsız və ünvansız sənədlərin 3 ay müddətində saxlanılması təmin olunur, bu müddət bitdikdə və sahibi aşkar edilmədikdə həmin əşyaların dəyərindən asılı olaraq aidiyyəti üzrə (xeyriyyə məqsədi və sair) verilməsi üçün Bakı şəhər BPİ-nin Komendant Taqımı, Maliyyə-plan və Təchizat şöbələrinin əməkdaşlarından ibarət yaradılmış komissiya tərəfindən qərar qəbul edilir.



Hərbi biletlər komissarlığa, passport və şəxsiyyət vəsiqələri polisə

Bəs sənədlər müvafiq qurumda saxlanıldıqdan sonra sahibi tapılmazsa, onların aqibəti necə olur?

Bürodan bildirdilər ki, ümumvətəndaş pasportları, şəxsiyyət vəsiqələri sahiblərinə, onların etibarlılıq müddəti bitdikdə isə müvafiq qərar qəbul olunması üçün sahiblərinin qeydiyyatda olduğu ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə göndərilir.

Hərbi biletlər isə sahiblərinə qaytarılması üçün müvafiq ərazi üzrə rayon hərbi komissarlıqlarına göndərilir.

Tələbə biletləri, qiymət kitabçaları, təhsil diplomları isə sahiblərinə qaytarılması üçün müvafiq ali təhsil müəssisələrinə göndərilir.

Digər sənədlər - xidməti vəsiqələr, təqaüd kitabçaları, sürücülük vəsiqələri, plastik kartlar və sair sənədlər isə sahiblərinə qaytarılması üçün aidiyyəti təşkilat və müəssisələrə göndərilir.

Просмотров: 163 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024