Kan prezident seçkilərində namizədliyinin uğursuzluğa düçar olmasına səbəb olan skandalın arxasında Sarkozi və onun partiyası Xalq Hərəkatı uğrunda Birliyə yaxın şəxslərin durduğunu deyib.
Kana görə, onun mayın 14-də tələsik həbs edilməsi və istintaq prosesinin bu qədər geniş şəkildə ictimailəşdirilməsi təsadüfi deyil və siyasi məqsədlər güdür. Kan həmçinin Sarkozinin agentlərini onun telefon danışıqlıqlarına qulaq asmaqda ittiham edib.
Qeyd edək ki, Kan məlum qalmaqala qədər Fransada keçiriləcək prezident seçkilərinin əsas favoritlərindən biri hesab edilirdi.
|