ABŞ "F-22 Raptor” tipli döyüş təyyarələrini İran sərhədləri yaxınlığına göndərməyə başlayıb.
Bu döyüş təyyarələri ABŞ-ın Fars körfəzindəki müttəfiqlərinin hərbi bazalarına, İran sərhədlərindən 300 kilometr uzağa enir.
"F-22 Raptor” ABŞ-ın ən müasir döyüş təyyarəsidir. "Lockheed Martin” şirkəti tərəfindən istehsal edilən təyyarə "Stels” texnologiyası əsasında hazırlanıb. Bu texnologiya təyyarəni düşmən radarları üçün görünməz edir. "F-22 Raptor” hava döyüşləri üçün nəzərdə tutulub.
|