»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 10:28
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 28 » Paytaxtın nəqliyyat infrastrukturu “Avroviziya-2012”yə hazırdır
21:13
Paytaxtın nəqliyyat infrastrukturu “Avroviziya-2012”yə hazırdır
                      

» Paytaxtın nəqliyyat infrastrukturu may ayında keçiriləcək "Avroviziya-2012” mahnı müsabiqəsi ərəfəsində ölkəmizə gələcək qonaqların qarşılanması və onların nəqliyyat vasitələri ilə təmin edilməsi üçün hazırdır.

Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib. Görülən tədbirlərə avtomobil yollarının vəziyyəti, yol nişanlarının qoyulması, müvafiq istiqamətlər üzrə xüsusi marşrut sxemlərinin işlənib hazırlanması, Bakıya gələn rəsmi qonaqların və turistlərin avtobus və taksilərlə daşınması ilə bağlı hərəkət sxemləri, xüsusi taksi dayanacaqlarının yaradılması, sərnişin daşımalarının tənzimlənməsi məqsədilə dispetçer məntəqələrinin təşkili məsələləri də daxildir.

"Avroviziya-2012” ərəfəsində 130-a yaxın müasir mikroavtobus, eləcə də digər minik maşınları müsabiqə iştirakçılarının və qonaqların xidmətində olacaqdır. Avtobus marşrutları üzrə daşımaların tənzimlənməsi üçün Heydər Əliyev Beynəlxalq Aeroportu və "Baku Crystal Hall”da hərəsində 1 yerdə, "Azadlıq” meydanında isə 2 yerdə olmaqla, 4 dispetçer məntəqəsinin də təşkili nəzərdə tutulur.



Taksilərdə gediş haqqını plastik kartlarla ödəmək mümkün olacaq

"Avroviziya-2012” mahnı müsabiqəsində paytaxta gələn qonaqlara yüksək taksi xidmətinin göstərilməsi üçün "Bakı Taksi” şirkəti də hazırlıqları tamamlamaq üzrədir. Bakı şəhərində qonaqların qaldıqları otellərə yaxın 22 dayanacaqda "London taksiləri” ilə xidmətin təşkili nəzərdə tutulur. Hazırda şirkət paytaxtda fəaliyyət göstərən bənövşəyi "London taksiləri”nin "Avroviziya-2012” mahnı müsabiqəsinin loqosu ilə bəzədilməsini həyata keçirir. Bəzədilmiş "London taksiləri” paytaxtımızın avtomobil yolları ilə yanaşı, Bakının görünüşünə də əlavə rəng qatır.

Mahnı müsabiqəsi iştirakçılarına xidmət göstərəcək taksilərdə gediş haqqının plastik kartlarla ödənilməsinin tətbiqinə də başlanılıb və post-terminallar quraşdırılıb. Həmçinin taksilər naviqatorlarla da təchiz olunmaqdadır. Artıq bu istiqamətdə də son işlər görülür, sürücülər cihazdan istifadə barədə təlimatlandırılırlar. İngilis dili kurslarına cəlb edilən taksi sürücülərinin xüsusi geyim formaları ilə təmin edilmələri də diqqət mərkəzindədir. Artıq geyim formaları sifariş verilib və mayın 5-də sürücülərə paylanılması nəzərdə tutulur. Hazırda Azərbaycanda 1000 ədəd "London taksisi”, 500 ədəd digər şirkətlərə aid taksi avtomobilləri vardır. Bu isə paytaxtımıza gələcək qonaqları taksi xidməti ilə tam təmin etmək üçün kifayət qədərdir.


Просмотров: 163 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 DoN__MaFiOzZ  
0
zor masindi/zor pul qazanacaqlar

Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024