»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 09:37
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 10
                               

 » 

Əks təqdirdə müxalifət mübarizəni davam etdirəcək. Bu barədə çərşənbə axşamı "Royter" agentliyi müxalifət nümayəndəsinin bəyanatına istinadən məlumat verir.

Moskvada səfərdə olan Suriyanın xarici işlər naziri Vəlid Muallim bir müddət əvvəl Rusiyaya şəhərlərdə ordu və ağır texnikanın istifadə edilməsinə aid planın maddələrinin Suriya rəhbərliyi tərəfindən yerinə yetirilməsinin başlanması haqqında məlumat təqdim edib.

trend

 
Просмотров: 168 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                              

 » 

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Yevlaxda kəndlərin qazlaşdırılması davam etdirilir. Rayonun 49 kəndindən 21-i artıq qazlaşdırlıb.

Yevlaxda mavi yanacaqdan istifadə olunan 22-ci kənd Bünyadabad olacaq. Kəndə qaz xəttləri bir pilləli sistem üzrə, istismar üçün uzun illərə hesablanan politelin borularla çəkilr. Daşıyıcı və məhəllədaxili xətlərin çəkilişi başa çatmaq üzrədir. Hazırda 150 abonent üçün sayğac quraşdırılır. Təhlükəsizlik üçün orta təzyiqli qaz axınını təmin etməklə, hər evdə xüsusi tənzimləyici qurğular da qoyulur.
Hazırda 15 min 500 abonentə xidmət edən Yevlax Qaz İstiemar Sahəsi 2012-ci il ərzində bu rəqəmi daha 28 kəndə qaz xətlər ... Читать дальше »

Просмотров: 231 | Добавил: DoN_MaFiOoZzZ | Дата: 10.04.2012 | Комментарии (1)

                              

 » 

Türkiyənin İstanbul və İzmir şəhərlərində 15-ci Avrasiya İqtisadi Zirvə toplantısı başlayıb. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar mərkəzinin təşkilatçılığı ilə baş tutan toplantıda Azərbaycanla yanaşı 40-a yaxın ölkədən nümayəndə heyətləri iştirak edib. Aprelin 13-nə kimi davam edəcək toplantıda iqtisadi, siyasi, sosial, enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsi, mədəniyyətlərarası dialoq istiqamətində müzakirələr aparılacaq. 

Просмотров: 1026 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                              

 » 

Dünya bazarlarında yenidən neftin satış qiymətində artım müşahidə edilir. Qiymət artımına, İran ətrafında baş verən proseslər və ötən gün İraqdan Türkiyənin Ceyhan limanına neftin nəqlini həyata keçirən boru kəmərində baş verən partlayış təkan verib. Qeyd edək ki, yanvar ayından brent markalı neftin 1 barelinin qiyməti - 12 % artaraq 123.5 dollara çatıb.

Просмотров: 164 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                              

 » 

10.04.2012 13:00


Bu gün Gürcüstanın ilk pilotsuz təyyarəsi sınaqdan keçiriləcək.

Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili 9 aprel 1989-cu ildə Tiflisdə baş vermiş qanlı hadisələrin ildönümündə deyib. Onun sözlərinə görə, müəyyən vaxtlarda Tiflis müdafiə silahlarının alınması ilə bağlı çətinliklərlə üzləşib. Lakin son illər Gürcüstan özünün hərbi istehsalatını yarada bilib:

"Mən ilk dəfə yüksək texnologiyalar əsasında yaradılmış pilotsuz təyyarəmizi sınaqdan keçirəcək. Gürcüstan hərbçiləri və mühəndimlərinin yaratdığı başqa texnologiyalar da planlaşdırılır”

Просмотров: 142 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                              

 » 

10.04.2012 15:17


İranda hərbi xidmət müddəti üç ay artırılıb.

Ölkədə hərbi xidmət müddəti 18 aydan 21 aya yüksəldilib. Ancaq hava şəraiti pis olan bölgələrdə bu müddət 18-19 ay olacaq.

Yeni qərara əsasən, ailələrdə dördüncü övlad da hərbi xidmətə çağırılacaq. İndiyədək dörd uşaqlı ailələrdə sonuncu övlad hərbi xidmətdən azad edilmişdi.

Bu qərar martın 19-dan sonra hərbi xidmətə çağırılanlara şamil olunacaq.

Просмотров: 162 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                              

 » 

Faktla bağlı araşdırma aparılır
Yevlaxda faciəli hadisə baş verib. Rayonun Qoyun Binəsi kəndində Türkiyə vətəndaşı Kılıç İsmet Kerim idarə etdiyi "Ford” markalı avtobusla 1 yaşlı Ramiz Bəşirlinin üstündən keçib. O, avtobusun mühərrikini işə salıb və arxaya doğru hərəkət edərkən azyaşlı avtobusun təkərləri altında qalıb və hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

Просмотров: 167 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                              

 » 

Onlardan biri qızıl, biri isə bürünc medaldır
Türkiyənin Antalya şəhərində ağır atletika üzrə Avropa çempionatı davam edir. Çempionatda 36 ölkədən 110 qadın və 165 kişi olmaqla 275 idmançı iştirak edir. Çempionatın ilk günü körpücük üzərinə çıxan Azərbaycan atletləri üçün uğurlu olub. Qadınların yarışında ölkəmizi təmsil edən Silviya Angelova (48 kq) bürünc və kişilərin mübarizəsində isə Valentin Xristov (56 kq) qızıl medal qazanıb.

Qeyd edək ki, xanım atletlərimiz yaxşı çıxış edəcəkləri halda, London Yay Olimpiya Oyunlarına 1 vəsiqə qazanacaqlar.

Просмотров: 153 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                               

 » 

Peykin orbitdə istismar müddətinin 15 il olacağı bildirilir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bu ilin sonunda Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulub. Xatırladaq ki, «Azerspace» adlanan ilk peyk ABŞ-ın aparıcı peyk istehsalçısı olan «Orbital Sciences Corporation» şirkəti tərəfindən «STAR-2» platforması əsasında hazırlanır. Peyk rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub. Peykin orbitdə istismar müddətinin 15 il olması bildirilir. Bu il orbitə buraxılacaq telekommunikasiya peyki ilə yanaşı ... Читать дальше »

Просмотров: 167 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                              

 » 

Ukrayna təmsilçisi Rusiyalı nənələrin səhnədəki çıxışını izləmək arzusundadır
Emosional və həyəcanlı şəkildə Eurovision şousundakı çıxışına hazırlaşan Qaytana pərəstişkarlarına bəzi səhnə sirrlərini açıqlayıb. Ukraynanı Eurovision 2012 şousunda təmsil edəcək müğənni artıq səhnədəki yaradıcı heyətin 80 %-nin məlum olduğunu bildirib. Eurovision.az saytı xəbər verir ki, müğənni 1 həftədən sonra məşqlərə başlayacaq. Müsabiqədəki "Be My Guest" adlı mahnısının rəsmi videosu isə aprelin sonunda hazır olacaq. Pozitiv və şən məqamlarla dolu klip 3 gün müddətində Kiyevdə çəkiləcək. Səhnə libasına gəldikdə isə, Qaytana əsas bəzək elementinin başına taxacağı çələng olacağını söyləyib.

O, şou işti ... Читать дальше »

Просмотров: 149 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                             

 » 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar sahədə fəaliyyətinə görə "Birliyin ulduzları" dövlətlərarası mükafatına layiq görülüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İTAR-TASS agentliyi MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna istinadən xəbər verir.

Xatırladaq ki, bu mükafat 2009-cu ildə MDB ölkələrinin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunub. "Birliyin ulduzları" dövlətlərarası mükafatı hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş şəxslərə ... Читать дальше »

Просмотров: 171 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (1)

                            

 » 

Buna səbəb qatarların hərəkətinin dayanması olub.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun ANS TV-yə verdiyi məlumata görə, saat 10 radələrində elektrik xətlərində yüklənmələr olduğu üçün işıq bir neçə dəqiqəliyə sönüb. Nəticədə qatarların və eskalatorların hərəkəti dayanıb ki, bu da təşvişə səbəb olub.

Telekanalın hazırda "28 May” stansiyasında olan əməkdaşının verdiyi məlumata görə, qatarların və eskalatorun hərəkətində artıq problem yoxdur.

Просмотров: 195 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                            

 » 

XeberdarOlaq.Ucoz.Com-un məlumatına görə, artıq şəhərdə yeni multimedia taksofonların qurulmasına başlanıb. Paytaxtın bir neçə yerində taksofonlar üçün yer ayrılıb və lazımi hazırlıq işləri görülüb.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, yeni taksofonların quraşdırılması işi ilə Bakı şəhər İcra Hakimiyyəti məşğuldur. Bakı Avtomat Telefon Qovşağı taksofonların dislokasiya yerlərini müəyyənləşdirib və buna uyğun olaraq işlər aparılacaq.

Məlumata görə, Bakıda quraşdırılacaq, üzərində ingilis dilində yazılar olan universal tipli taksofonlar xüsusi dizaynı ilə fərqlənməklə həm kartla, həm də qəpiklə işləyəcək.
Taksofonların üzərində istifadə qaydaları, ölkələrin və rayonların kodları, köm ... Читать дальше »

Просмотров: 4782 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (1)

                           

 » 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün paytaxtın Nərimanov rayonunda Heydər Əliyev Mərkəzində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.

Mərkəzdə həyata keçirilən işlərin hazırkı vəziyyəti barədə dövlət başçısına məlumat verilib. Tikinti işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində görülən işlərlə yaxından maraqlanıb. Azərbaycan Prezidenti inşaat işlərinin aparıldığı ayrı-ayrı sahələri gəzib, görülən işlərlə yerindəcə tanış olub. İnşaatda istifadə olunan tikinti materialları barədə Prezident İlham Əliyevə məlumat verilib. Dövlət başçısı inşaat materiallarının keyfiyyəti ilə maraqlanıb.

Mərkəzin ərazisində yol-nəqliyyat və ... Читать дальше »

Просмотров: 166 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                          

 » 

 Qaraciyər transplantasiya əməliyyatları 2008-ci ildən Səhiyyə Nazirliyinin tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) icra olunur. Azərbaycanda transplantologiyanın tarixi yeni deyildir. Hələ 1971-ci ildə ilk dəfə akademik Mirməmməd Cavadzadə tərəfindən Respublika Uroloji Klinik Xəstəxanasında böyrək transplantasiyası keçirilib. Bu sözləri aprelin 10-da keçirilən mətbuat konfransında MNX-nin baş həkimi Həbib Yüzbaşıyev deyib.

Baş həkim bildirib ki, xəstəxanada indiyədək 18 böyrək və 20 qaraciyər transplantasiyalarının icra olunması bunun məntiqi nəticəsidir. Azərbaycan cərrahiyyəsində yeni bir səhifənin açıldığını deyən H.Yüzbaşıyev diqqətə çatdırıb ki, xəstəxanadakı son unikal əməliyyat MDB məkanında ilk dəfə Azərbaycanda keçirilib ... Читать дальше »
Просмотров: 206 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                         

 » 

Bu barədə Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2011-ci il üzrə illik məruzəsində bildirilib. Bildirilib ki, tutma protokolu gerbli möhürlə təsdiq edilmədən vətəndaşı təcridxanaya yerləşdirdiyinə, təcridxananın fəaliyyətinə dair kitab və jurnalların doldurulmasında təhriflərə yol verdiyinə görə Göyçay Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama təcridxanasının rəisi, polis baş serjantı F. Hüseynov, eyni zamanda nəzarətsizlik nəticəsində üç şəxs barəsində müəyyən edilmiş qaydada sənədləşmə aparılmadığına, təcridxanaya qəbul edilən şəxslərin üzərində axtarış lazımi səviyyədə həyata keçirilmədiyinə görə Tovuz Rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayılov, rəis ... Читать дальше »

Просмотров: 184 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                        

 » 

Nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 10-da saat 9.00 radələrində Ağdam rayonunun Əfətli kəndinin ərazisindəki atəş təlimi meydançasında Rayon Polis Şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Allahverdi Haqverdiyev xidməti "Makarov" markalı tapança ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb.

 
Просмотров: 159 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                       

 » 

 Azərbaycanda hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə cərimə balı azaldılıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərin bir qismində bəzi inzibati xətalara görə cəzlar yüngülləşdirilib.

Onun sözlərinə görə, hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə cərimə balı 3 baldan 2 bala endirlib.

Həmin inzibati xətaya görə, cərimənin məbləği isə 100 manatadək artırılıb (hazırda qüvvədə olan qanunda bu pozuntuya görə 20 manatdan 40 manata qədər cərimə nəzərdə tutulur).

Əliyev cərimə ballarının 10 baldan 12 bala çatdırılmasını da yüngülləşdirici hal kimi qiymətləndirib.

Şöbə rəisi bildirib ki, İnziba ... Читать дальше »

Просмотров: 201 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

                      

 » 


Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının nümayəndələrindən biri bildirib ki, olay ehtiyatsızlıqdan baş verib. Məlum olub ki, Ağdam rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə müavini, polis polkovnik-leytenantı Haqverdiyev Allahverdi Yaqub oğlunun silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə A.Haqverdiyevin özünə dəyib və o, ağır xəsarət alıb.

Təlim meydançasında polislərin təlimi zamanı baş verən hadisədən dərhal sonra əraziyə hüquq-mühafizə orqanları nümayəndələrindən ibarət qrup gəlib. Araşdırmalar başlanılıb. Xəstəxanaya yerləşdirilən rəis müavinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.


 

Просмотров: 172 | Добавил: Admin_VuqaR | Дата: 10.04.2012 | Комментарии (0)

Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024