»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 09:53
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 15
                 

» 

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov Trend-ə bildirib ki, Şəhərsalma və Tikinti Məcəlləsində inşa edilən tikililərlə bağlı zəmanət müddəti müəyyən ediləcək.

Dünya təcrübəsində zəmanət müddətinin tətbiqinin geniş yayıldığını deyən Kərimov bildirib ki, podratçı şirkət zəmanət müddəti ərzində inşa etdiyi tikilidə baş verən qüsur və nöqsanların öz hesabına aradan qaldırılmasına cavabdeh olacaq.

"İstifadəyə verilmiş tikilidə çat, çökmə, sınma baş verirsə, tikilinin keyfiyyəti ilə bağlı onu tikən şirkət məsuliyyət daşıyır. Zəmanət müddəti ərzində baş vermiş bu qüsurlar podratçının hesabına aradan qaldırmalıdır. Bu qayda istisnasız olaraq bütün tikintilərə şamil ediləcək", - o deyib.

Dünya təcrübəsində zəmanət müddətinin fərqli olduğunu deyən müd ... Читать дальше »

Просмотров: 168 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

                

» 

Ötən ay istehlak malları fevral ayı ilə müqayisədə 0,5% bahalanıb. Mart ayında ərzaq məhsulları 1,1% bahalanıb, qeyri-ərzaq məhsulları isə 0,3% ucuzlaşıb, xidmət tarifləri isə 0,1% artıb. Bu barədə qəzetimizə İqtisadi Tədqiqatlar Mərkəzindən (İTM) məlumat verilib.



İTM ekspertləri tərəfindən aparılan müşahidələrə görə, fevral ayına nisbətdə mart ayı ərzində paytaxt Bakıda qiymətlər 0,7%, regionlarda isə 0,4% artıb. O cümlədən ərzaq məhsulları Bakıda 1,5%, regionlarda 0,6% bahalanıb, qeyri-ərzaq məhsulları Bakıda 0,6% ucuzlaşıb, regionlarda isə 0,07% bahalanıb. Xidmətlərin dəyəri Bakıda 0,04% azalıb, regionlarda isə 0,3% artıb. Ay ərzində ən çox mövsümi amillərlə bağlı göyərti (20,2%) və baş soğan (6,7%) ucuzlaşıb. Bahalaşma isə toyuq (5,7%), nar (11,6%), qatıq (1,8%) və digər məhsullarda qeydə ... Читать дальше »

Просмотров: 162 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (1)

               

» 

«Eurovision-2012» mahnı müsabiqəsinin 2012-nin keçiriləcəyi "Baku Crystal Hall"da son tamamlanma işləri gedir.Hazırda arenada asfalt döşənir. Tikinti işləri tam yekunlaşdıqdan sonra məkan şou hazırlıqları üçün təhvil veriləcək.
"Baku Crystal Hall"ın yaxınlığında inşa olunan Mətbuat Mərkəzində də işlər yekunlaşmaq üzrədir. Burada jurnalistlərin çalışması və istirahəti üçün hər bir detal nəzərə alınıb.
Arenadan video və foto görüntüləri təqdim edirik.
«Baku Crystal Hall» - http://www.youtube.com/watch?v=Ta0WKhWCZno&feature=player_embedded
Mətbuat Mərkəzi - http://www.youtube.com/watch?v=Vb-JTMFsLCY&feature=player_embedded

 
Просмотров: 575 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

              

» 

Turistlər üçün Bakı və Bakıətrafı qoruqlara, eləcə də regionlara turlar təşkil olunacaq


Azərbaycanda keçiriləcək "Eurovision 2012” müsabiqəsi dövründə hotellərdə süni qiymət artımına yol verilməyəcək.Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, nazirlik bütün mehmanxanalardan zəmanət alıb ki, "Eurovision”a gələn qonaqlar üçün qiymətlərdə heç bir artım olmayacaq: "Yəni hotellər adi vaxtda Azərbaycan vətəndaşlarına hansı qiymətlərlə xidmət göstərirlərsə, "Eurovision”a gələn qonaqlara da həmin qiymətlərlə xidmət göstərəcəklər”.

Nazir qeyd edib ki, ötən il Azərbaycanda fəaliyyət göstərən hotel, mehmanxana və istirahət mərkəzləri qiymətləri təxminən 20% aşağı salıb: "Bu da rəqabət nəticəsində əldə olunub. Hər il ölkədə 40-50 istirahət mərkəzi istifadəyə verilir. Düş ... Читать дальше »

Просмотров: 191 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (1)

             

» 

Azərbaycanda «Eurovision-2012» mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar müsabiqə dövründə ölkəyə gəlmək məqsədi ilə viza almaq üçün şərtlər sadələşdirilib.

Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Azərbaycandakı beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Viza verilməsi üçün əsas «Eurovision-2012» mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu, Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd və ya «Eurovision-2012» mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənədlərdən biri sayılır.

«Eurov ... Читать дальше »

Просмотров: 177 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

            

» 

Belə ki, xristianlıq və xüsusilə də katolik kilsəsi keşişlərə silah gəzdirməklə silah saxlamağı qəti qadağan edir.

 Amma Vatikanın İrs İdarəsinin rəisi, kardinal (Domeniko Kalkanyo) bu yasağı eyninə almır.

RAİ bildirir ki, kardinalın evindəki silah kolleksiyasında 13 odlu silah var. Onların arasında "Smith & Wesson 357 Magnum" və Türkiyə istehsalı olan "Hatsan" da var.
68 yaşlı kardinalın dediyinə görə, onun kolleksiyası yalnız xobbidir.

"Bu silahların heç birindən atəş açmıram. Sadəcə, silahları bərpa edir və saxlayıram", - kardinal deyib.

İtaliya mediası Kalkanyonu "kardinal Rembo" adlandırıblar.

Kardial "İl Fatto Quotidiano"ya verdiyi müsahibəsində deyib: "Bu kolleksiyamın kimsəyə zərəri yoxdur. Sadəcə, silahları toplayıram".

Amma İtaliyanın şimalındakı Savonanın yer ... Читать дальше »

Просмотров: 182 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (1)

           

» 

"Əl-Qaidə" terror şəbəkəsinin keçmiş lideri Usama Bin Ladenin 3 həyat yoldaşı və qızları Pakistandan Səudiyyə Ərəbistanına deportasiya ediləcək. Bu məlumatı onların vəkilləri yayıb.

Pakistan məhkəməsi aprelin əvvəllərində Bin Ladenin 3 həyat yoldaşı və 2 qızını 45 günlük ev dustaqlığına məhkum edib. Onlar sərhədi qanunsuz keçməkdə ittiham olunurlar.

Xatırladaq ki, Usama Bin Laden ötən ilin mayında ABŞ ordusunun Pakistanın Abadobad şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.

 
Просмотров: 149 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

          

» 

Bu gün saat 12:20 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində fəhlənin ölümü ilə nəticələnən hadisə baş verib. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, Mətbuat prospekti 18 ünvanında tikilən hündürmərtəbəli binanın 11-cu mərtəbəsindən fəhlə yıxılaraq ölüb. Hadisə yerinə polis və təcili tibbi yardım çağrılıb. Ölən fəhlə Sabirabad sakini 1985-ci il təvəllüdlü Ziyafət Amanovdur.

 Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından XeberdarOlaq.Ucoz.Com-a verilən məlumata görə, dünyasını dəyişən fəhlə 25 -30 yaşlarındadır. Hadisə şahidlərinin verdiyi məlumata görə isə, ölən fəhlə Sabirabad rayonunun Şəhriyar kəndindəndir.

Faktla bağlı araşdırma aparılır.

 
Просмотров: 154 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

         

» 

Futbol üzrə İtaliya çempionatının A və B seriyasında istirahət günlərinin bütün oyunları təxirə salınıb. ANSA agentliyinin məlumatına görə, buna "Peskara”-"Livorno” oyununda baş vermiş faciə səbəb olub. Oyun zamanı qonaqların yarımmüdafiəçisi Pyermario Morozininin vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib.

Xatırladaq ki, İtaliya çempionatının A seriyasında "Milan”-"Cenoa” və "Udineze”-"İnter” oyunları keçirilməliydi.

 
Просмотров: 148 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

        

» 

Bakı şəhəri Səbail rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bibiheybət məscidi yaxınlığında Şıxov çimərliyinə gedən istiqamətdə qeydə alınıb. Belə ki, "Mercedes C class” markalı avtomobil sürətlə hərəkət edərkən yoldakı yanacaqdoldurma məntəqəsinin divarına çırpılıb.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, avtoqəza nəticəsində təqribən 30 yaşlı bir kişi ölüb, 18 yaşında olduğu ehtimal edilən bir qadın isə ağır yaralanıb. Yaralanan şəxs qapalı kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 
Просмотров: 178 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (1)

       

» 

Dünya pravoslav xristianları bu gün ən əsas və ən qədim xristian bayramı olan Pasxanı qeyd edirlər. Bayram ayinləri 60 ölkədə, on minlərlə məbəddə və kilsədə keçirilib.

Qonşu Rusiyada əsas Pasxa ayini Xilaskar İsa Məbədində baş tutub. Onu Moskva və bütün Rusiyanın Patriarxı Kirill keçirib. Dünən gecəyarısına yaxın burada bayram zəngi çalınıb, zəngin səslənməsi İsa peyğəmbərin dirilməsinin yaxınlaşmasını müjdələyib. Qüdsdən Moskvaya "müqəddəs od" da gətirilib. Bundan bir neçə dəqiqə sonra bütün məbəd minlərlə şamın yanması ilə işıqlanıb. Məbəd ətrafında xaç dövr etməsi başlayıb. Dindarlar "İsa dirilib!" xəbəri ilə hamıya müraciət ediblər. Mərasimdə 18 dildə İncil oxunub ki, bu da qədim bayramın dünyəviliyini göstərmək məqsədi daşıyıb.

Bayram ayinində Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin də öz xanımları ilə, eləcə də Moskva me ... Читать дальше »

Просмотров: 178 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

      

» 

Əhaliyə mahnı müsabiqəsini xatırlatmaq və müsabiqəyə qarşı marağı artırmaq üçün aprelin 15-i Fan Klub, MotoBaku və digər moto-klublarının üzvləri, Bakı Şəhər Dövlət Yol Polisinin dəstəyi ilə Bakı şəhərində moto-yürüş təşkil ediblər.

Moto yürüşün iştirakçıları bu gün saat 11:00-da İçəri Şəhər Qoşa Qalanın qarşısından yola düşdülər. Moto həvəskar İçəri şəhərdən başlayaraq, Əziz Əliyev, Neftçilər prospekti, Yusif Səfərov və Heydər Əliyev prospekti ilə hava limanı istiqamətində hərəkət ediblər.

Avroviziyanın Azərbaycandakı Fan Klubu rəsmi olaraq 2008-ci il aprelin 1-də yaradılıb. Hal-hazırda Azərbaycanın beynəlxalq səviyyədə təbliğatı və ev sahibliyi etdiyi "Eurovision 2012"-yə dəstək istiqamətində fəaliyyəti davam etdirir.

 
Просмотров: 162 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

     

» 

Pakistanda 400 məhbus həbsxanadan qaçıb. Rusiya mətbuatının verdiyi məlumata görə, ölkənin şimal-qərbindəki Bannu şəhərində təcridxanadan kütləvi qaçış ora olan hücumdan sonra qeydə alınıb.
Minaataanlarla və odlu silahlarla silahlanmış döyüşçülər mühafizə xidməti ilə atışmaya başlayıblar. Nəticədə hər iki tərəfdən onlarla insan yaralanıb.

Hücum faktını Pakistan polisndəki yüksəkrütbəli mənbədə "Reuters"ə təsdiqləyib.

Pakistanın "The News" qəzetinin məlumatına görə, baş ermiş hadisə nəticəsində həbsxanada demək olar ki heç kim qalmayıb. Hərbçilər vəziyyəti nəzarət altına almaq üçün yerli polisin köməyinə gəliblər.

Qeyd edək ki, hələlik heç bir qruplaşma Bannu həbsxanasına basqına görə məsuliyyəti üzərinə götürməyib.

 
Просмотров: 172 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (1)

    

» 

Vyetnamdakı inadkar polis hamını heyrətləndirib. Xarici mətbuatın verdiyi məlumata görə, avtobus sürücüsünü cərimələmək istəyən polisin başına qəribə iş gəlib. Hər şey polisin Hanoidə yol hərəkəti qaydasını pozan sürücünü saxlamaq istəməsi ilə başlayıb.

 Polis saxladığı sürücüyə cəza yazacağını deyərək ondan sənədlərini tələb edib. Ancaq ona etiraz edən sürücü avtobusu yenidən işə salıb. Sürücünün qaçmaq niyyətində olduğunu anlayan polis dərhal onun ön hissəsinə çıxaraq şüşə siləcəyindən yapışıb. Bu vəziyyətdə sürücü polislə birgə 1,5 km yol qət edib. Amma sonda polis qələbə çalıb. Çünki həmkarları tərəfindən saxlanılan avtobusun sürücüsü həbs edilib. 

 
Просмотров: 207 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

   

» 

İtaliya çempionatında B seriyasının 35-ctu turunda "Peskara” və "Livorno” klublarının oyunu yarımçıq dayandırılıb. Buna "Livorno”nun yarımmüdafiəçisi Pyermario Morozininin ürəyinin dayanması səbəb olub.

Qonaqların oyunçusu kənar müdaxilə olmadan meydançada yerə yıxılıb və ayağa qalxa bilməyib. Stadionun tibbi personalı ona ilkin yardım göstərib və Pyermario Morozini xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 25 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.

 
Просмотров: 161 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

  

» 

Ağsu-Altıağac qaz xəttində baş vermiş partlayışın nəticələri yaxın 3 gün ərzində aradan qaldırılacaq.Qaz xəttində baş verən partlayışla bağlı araşdırmalara başlanılıb. Kəmərin keçdiyi və partlayışın baş verdiyi ərazi yüksək dağlıq ərazidə yerləşdiyindən ora ilkin olaraq yol açılıb və bundan sonra ağır texnikanı bura gətirmək mümkün olub.

Hazırda partlayış baş verən ərazidə 12 metr qaz kəməri yararsız haldadır. Partlayışın gücü çox olduğundan dəmir parçaları hadisə yerindən 120 metr kənara düşüb.

Partlayışdan iki saat sonra Altıağac qəsəbəsində və Şamaxının Çuxuryurd ərazisində qazın verilişi dayandırılıb.
Hal-hazırda alternativ magistral kəmərlə qaz nəql olunur.
Qəza-bərpa işləri başa çatana qədər Altıağac qəsəbəsi qazsız qalacaq. Partlayışa səbəb kimi səslənən əsas versiya 1982-ci ildə istifadəyə verilən kəmərdə çürümənin baş verməsidir.

 Xatırladaq ki, ap ... Читать дальше »

Просмотров: 178 | Добавил: Admin_VuqaR | Дата: 15.04.2012 | Комментарии (0)

Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024