"Eurovision” Mahnı Müsabiqəsi 2012-də ölkəsini "Crno i Belo” mahnısı ilə təmsil edəcək makedoniyalı müğənni Kaliopi hər kəsi yarışmanın ikinci yarımfinalına baxmağa dəvət edib. Çünki müğənni səhnəyə məhz ikinci yarımfinalda çıxacaq. Kaliopi tamaşaçılarla zarafat da edib. "İngilis dilini pis bilirəm, mahnımı isə öz doğma dilimdə oxumuşam, siz başa düşməyəcəksiz, amma narahat olmayın. Mən sizə ürəyimi verəcəm, siz də mənə səs göndərəcəksiniz” – deyə Kaliopi bildirib.
|