Azərbaycan Prezidenti İlham Əliyev Ziya Məmmədovun "Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Azərtac-ın məlumatına görə, Z. Məmmədov bu təltifə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə layiq görülüb.
Z. Məmmədov 1952-ci ildə anadan olub. Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda başlayıb.
Dövlət Dəmir Yolu sistemində uzun illər müxtəlif vəzifələrdə çalışıb.
1996-cı ildə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib.
2002-ci ildən isə nəqliyyat naziri vəzifəsində çalışıb.
Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.
Ailəlidir, 2 övladı var.
|