»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:01
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 28 » Məleykə Abbaszadənin qızı açıqlama verdi
13:00
Məleykə Abbaszadənin qızı açıqlama verdi
                      

» 

Bakıda keçiriləcək "Eurovision 2012” mahnı müsabiqəsinin aparıcıları məlum olandan bəri 3 aparıcıdan biri olan Nərgizin kimliyi hər kəsdə maraq oyadıb. Digər aparıcılar Eldar Qasımov və Leyla Əliyeva artıq yetərincə məşhur olduqlarından Nərgiz Birk-Peterseni yaxından tanımaq istədik. Nərgizin siması tamaşaçıya 25 yanvarda Bakıda keçirilən "Eurovision-2012” Mahnı Müsabiqəsinin püşkatmasından tanışdır. Amma iki həftə öncəyədək adı və soyadı Azərbaycan auditoriyasına belə tanış olmayan Nərgizin kimliyi haqqında artıq müxtəlif fikirlər səslənir. Onun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin doğma qızı olduğu da yazılıb. Bütün bunlara aydınlıq gətirmək üçün ANS PRESS Nərgiz Birk-Petersenlə müsahibə edib:

-Nərgiz xanım, deyilənlərə görə Məleykə Abbaszadənin qızısınız. Bu doğrudur?
-Bəli, doğrudur.

-Bəs, Birk-Petersen soyadı haradandır?
-Mənim yoldaşım danimarkalıdır, onun soyadını götürmüşəm.

-Harada yaşayırsınız?
-Danimarkada yaşayıram.

-Necə oldu "Eurovision 2012”nin aparıcısı seçildiniz? Təklif kim tərəfindən edildi?
-Azərbaycan müsabiqədə qələbə çalan gündən çox istəyirdim ki, mən də Bakıda keçiriləcək "Eurovision”un kiçik bir hissəsi olum. Elə oldu ki, kastinqlər keçirildi, mən seçildim və "Eurovision”un böyük parçası oldum. Çox şadam ki, belə bir böyük müsabiqənin aparıcısı olacam. İnanın ki, hələ də buna inana bilmirəm.

-Müsabiqəyə hazırlıq prosesi necə gedir?
-Çox gərgin, ciddi hazırlıqlar gedir. Bizimlə böyük bir komanda işləyir. Burada sadəcə aparıcılıq deyil, böyük səhnəyə, böyük auditoriyaya psixoloji hazırlıq prosesi gedir. Xarici görünüşümüz, səhnə geyimimiz üzərində də işləyirlər. Səhər saat 8-dən evdən çıxıram, evə isə çox gec dönürəm. Bütün günü məşq, çəkilişlər, müsahibələr… Amma bu bizə çox xoşdur. Bizi çəkib tanıtmaq istəyənlərə təşəkkürümüzü bildiririk.

-Səhnə geyiminiz necə olacaq?
-Hələ dəqiqləşməyib, heç nə deyə bilmərəm.

-Sizə uğurlar arzulayırıq.
-Çox sağ olun.

Qeyd edək ki, Bakıda anadan olan Nərgiz Xəzər Unversitetini bitirib. Təhsilini Amerikada davam etdirərək orada hüquq təhsili alıb. Ali təhsilini tamamladıqdan sonra Nərgiz ABŞ və Rusiyada hüquqşünas işləyib. Tələbəlik illərində Xəzər Unversitetinin Tələbə Televiziyasının ingilis dilindəki xəbərlər proqramında müxbir kimi çalışıb. O, həmçinin bir müddət model kimi də çalışıb.
Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurduqdan sonra özü də Danimarka vətəndaşlığını qəbul edib. İki uşaq anası olan Nərgiz, həyat yoldaşının soyadını götürüb və hazırda Kopenhagendə yaşayır. İngilis, rus və danimarka dillərini bilir.
Nərgiz Birk-Petersen 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan "Bakı-2020” Olimpiya hərəkatının ictimai əlaqələr departamentinin direktorudur. O, bu il aprelin 16-da Moskvada 2020-ci il Olimpiya Oyunlarının keçirilməsinə iddiaçı şəhərlərin, o cümlədən Bakının təqdimat mərasimində çıxış edib.

Просмотров: 168 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 2
2 DoN__MaFiOzZ  
0

1 Admin_VuqaR  
0

Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024