Faktla bağlı araşdırma aparılır Yevlaxda faciəli hadisə baş verib. Rayonun Qoyun Binəsi kəndində Türkiyə vətəndaşı Kılıç İsmet Kerim idarə etdiyi "Ford” markalı avtobusla 1 yaşlı Ramiz Bəşirlinin üstündən keçib. O, avtobusun mühərrikini işə salıb və arxaya doğru hərəkət edərkən azyaşlı avtobusun təkərləri altında qalıb və hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.
|