Türkiyənin İstanbul və İzmir şəhərlərində 15-ci Avrasiya İqtisadi Zirvə toplantısı başlayıb. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar mərkəzinin təşkilatçılığı ilə baş tutan toplantıda Azərbaycanla yanaşı 40-a yaxın ölkədən nümayəndə heyətləri iştirak edib. Aprelin 13-nə kimi davam edəcək toplantıda iqtisadi, siyasi, sosial, enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsi, mədəniyyətlərarası dialoq istiqamətində müzakirələr aparılacaq.
|