10.04.2012 15:17
İranda hərbi xidmət müddəti üç ay artırılıb.
Ölkədə hərbi xidmət müddəti 18 aydan 21 aya yüksəldilib. Ancaq hava şəraiti pis olan bölgələrdə bu müddət 18-19 ay olacaq. Yeni qərara əsasən, ailələrdə dördüncü övlad da hərbi xidmətə çağırılacaq. İndiyədək dörd uşaqlı ailələrdə sonuncu övlad hərbi xidmətdən azad edilmişdi. Bu qərar martın 19-dan sonra hərbi xidmətə çağırılanlara şamil olunacaq.
|