Dünya bazarlarında yenidən neftin satış qiymətində artım müşahidə edilir. Qiymət artımına, İran ətrafında baş verən proseslər və ötən gün İraqdan Türkiyənin Ceyhan limanına neftin nəqlini həyata keçirən boru kəmərində baş verən partlayış təkan verib. Qeyd edək ki, yanvar ayından brent markalı neftin 1 barelinin qiyməti - 12 % artaraq 123.5 dollara çatıb.
|