10.04.2012 13:00
Bu gün Gürcüstanın ilk pilotsuz təyyarəsi sınaqdan keçiriləcək.
Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili 9 aprel 1989-cu ildə Tiflisdə baş vermiş qanlı hadisələrin ildönümündə deyib. Onun sözlərinə görə, müəyyən vaxtlarda Tiflis müdafiə silahlarının alınması ilə bağlı çətinliklərlə üzləşib. Lakin son illər Gürcüstan özünün hərbi istehsalatını yarada bilib: "Mən ilk dəfə yüksək texnologiyalar əsasında yaradılmış pilotsuz təyyarəmizi sınaqdan keçirəcək. Gürcüstan hərbçiləri və mühəndimlərinin yaratdığı başqa texnologiyalar da planlaşdırılır”
|