Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının nümayəndələrindən biri bildirib ki, olay ehtiyatsızlıqdan baş verib. Məlum olub ki, Ağdam rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə müavini, polis polkovnik-leytenantı Haqverdiyev Allahverdi Yaqub oğlunun silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə A.Haqverdiyevin özünə dəyib və o, ağır xəsarət alıb.
Təlim meydançasında polislərin təlimi zamanı baş verən hadisədən dərhal sonra əraziyə hüquq-mühafizə orqanları nümayəndələrindən ibarət qrup gəlib. Araşdırmalar başlanılıb. Xəstəxanaya yerləşdirilən rəis müavinin vəziyyəti isə orta-ağır qiymətləndirilir.
|