Bakı şəhəri Səbail rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bibiheybət məscidi yaxınlığında Şıxov çimərliyinə gedən istiqamətdə qeydə alınıb. Belə ki, "Mercedes C class” markalı avtomobil sürətlə hərəkət edərkən yoldakı yanacaqdoldurma məntəqəsinin divarına çırpılıb.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, avtoqəza nəticəsində təqribən 30 yaşlı bir kişi ölüb, 18 yaşında olduğu ehtimal edilən bir qadın isə ağır yaralanıb. Yaralanan şəxs qapalı kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
|