»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 10:43
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 15 » Ərzaq Bakıda regionlardan 3 dəfə çox bahalanıb
21:50
Ərzaq Bakıda regionlardan 3 dəfə çox bahalanıb
                

» 

Ötən ay istehlak malları fevral ayı ilə müqayisədə 0,5% bahalanıb. Mart ayında ərzaq məhsulları 1,1% bahalanıb, qeyri-ərzaq məhsulları isə 0,3% ucuzlaşıb, xidmət tarifləri isə 0,1% artıb. Bu barədə qəzetimizə İqtisadi Tədqiqatlar Mərkəzindən (İTM) məlumat verilib.



İTM ekspertləri tərəfindən aparılan müşahidələrə görə, fevral ayına nisbətdə mart ayı ərzində paytaxt Bakıda qiymətlər 0,7%, regionlarda isə 0,4% artıb. O cümlədən ərzaq məhsulları Bakıda 1,5%, regionlarda 0,6% bahalanıb, qeyri-ərzaq məhsulları Bakıda 0,6% ucuzlaşıb, regionlarda isə 0,07% bahalanıb. Xidmətlərin dəyəri Bakıda 0,04% azalıb, regionlarda isə 0,3% artıb. Ay ərzində ən çox mövsümi amillərlə bağlı göyərti (20,2%) və baş soğan (6,7%) ucuzlaşıb. Bahalaşma isə toyuq (5,7%), nar (11,6%), qatıq (1,8%) və digər məhsullarda qeydə alınıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin birinci rübündə ölkədə 1,1%, o cümlədən Bakıda 1,5%, regionlarda isə 0,7% inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 2,3%, xidmətlər 0,9% bahalaşıb, qeyri-ərzaq məhsulları isə 1,3% ucuzlaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 7,2% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 10,2%, regionlarda isə 4,3% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında (11,4%) olub. Qeyri-ərzaq məhsullarında artım 0,7%, xidmətlərdə isə 5% təşkil edib.



Ərzaq üçün ayda minimum 107,03 manat xərcləmişik”

İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunan normativlər əsasında mart ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əməkqabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 170,7 manat, pensiyaçılar üçün 154,1 manat, 0-14 yaşlı uşaqlar üçünsə 212,4 manat təşkil edib. Ötən ay əməkqabiliyyətli əhali adambaşına ərzağa minimum 107,03 manat, pensiyaçılar 96,4 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 121,5 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,2 manat, pensiyaçılar üçün 35,03 manat, 0-14 yaşlı uşaqlar üçün 73,1 manat, xidmət xərcləri isə müvafiq olaraq, 25,5 manat, 22,6 manat və 17,7 manat təşkil edib.

Xatırladaq ki, "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əməkqabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib”.

 
Просмотров: 163 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 ((Geomen))  
0
bunlarda gunde bir sey fikirlesirler

Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024