»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:08
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 15 » Tikinti şirkətlərinin məsuliyyəti artırılır
21:51
Tikinti şirkətlərinin məsuliyyəti artırılır
                 

» 

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov Trend-ə bildirib ki, Şəhərsalma və Tikinti Məcəlləsində inşa edilən tikililərlə bağlı zəmanət müddəti müəyyən ediləcək.

Dünya təcrübəsində zəmanət müddətinin tətbiqinin geniş yayıldığını deyən Kərimov bildirib ki, podratçı şirkət zəmanət müddəti ərzində inşa etdiyi tikilidə baş verən qüsur və nöqsanların öz hesabına aradan qaldırılmasına cavabdeh olacaq.

"İstifadəyə verilmiş tikilidə çat, çökmə, sınma baş verirsə, tikilinin keyfiyyəti ilə bağlı onu tikən şirkət məsuliyyət daşıyır. Zəmanət müddəti ərzində baş vermiş bu qüsurlar podratçının hesabına aradan qaldırmalıdır. Bu qayda istisnasız olaraq bütün tikintilərə şamil ediləcək", - o deyib.

Dünya təcrübəsində zəmanət müddətinin fərqli olduğunu deyən müdir müavini bildirib ki, ölkələrdən asılı olaraq müddət 3, 5 il və müddətsiz müəyyən olunub.

Layihədə zəmanət müddətinin hələlik müəyyən edilmədiyini deyən Kərimov dünya təcrübəsinin öyrənildikdən sonra həmin müddətin müəyyən olunacağını bildirib.

"Məlumata görə, Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələrdə bu müddət tərəflərin arasındakı müqavilə ilə 1 il nəzərdə tutulur", - Kərimov deyib.

Şöbənin müdir müavini qeyd edib ki, yeni layihədə tikintidə istifadə olunan tikinti materialları ilə bağlı tələblər də müəyyən ediləcək. Belə ki, tikinti məmulatları həmin tələblərə cavab verməlidir.

"Artıq tikinti şirkətləri istənilən kərpicdən, daşdan, sementdən istifadə edə bilməyəcək. İstifadə olunacaq tikinti məmulatları təhlükəsizlik, standartlar baxımından normativlərdə nəzərdə tutulan tələblərə cavab verməlidir. Əgər həmin məmulatlar bu tələblərə cavab vermirsə, nömrələnməyibsə, nişanlanmayıbsa, standartlara uyğun deyilsə, istifadə edilməməlidir", - o deyib.

Kərimovun sözlərinə görə, tələblərə cavab verməyən tikinti materiallarından istifadə qanunsuz tikinti materialından istifadə etmək anlamına gələcək və müəyyən hüquqi nəticələr doğuracaq.

"Yəni bu hal aşkarlanarsa, tikinti dayandırıla, qadağan oluna bilər", - Kərimov deyib.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsində ərazi planlaşdırılması, şəhərsalma sənədlərinin tərtib olunması, bu prosesin şəffaflığı, tikinti fəaliyyətinin şəhərsalma sənədlərinə uyğunluğunun təmin olunması, şəhərsalma və tikinti fəaliyyətində hərəkət imkanları məhdud olan, əlil insanların ümumi istifadə üçün nəzərdə tutulan obyektlərə çatma imkanlarının təmin olunması, tikinti obyektlərinin təhlükəsizliyinin təmin olunması, şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi və tikinti fəaliyyəti zamanı nəzərə alınması, tikinti obyektlərinin tikintisinə icazə proseduru və digər məsələlər tənzimlənib.

Layihədə tikinti obyektlərinin tikintisinə icazə prosedurunun "bir pəncərə" prinsipi əsasında nizamlanması nəzərdə tutulur.

Layihə Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

 
Просмотров: 169 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024