Nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnu nəzərdə tutan etibarnamələrin müddəti azaldılıb.
ANN.Az-ın xəbərinə görə, Milli Məclis Mülki Məcəlləyə bununla bağlı dəyişiklik edib.
Dəyişkliyə görə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.
Digər etibarnamələr isə müddətsiz veriləcək.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə bir neçə gün əvvəl Trend-ə bildirib ki, bu hal nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı verilən etibarnamələrə şamil olunmayacaq.
Onun sözlərinə görə, nəqliyyat vasitəsinə dair sərəncam vermək dedikdə, nəqliyyat vasitəsinin alqı-satqısı, onunla bağlı qeydiyyat əməliyyatlarının aparılması, texniki parametrlərinin dəyişdirilməsi ilə bağlı hərəkətlərin aparılması başa düşülür.
|