Sürücü və köməkçi pilot, dəmir-dümürə dönən avtomobildən sağ çıxıb.
FaktXeber.com-un məlumatına görə, qəza Nürburgring idman kompleksində baş verib. Müxtəlif növ və modellərdən olan avtomobillərin yarışdığı və sürət sınaqları aparılan yolda, döngəyə sürətlə girən Honda CRV markalı cip, sürücünün idarəetməni itirməsi nəticəsində çevrilib. Ən azı 5 dəfə devrildikdən sonra yolun kənarına çıxan avtomobildəki 2 nəfər yüngül sıyrıqlarla xilas olublar.
Ümumilikdə isə 1927-ci ildə tikilən tarixi Nürburgring idman kompleksində bu günə qədər 76 idmançı dünyasını dəyişib.
|