Darem Universitetinin Şərq muzeyi böyük qarətlə üzləşib. "Associated Press”in məlumatına görə, oğurlanan iki eksponatın dəyəri 3,2 milyon dollar olub.
Muzey əməkdaşlarının sözlərinə görə, qayıq formasında çini heykəlcik və nefritdən hazırlanmış badə oğurlanıb. Sonuncu eksponatın özəlliyi içəri tərəfində yazılmış orijinal şeirdir. Hər iki əşya Tsin xanədanının hakimiyyəti dövründə (1644-1912-ci illər) hazırlanıb. Mütəxəssislər badənin 1769-cu ildə hazırlandığı qənaətinə gəliblər.
Muzeyin kuratoru Kreyq Barklay bildirib ki, soyğunla əlaqədar muzey ekspozisiyasının ziyarətinin müvəqqəti dayandırılması qərara alınıb.
Yerli polis cinayətin törədilməsində şübhəli bilinən üç nəfər saxlayıb. Amma oğurlanan eksponatlar hələ tapılmayıb.
|