»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:19
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 9 » Azərbaycan yol polisi cəzaların sərtləşdirilməsi zərurətinin səbəblərini açıqlayıb
14:43
Azərbaycan yol polisi cəzaların sərtləşdirilməsi zərurətinin səbəblərini açıqlayıb
                 

 » 



Azərbaycan, Bakı, 9 aprel /XeberdarOlaq, müxbir V.QuluzaDE/

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsi və bəzi maddələr üzrə cərimələrin məbləğinin artırılması intizamlı sürücüləri narahat etmir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, cəzaların sərtləşdirilməsi ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklərlə əlaqədar idarəyə intizamlı sürücülər tərəfindən ünvanlanan çoxsaylı müraciətlərdə cəza tədbirlərinin sərtləşdirilməsi alqışlanır.

Onun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklərin müəyyən qismi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən sürət həddinin aşılması ilə bağlı məsuliyyətin gücləndirməsini nəzərdə tutur.

"Bu gün respublikada baş verən yol qəzalarının təxminən yarısı - 44 faizi sürət həddinin aşılması ilə bağlıdır. Son vaxtlar nəqliyyatın sıxlığına, tıxacların yaranmasına səbəb olan sürücülər də var ki, xəttin tələbini pozaraq qarşıdan gələn nəqliyyatın yoluna çıxanlardır. Bu baxımdan, sürət həddinin aşılması və bilərəkdən yol verilən digər inzibati xətalara qarşı məsuliyyətin artırılması ağır qəzaların qarşısının alınmasına yönəldilib. Həmçinin sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə olunmasına görə cəzaların sərtləşdirilməsi də bu məqsədə xidmət edir", - şöbə rəisi deyib.

Əliyevin sözlərinə görə, yol qəzalarının təhlili göstərir ki, ağır qəzaların təxminən 20 faizə yaxını sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər tərəfindən törədilir.

Son dəyişikliklərdə təhlükəsizlik kəmərindən istifadə olunmamasına görə cərimənin məbləği 15 manatdan 40 manata qədər artırılıb.

"Bir neçə gün öncə Salyan yolunda "Mercedes"in aşması nəticəsində 3 nəfər öldü, 2 nəfər yaralandı. Əgər sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etmiş olsaydılar, qəzanın belə ağır nəticəsi olmayacaqdı. Həmin qəzada ölən və xəsarət alanlar avtomobilin pəncərəsindən çölə çıxmışdılar. Son vaxtlar bu və buna bənzər digər hadisələr bu inzibati xətaya görə inzibati məsuliyyətin gücləndirilməsini vacib edib", - Əliyev deyib.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclis İnzibati Xətalar Məcəlləsinə və "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər edib.

Həmin qanunlarda bir sıra yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin məbləğinin artırılması, cərimə ballarının 10 baldan 12-yə çatdırılması, yollarda radarların quraşdırılması ilə bağlı xəbərdaredici yol nişanlarının qoyulmasının məcburiləşdirilməsi, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan inzibati protokolun tərtib olunması barədə prosedurlar nəzərdə tutulub.

 
Просмотров: 257 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024