»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Воскресенье, 30.06.2024, 11:19
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Июль » 27
 

»


Mağazadakı vətəndaşlar təcili evakuasiya olunub.

Hadisə yerinə polis, snayper və həkimlər dəvət ediliblər. Gənc 50 kiloqramlıq ayı insanlarda ciddi təhlükə yaratmayıb. Bu meşə heyvanı möhkəm olduğundan yuxu dərmanı ona dərhal təsir etməyib.

Ayını meşəyə buraxmağı nəzərdə tutan mütəxəssislər onun yenidən ticarət mərkəzində gəzməyəcəyinə ümid edirlər.

Просмотров: 456 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Türkiyənin İstanbul şəhərindəki litseylərin birində şagirdlər dəhşətli cinayət törədib. Dörd litsey şagirdi əlbir olaraq bir şagirdi qəbristanlığa aparıb orada vəhşicəsinə döyüblər. Törətdikləri cinayəti lentə alan şagirdlər, sonradan bu görüntüləri sinif yoldaşları arasında yayıblar.

 Qeyd edək ki, hadisənin baş verməsinə səbəb isə qısqanclıq olub. İstanbulun Silivri litseyinindəki sinif yoldaşını qısqanan şagirdlərdən biri öz dostları ilə ona qarşı plan hazırlayıb. Qəbristanlıqda dua etmək üçün sinif yoldaşını ora aparan cinayətkar, sonradan dostları ilə birlikdə kimsəsiz qıza hücum ediblər. Yeniyetmə olduqları üçün adları mətbuata açıqlanmayan 4 şagird barəsində artıq cinayət işi açılıb. Hadisəni törətmiş şagirdlərin cinayətləri sübuta yetirilmiş olarsa, onları 8 ilədək həbs cəzası gözləyir

... Читать дальше »

Просмотров: 312 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

» 

 
Просмотров: 360 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Avroliqanın II təsnifat mərhələsində səfərdə "Lex"ə uduzmaqla mübarizəni dayandıran "Xəzər Lənkəran" Kamran Ağayevi transferə çıxarıb.

Bu barədə təcrübəli qapıçı özü məlumat verib. Belə ki, dünənki oyunla bağlı fikirlərini öyrənmək üçün millimizin qolkiperi ilə əlaqə saxladıq. Ancaq Kamran transferə çıxarıldığı və başının qarışıq olduğunu əsas gətirib "Lex"lə səfər matçı barədə danışmaq istəmədi:

"Oyunla bağlı heç nə deyə bilmərəm. Məni transferə çıxarıblar. Hazırda başım çox qarışıqdı

Просмотров: 368 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Lakin sonradan məlum olub ki, Moskva vilayətinin Ruzskaya rayonunda, "Sanatornaya" stansiyasının yaxınlığında Brest-Moskva qatarının altında qalan qızların intihar fikri olmayıb.

"RİA Novosti" bildirir ki, Moskvaya çatmasına az qalmış qatarın maşinisti relslərin arasında yeniyetmə qızları görəndə lokomotivi saxlamağa çalışıb. O, siqnal versə də, qızlar yoldan çıxmayıblar.
Nəticədə 16 yaşlı Anna Loskutova, 15 yaşlı Yelena Sidorenko və 15 yaşlı Nadejda Kolosova həlak olublar.

Qatarın təkərləri altında qalaraq həlak olmuş qızlar Tuçkovo qəsəbəsinin sakinləri idi.
Onların valideynləri baş vermiş faciədə qatarın maşinistini və yol xidmətini suçlayırlar.

Просмотров: 631 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Müğənni rusiyalı ifaçı Dima Bilanla birgə ifa etdiyi "Obnimi menya” mahnısını səsləndirəcək.

Qeyd edək ki, sözügedən mahnı Azərbaycanda keçirilən "Eurovisin-2012” mahnı müsabiqəsi çərçivəsində təqdim olunmuşdu. Klipin tam variantı hələ də YouTube kanalına yerləşdirilməyib.

Просмотров: 341 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Eyni halda açıq-saçıq geyimlərin yaratdığı fəsadlar və problemlər günü-gündən artmaqdadır. Belə ki, ailə zəminində, qeyrət üstündə baş verən insan qətlləri, qadın əxlaqsızlığının yayılması, xüsusilə ailə daxili münasibətlərin soyuması və ailələrin dağılmasının artan xətt üzrə inkişafı açıq saçıqlığın yaratdığı problemlərdəndir. Açıq-saçıq geyimlərin artmasının səbəbləri və adı çəkilən geyim növlərinin cəmiyyətin formalaşmasına və inkişafına mənfi təsir göstərməsi ilə bağlı FaktXeber.com-a açıqlama verən psixoloq Günel Aslanova maraqlı fikirlər səsləndirdi. Ekspert qeyd etdi ki, şəxsiyyət xüsusiyyətlərinin geyimdə əks olunması və geyimin insana təsiri psixologiyada tədqiq edilən ən maraqlı problemlərdənbiridir: "Artıq uşaqlıqdan başlayaraq geyimlə əlaqədar müəyyən seçimlər, şəxsi tərz formalaşır. İnsanın bu və ya digər geyimi seçməsinə başlıca olaraq geyimin e ... Читать дальше »

Просмотров: 559 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Ukrayna hökuməti 2011-ci ildə silah və hərbi texnika satışı üzrə hesabatını açıqlayıb. Postsovet ölkələri arasında ən böyük silah istehsalçılarından olan Ukrayna 2011-ci ildə 117 ədəd tank, 91 ədəd zirehli nəqliyyat vasitəsi, 5 döyüş və təlim təyyarəsi, 2 helikopter və 12 raket buraxılış qurğusu ixrac edib.

Ukraynanın silah satdığı ölkələr arasında Azərbaycan və Ermənistan da yer alıb. Belə ki, ötən il Ukrayna Azərbaycana 1 ədəd MiG-29UB döyüş təyyarəsi, 6 ədəd tank əleyhinə idarə olunan raket kompleksi, Ermənistana isə 2 ədəd L-39 tipli təlim təyyarəsi satıb.

Qeyd edək ki, bununla da Azərbaycan 2006-cı ildə Ukraynaya sifariş verdiyi 16 ədəd MiG-29 döyüş təyyarəsinin hamısını silahlanmaya qəbul edib.

Просмотров: 270 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 »

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə ölkənin bir neçə mədəniyyət ocağının rəhbərliyində ixtisarlar olub. Bu barədə Teleqraf.com-a nazirliyin incəsənət şöbəsindən bildiriblər.

Məlumata görə, Dövlət Uşaq Filarmoniyasının direktoru Fərəh Şəkinskaya, bədii rəhbəri Oqtay Zülfüqarov, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin baş dirijoru, xalq artisti Rauf Abdullayev, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova, Muğam Teatrının direktoru Arif Qazıyev, "Qaya” ansamblının direktoru və bədii rəhbəri Rauf Babayev tutduqları vəzifədən azad olunublar. İxtisarlar yaş senzi ilə əlaqədar baş verib. İşdə azad olunan sənətkarların yaşı 75-dən yuxarıdır.

Onların vəzifələrinə yeni təyinatlar hələ yoxdur.

Просмотров: 378 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Suriyada BMT-nin musahid? missiyas?n?n kecmis r?hb?ri, norvecli general Robert Mood B?s?r ?s?din hakimiyy?td?n getm?yinin an m?s?l?si oldugunu deyib.

Teleqraf.com-un "Retuers” x?b?r agentin? istinad?n verdiyi m?lumata gor?, Robert Mood bildirib ki, sivil v?t?ndaslara qars? bu q?d?r amans?z h?rbi guc t?tbiq ed?n rejimin cevrilisinin an m?s?l?si oldugunu dusunur.

Просмотров: 298 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

XeberdarOlaq.Ucoz.Com xəbər verir ki, ötən gün axşam saatlarında komandası ilə Maştağadakı 3 saylı uşaq evinə yollanan sənətçi Daun xəstəliyindən əziyyət çəkən uşaqları sovqatı ilə sevindirib. Sənətçi onlara şam süfrəsi açıb. Fiziki qüsurlu körpələrlə bir süfrə arxasında orucunu açan sənətçi onlara ana qayğısı göstərib. Göz yaşlarını onlardan gizlətməyə çalışsa da, bunu sona qədər bacarmayıb.

«Mən də anayam, iki övladım var. Uşaqların hər bir sıxıntısı, narahatlığı məni iki qat ağrıdır. Uşaqlara özüm qulluq edib doyuzdurdum. Sonra da bir kənara çəkilib ağladım», - deyən sənətçi həmin gün xeyriyyə missiyasını təcridxanada yatan məhbuslar üçün də həyata keçirib.

Öyrəndik ki, eyni qəsəbədə yerləşən həbsxanaya baş çəkən sənətçi məhbuslara da eyni qayğı ilə yanaşıb. Müğənni bu qayğısını dənizdən bir damla adlandırıb və hər zaman davamlı olacağını bildirib.

Просмотров: 232 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Opera müğənnisi Eleonora Mustafayevanın XeberdarOlaq.Ucoz.Com-a müsahibəsi.

- Eleonora xanım, necə oldu ki, sizdə klassikaya həvəs yarandı?

- Sənətə gəlməyimin səbəbi, demək olar ki, atam olub. Atamın klassikaya həvəsi olduğundan məni uşaq olarkən musiqi məktəbinə, fortepiano sinfinə qoyub. İncəsənət gimnaziyasında oxuyarkən ilk ifa etdiyim operetta "Arşın mal alan"da Gülçöhrənin partiyası olub. Peşəkar səhnədə isə "Trubadur" operasında Leonoranın partiyasını ifa etmişəm.

- "Qüdsi" filmindən başqa, demək olar ki, heç bir filmə çəkilməmisiniz…

- Bu filmə çəkiləndən sonra bir çox filmlərə dəvət aldım. Düzünü deyim ki, gələn təkliflər ürəyimcə olmadığından qəbul etmirdim. Mən sırf opera ilə məşğul olurdum. Bu sənət ilə peşəkarlar məşğul olmalıdırlar. Amma ciddi bir filmə dəvət etsələr, bəlkə də, fikirləşərəm. Onu da deyim ki, bu film mənə düşərli oldu, yoldaşım Mustafa ilə tanı ... Читать дальше »

Просмотров: 300 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfail Cəbrayılov XeberdarOlaq.Fo.Ru-ə bildirib ki, parlamentin builki payız sessiyasında sərxoş sürücülərə qarşı qanunvericiliklə nəzərdə tutulan məsuliyyətin sərtləşdirilməsi müzakirə olunacaq.

"Azərbaycanda avtomobili sərxoş halda idarə edənlər yalnız inzibati qaydada cəzalandırılır. Həmin sərxoş sürücü gərək kiməsə xəsarət yetirsin ki, cinayət məsuliyyətinə cəlb olunsun", - Cəbrayılov deyib.

Deputat hesab edir ki, avtomobili sərxoş halda idarə edənlər birmənalı olaraq sürücülük vəsiqəsindən məhrum edilməlidirlər.

O, bu məsələ ilə bağlı Ukrayna təcrübəsinin də maraqlı olduğunu vurğulayıb.

"Ukraynada bir şəxs sistematik şəkildə avtomobili sərxoş idarə edirsə, onun avtomobili müsadirə olunur", - Cəbrayılov qeyd edib.

Bu ilin I yarısında Azərbaycanda 449 986 yol hərəkəti qaydalarının pozuntusu qeydə a ... Читать дальше »

Просмотров: 270 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Bu ilin I yarısında Azərbaycanda 449 986 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Просмотров: 271 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Populyar müğənni Səbinə İlyasovanın oxumeni.az-a müsahibəsini müəyyən ixtisarlarla təqdim edirik.

- Özünüz haqda məlumat verərdiniz?

- Mən heç vaxt heç kimə təvəllüdümü deməmişəm. Bu gün sizə deyəcəm. 1959-cu ildənəm, 52 yaşım var. Əslim Xızıdandır, Siyə­zəndə anadan olmuşam. 24 yaşında 1 oğlum var.

Asəf Zeynallının musiqi sinfini bitirmişəm. Nəriman Əliyevin tələbəsi olmuşam. 33 ildir, peşəkar sənətdəyəm. "Dan Ulduzu"nun solis­ti olmuşam. 1983-cü ildən Xankəndidə
Muğam Müsabiqəsinin solisti olmuşam. 1980-ci ildə Alim Qasımov 1-ci olub. 1983-cü
ildə 1-ci yeri Muğam müsabiqəsində mən tutmuşam. Mətbuat məndən yazdı. Bunu da Rəşid Behbudova çatdırıblar.

O vaxt rəhmətlik Rəşid Behbudov solist axtarırdı. Heç kimin səsini bəyənmirdi. Elə oldu ki, mənim ifam Rəşid müəllimin xoşuna gəl­di. Çünki xarici ölkələrə qastrol səfərlərinə
gedirdi. İnsan yemək yeyəndə çəngəl-bıç ... Читать дальше »

Просмотров: 345 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Lənkəran rayon sakini, "Elkontex", "Elnur-X" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və "Sərdar LTD" İstehsalat Kommersiya Şirkətinin direktoru Cahangirov Elnur Əhmədağa oğlunun vergi orqanlarına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə külli miqdar təşkil edən 6 milyon 409 min 132,69 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığını aşkar etmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Elnur Cahangirov "Sərdar LTD" İstehsalat Kommersiya Şirkətinin direktoru işləyərkən şirkətin adından vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsində vergi tutulan dövriyyəni azaltmaqla, eyni zamanda mənfəət vergisi bəyannaməsini təqdim etməyərək ümumi hesabla külli miqdar təşkil edən 3 ... Читать дальше »

Просмотров: 232 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

"İlk məqsədim mərhələ yarışlarını uğurla keçməkdir”. Bunu apasport.az saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan avarçəkəni Aleksandr Aleksandrov deyib.

Olimpiadada kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizə aparacaq idmançımız hədəflərini açıqlayıb. Sabah yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 16:50) start xəttinə çıxacaq Aleksandrov bildirib ki, hazırda yaxşı formadadır: "Hazırlıqdan şikayətim yoxdur. Məşqə gedib-gəlmək çox vaxt aparır. Bir az da havanın isti olması xoşuma gəlmir. Qaldı ki, medal qazanmağa, bu, hamının arzusudur”.

Qeyd edək ki, Aleksandrın yarışacağı idman növündə 33 idmançı 6 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 3-də isə 5 avarçəkən yer alıb. 22 yaşlı təmsilçimiz 6 nəfərlik qrupa düşüb. Rəqibləri Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Ka ... Читать дальше »

Просмотров: 292 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Belə ki, müğənni xalası Məhəbbətin həyat yoldaşının dünyasını dəyişdiyini öyrənib.

Məhəbbət xanım ta uşaqlıqdan Mətanətlə həmsirdaş olub. Onlar arasında yaş fərqi olsa da, rəfiqə kimi bir-birinə sirr verib, sirr alıblar. İndi M.İsgəndərli xalasını bu üzüntülü anında tək buraxmayıb, onun dərdini paylaşacaq...

 

Просмотров: 304 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

XeberdarOlaq.Ucoz.Com Türkel TV-yə istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Yay məktəbi" layihəsini davam etdirir.

Oğuzda yerləşən "Afra” oteldə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov gənclərlə görüşüb. Tədbirdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, millət vəkilləri Məlahət İbrahimqızı və Eldar İbrahimov da iştirak ediblər.

Təşkil olunmuş yay məktəbləri zamanı diskussiyalar və maraqlı debatlar keçirilib. Burada siyasi kampaniyaların təşkili, uğurlu siyasi kampaniyaların səbəbləri və Azərbaycanın 2020-ci ildə necə olacağı mövzusunda gənclər arasında müzakirə aparılıb. Hər il təşkil olunan layihə bu mövsüm daha da genişləndirilib. Belə ki, YAP-ın 600 minə yaxın üzvü var, bunlardan da 40%-ni gənclər təşkil edir.

Layihənin məqsədi gənclərin asudə vaxtlarını yaxşı keçirməsi, münasibət qurması, eləcə də, onlar üçün intellektual və əyləncəli y ... Читать дальше »

Просмотров: 181 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

XeberdarOlaq.Ucoz.Com "Milliyet"ə istinadən bildirir ki, "Big Chefs" restoranından çıxarkən Üzerli onu gözləyən fotoreportyorları görən kimi məkanı sürətlə tərk etmək istəyib.

Restoranın çıxışında gül satan qızın xahişinə rəğmən, heç nə almayan Üzerli və Ateş maşına əyləşərək uzaqlaşıblar.

 

Просмотров: 239 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ərzaq mağazalarında satışda olan süd və süd məhsullarının monitorinqini aparacaq.

Bu barədə APA-ya mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, yoxlamalara avqust ayının 1-dən başlanacaq. İ. Adbullayev deyib ki, monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılacaq. Analizlərin aparılması üçün həmin məhsullardan 100-dək nümunə götürüləcək.

 

Просмотров: 224 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə iyulun 26-da səhər saat 05:00 radələrində Göyçayın İkinci Ərəb kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Rasulov Kamran Mehman oğlu yaşadığı evin həyətindəki pomidor istixanasının çardağından özünü kəndirlə asaraq intihar edib.

Kənd sakinlərinin sözlərinə görə, 23 yaşlı K.Rasulov sevdiyi qızı ona vermədikləri üçün canına qəsd edib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Просмотров: 250 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Bunu Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev dünən "Azadlıq" radiosunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına qarşı müsahibə vermiş kinoşünas Aygün Aslanlı və kinorejissor Rövşən Almuradlıya cavab olaraq deyib.

"Dünən diqqətlə "Azadlıq" radiosunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına qarşı irəli sürülən ittihamları dinlədim. Əvvala, çıxışlar məndə təəssüf hissi və təbəssüm oyatdı. Təəssüf hissi oyatdı ki, məni suçlayan dörd il dərs dediyim keçmiş tələbəm Aygün Aslanlı və vaxtilə mənə dost deyən rejissor Rövşən Almuradlıdır. Mən ilk növbədə keçmiş tələbəm Aygün Aslanlıya cavab vermək istəyirəm. Birincisi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı iki ay bundan qabaq yox, 29 iyun 2012-ci il tarixində dövlət qeydiyyatından keçib. Gördüyünüz kimi, Aygün xanım, yeni təşkilatın yaranmasının bir ayı da hələ tamam ... Читать дальше »

Просмотров: 222 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

Hazırda Maldiv adalarında istirahət edən Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva avqustun 28-i Bakıya qayıdacaq və fasiləsiz iki işi birlikdə görəcək. Belə ki, N.Dostəliyeva həm yaradıcılıq işlərinə başlayacaq, həm də kiçik oğlu Əkbərin toyuna hazırlaşacaq.

Bu barədə Publika.Az-a xalq artistinin ailə üzvlərilə birlikdə adada dincələn prodüseri Mikayıl Hüseynov məlumat verib.

M.Hüseynov qeyd edib ki, Əkbərin toyunun vaxtı təyin olunmayıb:

"Maldiv adalarından qayıdandan sonra Nazpəri xanım işinin başına keçəcək. Sentyabrın 15-də işə başlayacaq. Toya da xüsusi hazırlıq gedir".

M.Hüseynov xalq artistinin yeni mahnı ifa edəcəyini də deyib.

"Nazpəri xanım sözləri Leyliyə, musiqisi türk bəstəkarına aid olan yeni mahnını oxuyacaq".

 

Просмотров: 262 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

 

»

XeberdarOlaq.Fo.ru xəbər verir ki, XeberdarOlaq.Ucoz.Com saytının daimi oxucusu Sahib Əliyevin saytın redaksiyasına göndərdiyi məktubda bu məsələyə toxunulub. 

"171 saylı marşrut avtobusu metronun "Qara Qarayev" stansiyasından Bilgəh qəsəbəsinə gedir. Bu avtobus Zuğulba qəsəbəsindən də keçir. Maşrutun uzunluğu 30 kilometrdir. Tarif Şurasının qərarına əsasən, məsafədən asılı olaraq, hər kilometrin qiyməti 1 qəpikdir. Bu qəsəbələr arasında gediş haqqı isə 20 qəpik müəyyən olunub. Əvvəllər qiymətlər belə idi və avtobusların salonlarından da tariflər qeyd olunmuşdu. Lakin indi həmin qiymətləri çıxarıblar, əvəzində öz qiymətlərini yerləşdiriblər. Məsafədən asılı olmayaraq Zuğulbaya qədər gediş haqqı - 40 qəpik, qəsəbələr arası gediş haqqı - 30 qəpik. Bundan başqa, sürücülər gediş haqqı kimi 40 qəpik ödəməyən sərnişinləri təhqir edirlər", - oxucunun məktubunda qeyd olunub.

Məsələyə aydınl ... Читать дальше »

Просмотров: 230 | Добавил: Admin_VuqaR | Дата: 27.07.2012 | Комментарии (0)

Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024