»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 09:53
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Июль » 27 » Azərbaycanın opera müğənnisi: "O olmadan mən nəfəs ala bilmərəm"
17:28
Azərbaycanın opera müğənnisi: "O olmadan mən nəfəs ala bilmərəm"
 

»

Opera müğənnisi Eleonora Mustafayevanın XeberdarOlaq.Ucoz.Com-a müsahibəsi.

- Eleonora xanım, necə oldu ki, sizdə klassikaya həvəs yarandı?

- Sənətə gəlməyimin səbəbi, demək olar ki, atam olub. Atamın klassikaya həvəsi olduğundan məni uşaq olarkən musiqi məktəbinə, fortepiano sinfinə qoyub. İncəsənət gimnaziyasında oxuyarkən ilk ifa etdiyim operetta "Arşın mal alan"da Gülçöhrənin partiyası olub. Peşəkar səhnədə isə "Trubadur" operasında Leonoranın partiyasını ifa etmişəm.

- "Qüdsi" filmindən başqa, demək olar ki, heç bir filmə çəkilməmisiniz…

- Bu filmə çəkiləndən sonra bir çox filmlərə dəvət aldım. Düzünü deyim ki, gələn təkliflər ürəyimcə olmadığından qəbul etmirdim. Mən sırf opera ilə məşğul olurdum. Bu sənət ilə peşəkarlar məşğul olmalıdırlar. Amma ciddi bir filmə dəvət etsələr, bəlkə də, fikirləşərəm. Onu da deyim ki, bu film mənə düşərli oldu, yoldaşım Mustafa ilə tanışlığım da bu vaxtdan sonra başladı. Bu filmdəki rolum da mənim çox xoşuma gəlmişdi. Özümü qədimi paltarda, saç düzümündə çox gözəl hiss edirdim. Mən deyə bilərəm ki, özümü film sahəsində də sınadım. Hal-hazırda məni belə bir filmə dəvət etsələr, çox sevinərəm.

- Çox nadir adınız var. Mənası nədir?

- Adımı atam qoyub, italyan adıdır. Düzü, mənasını bilmirəm. Onu da deyim ki, bacımın da adı Luizadır. Bu da çox maraqlı addır. Atam həmişə zarafatca deyir ki, Karl Marksın qızlarının adı bu cür olub (gülür).

- Hal-hazırki dövrdə gənclərdə opera sənətinə bir o qədər də həvəs yoxdur. Bu sizin sənətinizə olan sevginizi azaltmır ki?

- Mən sizinlə razı deyiləm. Bu gün gənclərin klassikaya marağı çoxdur. Mənim çalışdığım Opera və Balet Teatrında, kollektivin, demək olar ki, 50 faizdən çoxu gənc aktyorlardır. Hətta dediyim gənclər bir çox xarici ölkələrdə qastrol səfərlərində iştirak ediblər. Bir vaxtlar bizim teatra ancaq ziyalı insanlar gəlirdilərsə, indi, demək olar ki, tamaşaçılarımız çoxdur. Bu çox sevindirici haldır.

- Çox gözəl bir ailədə yaşayırsınız. Qayınananız Almaz Mustafayeva aktrisa, yoldaşınız rəssam, qaynınız isə rejissordur. Bütövlükdə sənət adamlarının əhatəsində olmaq necə hissdir?

- Çox gözəl hissdir. Mən deyərdim ki, biz bir akvariumdayıq (gülür). Mən özümü yoldaşımsız təsəvvür etmirəm. O mənə sənətdə həmişə dayaqdır.

- Yoldaşınız qısqancdır?

- Yoldaşımın çox gözəl xasiyyəti var. O olmadan mən nəfəs ala bilmərəm. Mənə elə gəlir ki, biz bir-birimizi tamamlayırıq.

- Qayınananız da sizi hər müsahibəsində çox sevdiyini deyir. Yəqin ki, qarşılıqlıdır...

- Bəli, mən də onu çox sevirəm. Mən ona minnətdaram ki, o bu cür oğul böyüdüb. İndiki zəmanədə oğul böyütmək çox çətindir.

- Sənətə daha çox vaxt ayırırsınız, yoxsa ailəyə?

- Hal-hazırda ailəyə daha çox vaxt ayırıram. İki oğlum var, Vaqifin 3 yaşı var, Ömər isə 1 yaş yarımlıqdır. Üç-dörd ildir, sırf ailə ilə məşğulam. Yoldaşım dayə tutmağı təklif etdi, axı o məni həmişə sənətdə görmək istəyir. Amma mən razı olmadım, fikirləşirəm ki, bu yaşda uşağa ana baxmalıdır. Onu da deyim ki, mən çox narahat anayam, ay uşaq yıxıldı, yemək yemədi və s...

- Gözəl görünmək üçün nə edirsiniz?

- Özümə vaxt ayırmağı sevirəm. İdmana gedirəm, aerobika ilə məşğul oluram. Hər qadın istəyir ki, gözəl görünsün. Yoldaşım gözəlliyimin qeydinə qalmaq üçün həmişə mənə şərait yaradır. İdmana getdiyim zaman bəzən uşaqlarla qalır.

- Deyirlər, hobbi ikinci sənətdir. Bilirəm ki, şəkil çəkdirməyi çox sevirsiniz...

- Bəli, şəkil çəkməyi və çəkdirməyi çox sevirəm. Düzünü desəm, məndə pis alınmır (gülür). Əvvəllər yoldaşım şəkil çəkdirməyə çox həvəssiz yanaşırdı, indi isə əksinə, məndən də həvəsli olub. Yoldaşım hərdən zarafatca deyir ki, biz milyoner olsaydıq, bütün pullarımızı şəklə xərcləyərdin. Həyatın heç bir anı qayıtmır, şəkillər isə o anları bizə yenidən yaşadır.

- Sənət adamlarının arzusu-istəyi bitib-tükənməzdir. Sizin sənətlə bağlı nə arzularınız var?

- Yeni partiyalar oxumaq, yeni obrazlar oynamaq istərdim. Elə operalar var ki, onları ifa etmək çoxdankı arzumdur. İnşallah, səhnəyə qayıdandan sonra, inanıram ki, o operaları oxuyacağam.

- Övladlarınızın hansı sənəti seçmələrini arzu edirsiniz?

- Düzünü deyim ki, incəsənətə həvəsləri olsa, çox sevinərəm. Amma işdir, başqa sənəti seçmək istəsələr, mən onlara qarşı çıxmayacağam. Əsas odur ki, seçdikləri sənəti sevsinlər və peşəkar olsunlar.

- Həyatda istədiyiniz nədir?

- Yaxınlarım həmişə sağ-salamat, yanımda olsunlar. Yaxınlarıma bir şey olanda elə bilirəm ki, mənə olub. Ölkəmizdə isə həmişə əmin-amanlıq olsun.

Просмотров: 301 | Добавил: Admin_VuqaR | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024