»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 09:44
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Июль » 27 » Azərbaycanlı müğənni: "Sevgi boş şeydir..."
14:02
Azərbaycanlı müğənni: "Sevgi boş şeydir..."
 

»

Populyar müğənni Səbinə İlyasovanın oxumeni.az-a müsahibəsini müəyyən ixtisarlarla təqdim edirik.

- Özünüz haqda məlumat verərdiniz?

- Mən heç vaxt heç kimə təvəllüdümü deməmişəm. Bu gün sizə deyəcəm. 1959-cu ildənəm, 52 yaşım var. Əslim Xızıdandır, Siyə­zəndə anadan olmuşam. 24 yaşında 1 oğlum var.

Asəf Zeynallının musiqi sinfini bitirmişəm. Nəriman Əliyevin tələbəsi olmuşam. 33 ildir, peşəkar sənətdəyəm. "Dan Ulduzu"nun solis­ti olmuşam. 1983-cü ildən Xankəndidə
Muğam Müsabiqəsinin solisti olmuşam. 1980-ci ildə Alim Qasımov 1-ci olub. 1983-cü
ildə 1-ci yeri Muğam müsabiqəsində mən tutmuşam. Mətbuat məndən yazdı. Bunu da Rəşid Behbudova çatdırıblar.

O vaxt rəhmətlik Rəşid Behbudov solist axtarırdı. Heç kimin səsini bəyənmirdi. Elə oldu ki, mənim ifam Rəşid müəllimin xoşuna gəl­di. Çünki xarici ölkələrə qastrol səfərlərinə
gedirdi. İnsan yemək yeyəndə çəngəl-bıçağı necə tutursa, Rəşid müəllim ona kimi fikir verirdi. Əsas səhnə mədəniyyəti, gözəl səs tembrinə görə məni qəbul elədi. İlk dəfə
Füzuli rayonuna getdik. Oxudum səhnədə, çox bəyəndi. 1989-cu ilə qədər - Rəşid
Behbudov rəhmətə gedənə kimi - onun ansamblının solisti oldum. İnanın, hərdən
tədbirlər olur, gedirəm. Səhnə həmin səhnə - otaqlar həmin otaq. Gözümün qabağından keçir Rəşid müəllim. Hər dəfə kövrəlirəm, yer tapa bilmirəm özümə. O ab-hava üçün
darıxıram, evə gələn kimi ağlayıram. İndi hər şey başqa cür olub. Rəşid müəllimin ab-havası yoxdur. Çox xoşbəxtəm ki, Rəşid müəllimlə bir səhnəni paylaşmışam. Çoxları Rəşid müəllimlə bir səhnədə olmaq üçün həsrət çəkiblər.

- Necə oldu ki, bu sənəti seçdiniz?

- Mən uşaqlıqdan oxumuşam. Rəhmətlik anam bağça müdirəsi idi, həmişə də xorda mən oxuyurdum. Böyüdükcə fikirləşirdim ki, anam müdirdir deyə məni oxudurlar. Sonra gördüm ki, getdikcə bütün tədbirlərdə mən oxuyuram. İlk müəllimim Nəriman müəl­lim olub. Düzü, bir az ailə problemim oldu, sənətimdə boşluq yarandı. İndi istəyirəm o
boşluğu doldurum.

İndi baxırsan, ofisiant işləyən, mağazada işləyən, aparatura daşıyan da bu sənətə gəlir. Mən heç kimi qınamıram. Amma mənim is­tedadım olub ki, bu sənətdəyəm. Musiqi
savadım güclüdür. Əvvəllər bir kanal var idi - AzTV. Hər musiqiçini, oxuyanı rəhmətlik
Elşad Quliyev qoymazdı çıxıb oxusun, ciddi yanaşardı. İndi isə səsi olan da, olmayan da, sənətdən xəbəri olmayan da bu sənətdə­dir.

Mən bu sənətə gələndə qardaşım, atam narazı oldular. Sonra elə oldu ki, qardaşım
təhsili ilə bağlı Leninqrada getdi. Həmin ili anam məni Asəf Zeynallı adına məktəbə,
rəhmətlik Nəriman müəllimin yanına apardı. O da mənə "Bayatı-Kürd" muğamının bir parçasını öyrətdi, beləcə mən qəbul oldum. Anamın gözəl səsi olub. 3 il keçdi. Qardaşım gələndən sonra narazılıq etmək istədi, anam irəli durdu: "Mənə oxumaq qismət olma­dı, heç olmasa, qızım oxusun", - dedi və belə gəldim bu sənətə, sonra tanındım. 33 ildir
sənətdəyəm.

- Bəzi müğənnilər var ki, sizin oxumaq tərzinizi bəyənmirlər. Onlara
münasibətiniz necədir?

- Məni kimsə bəyənmir, bu təbiidir. Amma hansısa sənəti olmayan bəyənmirsə, mən
elələrini saymıram. Çünki elələrinin sənəti yoxdur. Mən bu sənətdə uğur qazanmışam. Sənətkarlar o sözü deyə bilməzlər. 1 gün rəhmətlik Hacıbaba Hüseynovun dərsinə
gəlməyəndə məndən küsürdü. Bilal Əliyevlə bir yerdə təhsil almışam. Hamı şahiddir. Kimsə 1-ci partada oturanda müəllim durğu­zub məni oturdurdu. Hamıya da deyirdi ki, bura Səbinənin yeridir. Məni Emel Sayana oxşadırdı.

Oxuyanda heç vaxt bəziləri kimi rəqs etməmişəm. Səhnə mədəniyyətinə üstünlük
vermişəm. Emel Sayın da həmişə oxuyanda ciddi olub. Mənim 3 oktavalı səslə
oxumağım həmişə hamını heyran edib. İndi zilə qalxırsan, deyirlər, qışqırır. O bədbəxtlər bilmirlər, oktava nədir. Səsin tembri olmalı­dır. İndikilərin 99%-i danışıq tembri ilə oxuyur. İfada ancaq qarmonun, klarnetin, skripkanın səsi eşidilir. Əvvəllər radioda qulaq asır­dın, bilirdin ki, oxuyan kimdir. İndi isə qətiyyən seçilmir səslər. Hamısı bir-birinə oxşayır.
Qulaq asanda da elə bil danışırlar. Bəziləri çox savadsızdır, inanın, ürəyim ağrıyır. Ay
yazıq insanlar, səsim olmasaydı, məni Habil Əliyev, Rəşid Behbudov bəyənməzdi, 1983-cü ildə Muğam Müsabiqəsinin laureatı ol­mazdım. Məni bəyənməyənləri də canlı ifa ilə duelə çağırıram.

- Uşaqlığınızı necə xatırlayırsınız?

- Evdə pianino var idi, ifa edə bilmirdim. Öz-özümə oxuyurdum. Heç yadımdan çıxmaz, rəhmətlik qardaşım əsəbi halda deyirdi, bundan müğənni olacaq. Məni döyürdü, ağlaya-ağlaya qışqırırdım, onun da ürəyi yumşalırdı. Mən də deyirdim, mən müğənni ola­cağam - Zeynəb Xanlarova olacağam.

- Oxu üslubunuz melizmlərin zənginliyi ilə seçilir. Hətta bəzən bir mahnıda həddən çox xırdalıqlar edirsiniz. Səbəb nədir?

- Rəhmətlik Nəriman Əliyev həmişə deyirdi ki, sənə skelet verirəm, onu ətlə doldur.
Sənin ürəyin olmalıdır, beynin olmalıdır. Deməzdim, çox xırdalıq edirəm, çox xırdalıq
etməyin yeri yoxdur. Hər mahnı ürək tələb edir. Bir mahnın ürəksiz oxunsa, kimə
lazımdır? Heç kimə. İnanın, elə olur, studiyada 10 dəfə oxuyuram, mahnıdan bəstəkar, rejissor razıdır, mən yox. Təzədən ifa edi­rəm ki, bu hissə xoşuma gəlmədi. Özümdə
həmişə yenilik axtarıram. Yazığım gəlir bəzi müğənnilərə. Çox gözəl mahnılarım var. Qoy hansısa müğənni götürüb oxusun da. Çə­tin oxusun. Çünki qəliz, çətin mahnılardır. Ürək lazımdır, səs lazımdır.

- Sizcə, sənətdən sui-istifadə edib pul qazanmaq olar?

- Şou-biznesdə əsas maddiyyatdır. Pulun yoxdursa, sənətini nümayiş etdirə bilməzsən. Ürəyim partlayır ki, pulum yoxdur, layihə­lərlə üzə çıxa bilmirəm. Bir tərəfdən pula nifrət edirəm, bir tərəfdən sevirəm. Pulu olmayan insan məhv olur. Arzularımı yalnız xəyal­larımda qururam. Mənim nə imkanım, nə də sponsorum yoxdur ki, layihə üzərində çalışım.

- Sirr deyilsə, toylara neçəyə gedirsiniz?

- İlk dəfə sizə deyirəm. Bəzi müğənnilər var ki, deyir, 4 minə, 5 minə gedirəm, onlar kimi yalan deməyəcəm. Toya 1 saatlıq 300 manata, bütövlükdə 500 manata gedirəm. Az
yeyirəm, gündə yeyirəm. Qaldı ki, 2 minə gedən müğənniləri toya 400-500 manata aparmışam. Gedəndə deyir ki, demə bu qiy­mətə gəlmişəm. Gərək yalan danışmayasan.

- Məndə olan məlumata görə, siz toyların birində ev yiyəsi ilə böyük
problem yaşamısınız. Mümkünsə, bu məsələyə aydınlıq gətirərdiniz.

- Haradan bildiniz? Çox maraqlıdır mənə. Şəmkirdə olub bu hadisə, yalan deməyəcəm. Toyun ortasında bir kişi içib gəlib dedi ki, mənimlə oynayacaqsan. Dedim, oynamayacağam, mən rəqqasə deyiləm. Bir də gördüm ki, bütün aparaturanın şnurlarını qırıq-qı­rıq eləyib. Məni palatkanın arxasına qaçırtdılar.

Bir dəfə də Şəmkir toyunda bir paçka pul qoydular qarşıma. Dedilər ki, "Bu gecə" mahnısını "beyjə" oxu, dedim, oxumuram. On­da da dava düşdü.

- İlk sevginiz neçə yaşında olub?

- Orta məktəbdə olub.

- Sevib ailə qurdunuz?

- Mən hesab edirəm ki, sevgi boş şeydir, gərək hörmət edəsən. İndi sevgi ilə qurulan ailələrin 99%-i dağılır. Səbəb də odur ki, niyə mənə qarşı diqqətli deyil? Söz-söhbətlər olur, ailə dağılır. Mənim həyat yoldaşım Oqtay İsmayılovdur. Mən sevməmişəm,
hörmətim olub, ailə qurmuşam.

- Bəs necə oldu ki, Oqtay müəllimlə tanış oldunuz, ailə qurdunuz?

- Mən indiyə kimi xoşlamamışam ailəm haqqında danışım, amma yenə sizə deyirəm. Mənim yoldaşım çox savadlı, aristokrat insan­dır. O vaxt Rafiq Babayev Rəşid Behbudov adına Mahnı Teatrında rəhbər idi. O rəhmətə getdi. Bir müddət Rəşid müəllim Rafiq Ba­bayevin yerinə musiqini dərin bilən axtarırdı.

Elə oldu ki, mənim yoldaşımı məsləhət gördülər. O da o vaxt xaricdə yaşayırdı. Çox savadlı musiqişünasdır. Rəşid müəllim teleq­ram vurdu, elə oldu ki, Oqtay bizə rəhbər gəldi. Bir gün qızlar dedilər ki, Rafiq Babayevin yerinə təzə rəhbər gəlib, mən güldüm, dedim, onun yerinə kim gəlsə də, onun kimi musiqini bilməz. Bir gün harasa gedirdik. Hamı mindi avtobusa. Qızlar onu mənə gös­tərdilər. Dedim, bu cavan oğlandır, bu nə bilir musiqi nədir? Sonra zaman keçdikcə gördüm ki, çox savadlı, intellektual insandır, güclü aranjmançıdır. Birlikdə Almaniyaya səfərə getdik. Hamı gördü ki, onun mənə qarşı fikri başqa cürdür, məni sevir. Kamança ifaçısı Şəfiqə Eyvazova mənə dedi ki, gözəl, savadlı, tərbiyəli oğlandır. Mən də götür-qoy etdim. Fikirləşdim, gözəl ailəmiz ola bilər. Şükür bu günə. Ailə qurdum, 1 oğlum var, 24 yaşında. Xaricdə oxuyur. Magistrdır. Bitirsin, inşallah, evləndirəcəm. Çox şükür, gö­zəl ailəm var.

- Görəsən, qadın müğənnilərin tez bir zamanda parlamasına səbəb nədir?

- Maddiyyat, bir də sponsordur. Bu dəqiqə bütün efirlər pulludur. Bir də ki, reklamın olsun. Bizim tamaşaçı görür ki, kimin reklamı çox güclü gedir, deyir, o yaxşıdır. Daha demirlər ki, sənəti yoxdur. İnanın, bu sənət aləmində çox çirkinliklər var. Mən hər addı­mımda ailəmi fikirləşmişəm. İstəməmişəm oğlumun başı aşağı olsun.

- Adətən, sponsorlar müğənnilərlə eyş-işrət yaşayır. Bəs sizə belə təklif gəlibmi?

- Olub, rədd eləmişəm. Bu yaxınlarda verilişdən çıxmışdım, gördüm mobil telefonuma zəng gəlib. Baxdım ki, bir imkanlı kişidir. Deyir, bəs sizə 9 hektar torpaq hədiyyə edirəm, sizə dəstək oluram. Təbii ki, mən rədd elədim. O gün oğluma deyirəm ki, inşallah, 33 illik zəhmətimin bəhrəsini qazanıb ad alıb, üçlüklə muğama keçəcəm, heç bir toylara getməyəcəm. Fikrim qətidir, yalnız muğam­la efirlərə çıxacam, şou-biznesə də qatılmayacağam.

- Bu yaxınlarda diplomunuzla bağlı problem yaşanmışdı. Bu hadisə sizi qıcıqlandırmadı ki?

- Çox qıcıqlandım. "Günəbaxan"da qonaq oldum, sözümü demək istədim, abrımı qorudum, istəmədim, efirdən nümayiş etdirim. Verilişdə bir çox lazımsız müğənnilər qaldı kənarda, dedilər, ilin dueti niyə mənə verilib? Müzakirə mən oldum. Fikirləşmədilər ki, 33 ilin sənətkarıyam. Evdə o qədər diplomum var, sayı-hesabı yoxdur. Nə də pul verib diplom almamışam.

- Niyə bu qədər özünüzdən razısınız?

- İnanın, bunu hamı deyir. Amma ünsiyyət qurandan sonra deyirlər ki, super xasiyyətin var. Mən özümü dartan insan deyiləm.

- Paxıl insansınız?

- İnanın Allaha, heç bir müğənniyə paxıllığım yoxdur. Ağadadaş Ağayev bir dəfə bir söz dedi: "Bu sənəti də, onun ruzisini də Allah verir”. Niyə kiməsə paxıllıq eləməlisən? Zəif insan paxıl olar. Mən qabiliyyəti sevənəm, heç vaxt zəif olmaram, nə də heç kimə qarşı qısqanclıq və ya paxıllıq hissim var. Bax neçə ilin sənətkarıyam. Düzdür, qıcıqlanıram, amma gözləyirəm. Fəxri ad almamağım mənə pis təsir edir.

- Yaşamaq üçün, daim sevib-sevilmək üçün insana nə lazımdır?

- Məndə sevgi hissi yoxdur. Dəlicəsinə ancaq balamı və bacılarımı sevirəm. Rəhmətə gedən qardaşımın balalarını sevirəm. İnanın, gündə 20-30 dəfə dua edirəm ki, ay Allah, bizə dərd-qəm vermə. 10 ilin içində atamı, cavan qardaşımı, sonra da anamı itirdim (kövrəlir). Daha belə bir bəla istəmirəm. Ötən günlərimə dönməzdim. Uşaqlıq, gənclik illərimə qayıtmazdım. Təkcə onu istəyərdim ki, anam, qardaşım yanımda olsun. Həyatda çox əziyyət çəkmişəm. Bir də baxırsan, müğənni efirdə bu gün birini sevir, səhər baş­qasını. Necə bacarırlar onu, bilmirəm, mənə çatmır.

- Həyat sizə nə öyrətdi?

- Çox şey öyrətdi. O gün Nisə Qasımovaya deyirəm ki, elə bil ruham, insan içində yaşamıram, qıraqdan baxıram. Adi toyda oxu­yuram, bir də görürəm, bir mahnının üstündə bir-birlərini qırırlar. Fikirləşirəm, axı bu dünyada heç nə əbədi deyil. Həyata başqa cür baxıram, ləzzət eləmir mənə. Həyatda səhvsiz insan olmur. Mən də səhvlərə yol vermişəm.

- Bu sənətə nələri qurban verdiniz?

- Bir çox şeyi qurban verdim - oğlumun qardaşı yox, bacısı yox. İndi mənimlə dalaşır ki, niyə mənim bacım yoxdur, qardaşım yoxdur? Günah məndədir. O qədər kolxozda, sovxozda, pambıqda gedib oxudum, 3 gün keçirdi, başqa ölkəyə gedirdik. 18 gün uşağımı süddən ayırdım, getdim Rumıniya festivalına. Döşüm şişdi, əməliyyat oldum. Təzədən yenə Türkiyədə əməliyyat oldum. Mübariz Tağıyevin həyat yoldaşı Sveta mənə kömək edirdi (kövrəlir). Canım çıxıb bu yolda, cibim üçün oxumamışam ki.

- Həyat kitabçanızda boş qalan səhifələr varmı?

- Hər şey boşdur mənim üçün. Anam 7 aydır rəhmətə gedib, hər gün ağlayıram. Balkona çıxıram, qardaşımın evi üzbəüz. Baxı­ram, maşını həyətdə yoxdur. Atamın saatını saxlayıram. Mənim üçün hər şey boşdur.

- Bəs qalmaqal nə deməkdir sizin üçün?

- Düzdür, mən qalmaqaldan uzağam, amma kim mənə ilişərsə, qüvvəm var yerində oturtmağa, gücüm də çatar. Təbii ki, necə lazımdırsa, cavabını verəcəm.

- Səbinə İlyasova ən çox kimin ifasına qulaq asır?

- Muğam müsabiqəsində Kamilə Nəbiyevanın ifasını çox dinləyirəm. Hətta telefona onun ifalarını köçürmüşəm, hər gün ona qulaq asıram. Aygün Bayramovaya, Könül Xasıyevaya, Nəzakət Teymurovaya, Alim Qasımova qulaq asıram.


Просмотров: 346 | Добавил: Admin_VuqaR | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024