![»](http://xeberdarolaq.ucoz.com/picture129367.jpg)
Hazırda Maldiv adalarında istirahət edən Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva avqustun 28-i Bakıya qayıdacaq və fasiləsiz iki işi birlikdə görəcək. Belə ki, N.Dostəliyeva həm yaradıcılıq işlərinə başlayacaq, həm də kiçik oğlu Əkbərin toyuna hazırlaşacaq.
Bu barədə Publika.Az-a xalq artistinin ailə üzvlərilə birlikdə adada dincələn prodüseri Mikayıl Hüseynov məlumat verib.
M.Hüseynov qeyd edib ki, Əkbərin toyunun vaxtı təyin olunmayıb:
"Maldiv adalarından qayıdandan sonra Nazpəri xanım işinin başına keçəcək. Sentyabrın 15-də işə başlayacaq. Toya da xüsusi hazırlıq gedir".
M.Hüseynov xalq artistinin yeni mahnı ifa edəcəyini də deyib.
"Nazpəri xanım sözləri Leyliyə, musiqisi türk bəstəkarına aid olan yeni mahnını oxuyacaq".
|