»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 09:36
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Июль » 27 » Açıq saçıq geyim daxili aləmi əks etdirir?
18:21
Açıq saçıq geyim daxili aləmi əks etdirir?
 

»

Bunun səbəbini müxtəlif amillərlə izah edirlər. Eyni halda açıq-saçıq geyimlərin yaratdığı fəsadlar və problemlər günü-gündən artmaqdadır. Belə ki, ailə zəminində, qeyrət üstündə baş verən insan qətlləri, qadın əxlaqsızlığının yayılması, xüsusilə ailə daxili münasibətlərin soyuması və ailələrin dağılmasının artan xətt üzrə inkişafı açıq saçıqlığın yaratdığı problemlərdəndir. Açıq-saçıq geyimlərin artmasının səbəbləri və adı çəkilən geyim növlərinin cəmiyyətin formalaşmasına və inkişafına mənfi təsir göstərməsi ilə bağlı FaktXeber.com-a açıqlama verən psixoloq Günel Aslanova maraqlı fikirlər səsləndirdi. Ekspert qeyd etdi ki, şəxsiyyət xüsusiyyətlərinin geyimdə əks olunması və geyimin insana təsiri psixologiyada tədqiq edilən ən maraqlı problemlərdənbiridir: "Artıq uşaqlıqdan başlayaraq geyimlə əlaqədar müəyyən seçimlər, şəxsi tərz formalaşır. İnsanın bu və ya digər geyimi seçməsinə başlıca olaraq geyimin estetikliyi təsir etsə də, digər nüanslar da var ki, geyim seçiminə şüuraltı olaraq təsir edir. Geyim insanın müxtəlif əhval və arzularını əks etdirir. Bu rəng, parça seçimində, dəbi izləmə və ya inkar etmədə, bəzək əşyalarının olub-olmamasında, tərzin peşə, bədən quruluşu və xarakterlə qarşılıqlı əlaqəsində təzahür edir.”

Geyim şəxsiyyət haqqında informasiya verməkdən əlavə insanın bir sıra tələbatlarını (özünütəsdiq, özünüifadə) təmin etdiyini vurğulayan Günel xanım, "bu səbəbdən də geyim insanın qarşı tərəfi qavramasında mühüm element kimi çıxış edir. Geyim hər zaman yaşdan və ailə vəziyyətindən asılı olub”,-deyə bildirdi: "İnsan yalnız geyim deyil, bununla həm də davranış tərzi seçir. Geyim ona təsir etməyə başlayır. Bu qarşılıqlı əlaqə çox maraqlıdır. Geyim tərzinin dəyişməsi davranış manerasının dəyişikliyinə səbəb olur. Demək insan açıq-saçıq geyinməsini psixoloji cəhətdən tədqiq edərkən bir neçə məsələyə toxunmaq lazımdır. Əvvəla, insan açıq-saçıq geyinməklə öz daxili aləmi haqqında informasiya vermiş olur. Buradan belə nəticə çıxır ki, öz bədənini nümayiş etdirməyə çalışan şəxsin ümumilikdə özünü nümayişetdirməyə ehtiyacı var. Amma bu ilk məsələnin elə maraqlı tərəfi də ondan ibarətdir ki, demək ki, insan nəyin həqiqətən də nümayiş etdirməli olduğundan (mədəniyyət, əxlaq, elm, mənəviyyat və s.) xəbərsizdir. Bu o demək deyil ki əsl nümayiş etdirilməli olanlardan məhrumdur, sadəcə onların onda mövcudluğundan və ya onların nümayişinin ona olan faydasından xəbərsizdir.”

Ekspert onu da qeyd etdi ki, açıq-saçıq geyinənlər elə düşünür ki, bu tərz onu daha cəlbedici edəcək, onu əks cinslə qarşılıqlı münasibətində müsbət rol oynayacaq, onun cinsi istək yaradan tərzi əks cinsin marağında olmaqla münasibətlərinin daha zəmanətli olmasına səbəb olacaq: ”Amma qarşı cinsin daim marağında olmaq, münasibətlərin davamlı olmasının zəmanəti qarşılıqlı hörmət, qayğı, məsuliyyət və inama əsaslanan həqiqi hislərdir. Təbii ki, geyimlə buna nail olmağa çalışanlar çox tezliklə yanıldıqlarının fərqinə varırlar. Digər bir məsələ odur ki, geyim insanın davranışına təsir edir, onu dəyişir. Ola bilər ki, şəxsin nümayişkarlıq, özünütəsdiq etmə və s. kimi problemləri yoxdur. Amma hər hansı rəfiqəsinin, kinoulduzun vədigər şəxsin geyimini onu yamsılamaq üçün geyinən şəxs artıq bu geyimin təsiri altında özünün şəxsi xüsusiyyətlərinin də dəyişərək, həqiqi "öz”dən uzaqlaşaraq bu tərzə uyğunlaşdığının fərqində olmur. Bu problem birinci problemdən qaynaqlanır. Çünki insan açıq-saçıq geyinməklə, bunun fəsadlarını yaşamaqla yanaşı ətrafında xeyli sayda insanı da buna yoluxdurmuş və bu fəsadlarla üzləşdirmiş olur.


Просмотров: 561 | Добавил: Admin_VuqaR | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024