![»](http://xeberdarolaq.ucoz.com/picture129366.jpg)
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ərzaq mağazalarında satışda olan süd və süd məhsullarının monitorinqini aparacaq.
Bu barədə APA-ya mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, yoxlamalara avqust ayının 1-dən başlanacaq. İ. Adbullayev deyib ki, monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılacaq. Analizlərin aparılması üçün həmin məhsullardan 100-dək nümunə götürüləcək.
|