»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 10:49
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 21 » "Şahdəniz-II" layihəsinə rəsmən start verildi
17:15
"Şahdəniz-II" layihəsinə rəsmən start verildi
                    

»  

Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu qərar bu gün Azərbaycan prezidenti İlham Əliyevlə BP-nin Bakıda işgüzar səfərdə olan baş icraçı direktoru Robert Dadli arasında keçirilmiş görüş zamanı rəsmən elan edilib.

«Şahdəniz-II» layihəsi «Cənub qaz dəhlizi»ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq: «Bu gün elan edilmiş bu mühüm irəliləyişin əldə olunması konsorsiuma ilk qaz ixracına təqribən 2017-ci ilin sonunda başlamaq məqsədini qüvvədə saxlamağa imkan verir».

«Şahdəniz-II» layihəsi ildə 16 mlrd. kubmetr qaz hasilatını nəzərdə tutur. İlkin mühəndis-layihələşdirmə işlərinin başlanması layihənin mühüm bir mərhələyə daxil olduğunu bildiirir. Bu mərhələdə mühəndis-texniki araşdırmalar təkmilləşdiriləcək, əlavə quyular qazılacaq, kommersiya sazişləri yekunlaşdırılacaq və əsas tikinti müqavilələri başlanacaq.

Bu mərhələdə həmçinin «Şahdəniz» konsorsiumu Türkiyə ərazisində və Avropaya ixrac marşrutlarının seçimini yekunlaşdıracaq.

«Gözlənilir ki, Xəzər dənizində sahildən təxminən 70 km məsafədə yerləşən «Şahdəniz» yatağının Mərhələ-2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı böru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 mlrd. kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. «Şahdəniz» qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək», - deyə «BP-Azerbaijan» şirkətindən bildirilib.

Qeyd edək ki, 2011-ci ilin oktyabr ayında Türkiyənin «BOTAŞ» şirkəti və Türkiyə hökuməti ilə qaz satışı və tranziti sazişləri imzalanıb – bunların hamısı Azərbaycan və Türkiyə tərəfindən imzalanmış hökumətlərarası saziş çərçivəsindədir. Həmin tarixdən bəri, Türkiyə ərazisindən potensial qaz nəqli üçün Trans Anadolu Boru kəməri layihəsinə mühəndis-texniki araşdırmalara başlamaq imkanı verən sazişlər imzalanıb. Qazın Avropaya daşınması üçün üç variant nəzərdən keçirilir ki, bunlar İtaliya marşrutu olan Trans Adriatik Boru kəməri (TAP), Türkiyə-Avropa sərhədindən qazı Şərqi Avropadan keçməklə qərbə aparacaq «Nabucco» və qazı Macarıstan, Bolqarıstan və Rumıniyaya nəql edəcək Cənub-Şərqi Avropa Boru kəməri (SEEP). «Şahdəniz» konsorsiumu marşrutun son seçimini 2013-cü ildə edəcək.
Xatırladaq ki, «Şahdəniz» yatağının ehtiyatları 1,2 trln. kubmetr həcmində qiymətləndirilir. «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində illik hasilatın 25 mlrd. kubmetrə çatacağı proqnozlaşdırılır. Layihənin iştirakçıları BP (əsas operator - 25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NICO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.

Просмотров: 160 | Добавил: Admin_VuqaR | Теги: «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024