»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 10:35
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 7 » Qubada xalq hakimiyyəti devirdi
12:12
Qubada xalq hakimiyyəti devirdi
                                   

         Qeydiyyat Elemeden Saytdan Nese Oxruyan Ve yaxud Goturen .............!  » Polis və Daxili Qoşunların xalqa gücü çatmadı; başçı istefaya məcbur oldu Qubanın icra başçısı Rauf Həbibovun qubalıları təhqir etməsi rayonda əhalinin ayağa qalxmasına səbəb olub. Oxucuların diqqətinə çatdıraq ki, Rauf Həbibov iclasların birində qubalılar barədə deyib: "Qubanı qubalılar satıblar, biləsəniz. Qubanı qubalılar 30-40 manat bazarlığa satıblar. Qubalılar tərəfindən, nankor qubalılar tərəfindən satılıb. Baxın, görün, qubalılar həm öz xalqını satıb, həm öz dövlətini satıb, həm öz torpağını satıb, həm öz ailəsini satıb. Gedib ağzına gələni danışır, nə var ki, onun evinə 30-40 manatlıq bazarlıq gətirəcəklər”.Rauf Həbibovun bu çıxışının videoyazısı sosial şəbəkələrdə də yayılıb.***Icra başçısı yumurta atəşinə tutulduBu t

Ziya Məmmədov qubalılardan üzr istədi

Rauf Həbibovun himayədarı, Qubanın "kuratoru” nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının ərazi idarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyev və Qubadan olan deputat Vahid Əhmədov rayona yollanıb. Onlar sakinləri sakitləşdirməyə çalışıblar. Ziya Məmmədov qubalılar qarşısında çıxış edərək icra başçısının adından onlardan üzr istəyib. Lakin qəzəblənmiş əhalini sakitləşdirmək mümkün olmayıb. Sakinlər Rauf Həbibovun Qələduz kəndindəki başqa bir villasına tərəf hərəkət etməyə başlayıblar.
Olaylar zamanı xeyli adam saxlanılıb. Bu isə insanların daha da qəzəblənməsinə səbəb olub. Aksiya iştirakçılarından bir dəstə rayon Polis Şöbəsinin binası qarşısına gələrək aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb ediblər. Deputat Vahid Əhmədov aksiya iştirakçılarının qarşısına çıxıb. Deputat onlara problemlərin həll olunacağını deyib. Onlardan 5 nəfər danışıq aparmaq üçün Polis Şöbəsinə dəvət olunub.
Lakin bir az sonra polis şöbəsinin qarşısına daxili qoşunların əməkdaşları gəlib və toqquşma olub. Daxili qoşunların əsgərləri ilə aksiya iştirakçıları arasında toqquşma olub. Aksiya iştirakçılarından bir neçəsi daş atıb, digərləri isə onları daş atmamağa çağırıb, əsgərlər isə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
RATI-nin əməkdaşları Rəşad Vaqifoğlu və Idrak Abbasov qarşıdurma zamanı yaralanıblar.
Vahid Əhmədov, həmçinin bu olaylara münasibət bildirərkən deyib ki, heç kəs icra başçısına haqq verməyib ki, camaatı təhqir etsin: "O, çıxışlarına, dediyi sözlərə fikir verməlidir. Statusundan istifadə edib, əhalini təhqir etməyə ixtiyarı yoxdur”.

Qubada fövqəladə vəziyyət

Qəzetimiz çapa gedərkən məlumat aldıq ki, Qubada fövqəladə vəziyyət elan olunub. Rayonun bütün giriş çıxışları bağlanıb. Məlumatda deyilir ki, sakinlər aksiyanı bu gün də davam etdirmək istəyirlər. Bu isə hakimiyyətin təşvişinə səbəb olub. Bu baxımdan güc strukturlarının əhəmiyyətli hissəsi Qubaya səfərbər edilib. Və rayonda fövqəladə vəziyyət yaradılıb.

Müxalifət liderləri Quba olayı haqda

Martın 1-də Qubada icra başçısı Rauf Həbibovun qubalıları təhqir etməsinə cavab olaraq keçirilən etiraz aksiyasına müxalifət liderləri də münasibət bildirib.

Azərbaycanın Quba kimi ayağa qalxması zaman məsələsidir

IP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli bildirib ki, Quba rayon icra başçısının xalqın heysiyyatına toxunan məsuliyyətsiz çıxışı minlərlə sakini etiraz aksiyasına təhrik eləyib: "Əlbəttə ki, adamların tələbi, etirazı başadüşüləndir, adamlar tələblərində haqlıdırlar. Belə bir mədəniyyətsiz adam dövlət hakimiyyətini təmsil eləyə bilməz. Azərbaycan xalqını, onun bir hissəsi olan Quba camaatını o şəkildə aşağılayan birisinin dövlət adından çıxış etməyə, icra başçısı olaraq fəaliyyət göstərməyə heç bir haqqı yoxdur. Burda iki məqama diqqəti xüsusi cəlb eləmək istəyirəm. Biri ondan ibarətdir ki, çox təəssüf ki, belə bir çıxışın olması faktı məlum olandan sonra da Ilham Əliyev həmin şəxsi icra başçısı vəzifəsindən azad etməyib. Qubaya daxili qoşunları, çevik polis alayını göndərmək, xalqa divan tutmaq haqqında ssenarilər cızmaq yox, yerində olmayan o adamı işdən çıxarmaq lazım idi. Vaxtında bu addım atılmalı idi. Azərbaycanda hakimiyyətdəkilərin əksəriyyəti Rauf Həbibov kimidir. Onların danışıqlarının hamısı yazılmır. Əslində bu, xarakterik bir tipdir ki, hakimiyyətin simvollarından biridir.
Ikincisi, diqqəti ona cəlb eləmək istəyirəm ki, icra başçısının çıxışı insanları nə qədər qəzəbləndirsə də, məncə, bu qədər çox adamın etiraz eləməsi yalnız bununla bağlı deyil. Görünür, illərlə toplanmış narazılıq, haqsızlıq, sosial problemlər, insanların sözünün eşidilməməsi, haqqının tapdalanması ciddi gərginlik yaradıb. Icra başçısının aşağılayıcı açıqlaması da əslində çoxdan yığılmış acığın meydana çıxmasına gətirib çıxardı. Burdan Azərbaycan hakimiyyəti üçün də ciddi mesaj var. Məsələ burasındadır ki, Qubadakı əhval-ruhiyyə ilə bütün ölkədəki əhval-ruhiyyə çox fərqlənmir. Azərbaycanın hər yerində yaşayan insanlar Qubadakı qardaş və bacılarımız kimi haqsızlığın, ədalətsizliyin əsarətindədir. Əgər Azərbaycanda təcili islahatlar başlamasa, Azərbaycanın dövlət məmurlarının indiki azğınlığının qarşısı alınmasa, müəyyən dəyişikliklərin önü açılmasa, Azərbaycanın Quba kimi ayağa qalxması zaman məsələsidir. Azərbaycan hakimiyyəti nəticə çıxarmalıdır. Adamlara qarşı repressiya tətbiq etməklə problemin həlli olmayacaq. Insanlara qarşı repressiyaya yol verilməməsini tələb edirəm. Xalqdan gələn mesajdan ölkədə dəyişikliklərin önünü açmaq üçün istifadə etmək lazımdır”.

Hakimiyyətin ağıllı qərarlar qəbul etməməsi başqa fəsadlar da yarada bilər

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı Isa Qəmbər "Yeni Müsavat”a açıqlamasında deyib ki, hadisələr icra başçısının mədəniyyətsiz çıxışından sonra başlasa da, bu, mövcud vəziyyətdən qəzəbli xalqın etirazı üçün sadəcə bir əsas rolunu oynayıb: "Məsələnin mahiyyəti xalqın hakimiyyətin bu şəkildə idarəçiliyi ilə, haqsızlığı ilə barışmamasının nümunəsidir. Əslinə qalsa, Qubada baş verən hadisələr bütövlükdə Azərbaycanda baş verə biləcək hadisələrin bir modelidir. Hakimiyyət bundan ən qısa müddətdə çox ciddi nəticələr çıxarmalıdır. Xalqa qarşı repressiyalar haqqında deyil, problemləri həll eləmək haqqında düşünməlidir. Söhbət tək Qubanın icra başçısının cəzalandırılmasından, vəzifədən kənarlaşdırılmasından getmir, hakimiyyət bütövlükdə siyasətini dəyişməlidir. Əgər hakimiyyət bunu etməyəcəksə, Qubada baş verən hadisələrin bütün ölkə miqyasında təkrarlanacağı ehtimalı kifayət qədər yüksəkdir. Hakimiyyətin təcili və ağıllı qərarlar qəbul etməməsi başqa fəsadlar da yarada bilər”.

Quba hadisələrinin kökü təkcə bir icra başçısının harınlaşmasında deyil

ALP lideri Lalə Şövkət Qubada yaşanan olaylarla bağlı bəyanat verib. Bəyanatda deyilir: "Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov Quba camaatını açıq şəkildə ağır sözlərlə təhqir etməsindən qəzəblənən dinc Quba sakinləri haqlı olaraq öz etiraz səsini qaldırıblar. Etiraz aksiyası keçirilərkən, dinc əhaliyə qarşı hakimiyyət tərəfindən zor tətbiq olunub, həbs olunanlar var.
Əslində icra başçısının təhqiramiz ifadələri, harınlaşmış məmurun artıq millətə həqarət etməsi insanların narazılığına səbəb olan aysberqin görünən hissəsi və camaatın səbr kasasını daşdıran son damladır.
Bu iqtidarın saxtakarlığı, korrupsiyası, oğurluğu, rüşvətxorluğu, sıravi insanlara qarşı məmur özbaşınalığı və həqarəti bütün ölkədə artıq adi hala çevrilmişdir.
Quba sakinlərini ayağa qaldıran da məhz bütün ölkədə odluğu kimi tüğyan edən işsizlik və yoxsulluq, qanunsuzluq və ədalətsizlik, məmur özbaşınalığı və hüquqsuzluq, saxtakarlıq və korrupsiya, oğurluq və rüşvətxorluqdur, bunu azmış bilib millətin ləyaqətinə toxunan, milləti təhqir etməkdən çəkinməyən Quba icra hakimiyyətinin başçısının nalayiq hərəkətləridir.
Quba hadisələrinin kökü təkcə bir icra başçısının harınlaşmasında və özbaşınalığında deyil, ümumiyyətlə bu iqtidarın öz məmurlarına verilən hədsiz və qanundan kənar səlahiyyətlərində və onlar üçün yaradılan cəzasızlıq mühitindədir.
Bütün Azərbaycan xalqının narazılıq səviyyəsini dərk edərək, hesab edirəm ki, iqtidar təcili olaraq xalqın haqqını özünə qaytaran, onun insan kimi yaşamasına şərait yaradan köklü ictimai-siyasi və sosial-iqtisadi islahatlara başlamalıdır.
Qubanın icra başçısı milləti ağır təhqir etməsinə görə dərhal vəzifəsindən azad olunmalı və ümumiyyətlə hakimiyyət strukturlarından uzaqlaşdırılmalıdır.
Iqtidar bu hadisələrə görə saxlanılmış və həbs olunmuş insanları təcili azad etməlidir”.

                                 
Просмотров: 196 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024