»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:14
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 7 » Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi
23:27
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin yekun nitqi
      


 » 

- Əminəm ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaqdır. Çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Bir daha demək istəyirəm ki, 2011-ci ildə bütün sosial-iqtisadi məsələlər uğurla və vaxtında həllini tapmışdır. 2012-ci il başlayır. 2012-ci ili də uğurla başa vurmaq üçün biz fəal işləməliyik. Bütün proqramlar vaxtında icra edilməlidir. Bizim bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. İlk növbədə strateji istiqamətlər müəyyən edilmişdir, düzgün müəyyən edilmişdir. Bu strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri də vardır - maliyyə resursları, icra mexanizmləri və əlbəttə ki, peşəkarlıq. Bu amillər istənilən məsələnin həlli üçün bizə imkan verəcəkdir. Mən əminəm ki, 2012-ci ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir. 2012-ci ilin dövlət büdcəsi 2011-ci ilə görə daha da böyükdür. Daha da böyük vəsait nəzərdə tutulur. Əlbəttə ki, bu vəsait iqtisadiyyatımızın inkişafına və şaxələndirilməsinə yönəldiləcəkdir. Eyni zamanda, bizə bütün sosial proqramların və sosial infrastruktur layihələrinin icrasına imkan verəcəkdir. 2012-ci ilin dövlət büdcəsinin xərcləri təxminən 22 milyard dollara bərabərdir. Bu, tarixdə ən böyük göstəricidir. İcmal büdcə isə təxminən 25 milyard dollar səviyyəsindədir. Əlbəttə ki, bütün sosial proqramlar, sosial ödəmələr, sosial infrastruktur layihələri bu büdcə ilə uğurla icra ediləcəkdir. Biz elə etməliyik ki, büdcənin icrasını təmin edək. Bir daha demək istəyirəm ki, giriş sözümdə bu məsələyə toxundum. Bu, bizim üçün bir yenilikdir. Bu yeniliyin başlıca səbəbi bizim artan iqtisadi və maliyyə imkanlarımızdır. Mən istəyirəm ki, ölkə qarşısında duran bütün vəzifələr tezliklə həllini tapsın. Biz bütün bu işləri yüksək templərlə görürük. Bütün hökumət üzvlərinə və dövlət qurumlarına mənim tapşırığım bundan ibarətdir ki, bütün bu işlər qısa müddət ərzində, ancaq keyfiyyətlə görülməlidir. Bizim artıq böyük sənaye potensialımız, böyük şirkətlərimiz vardır. Xarici şirkətlər də bizim investisiya layihələrimizdə iştirak edirlər və buna maraq göstərirlər. Biz də bunu alqışlayırıq. Hesab edirəm ki, büdcənin investisiya hissəsini uğurla icra etmək üçün bizim bütün imkanlarımız vardır. Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin. Eyni zamanda, maliyyə intizamı daha da yüksək səviyyədə olmalıdır. Büdcə artdıqca məsuliyyət də artmalıdır. Şəffaflıq tam şəkildə təmin edilməlidir və dövlət tərəfindən qoyulacaq investisiyaların şəffaflığı tam şəkildə təmin edilməlidir. Yaxın zamanlarda mənə hökumət tərəfindən 2012-ci ilin investisiya proqramı təqdim ediləcəkdir. Bu proqramla bağlı müzakirələr daim gedir. Yenə də deyirəm, bizim 2004-cü ildə və 2009-cu ildə qəbul etdiyimiz regionların inkişafı Dövlət proqramlarında strateji istiqamətlər müəyyən edilibdir. İnvestisiya Proqramı da o strateji seçim üzərində qurulub. Düzdür, həyat yerində durmur, yeni məsələlər ortaya çıxır, yeni layihələr icra edilməyə başlayır və biz təbii ki, daim dəqiqləşdirmə aparırıq, ancaq investisiya xərclərinin ümumi istiqamətləri aydındır. Deyə bilərəm ki, bütün sahələr bizim üçün prioritetdir. Ancaq bu prioritetlərin içində daha çox sosialyönümlü infrastrukturun yaradılması əlbəttə ki, əsas yer tutmalıdır. Dövlət İnvestisiya Proqramı kifayət qədər böyük olacaqdır, 5,7 milyard manata bərabərdir. Bu vəsaitlə böyük işlər görmək olar. Bu təkcə dövlət tərəfindən qoyulacaq sərmayədir. Özəl sektor da bu işlərə fəal şəkildə qoşulur. Hesab edirəm kİ, 2012-ci ildə də ölkə iqtisadiyyatına ən azı 2011-ci ilin səviyyəsində vəsait qoyulmalıdır. Böyük infrastruktur layihələrinin icrası 2012-ci ildə davam etdiriləcəkdir. Mən onların içərisində xüsusi diqqəti içməli su və kanalizasiya layihələrinə yönəltmək istəyirəm. Çünki əvvəlki dövrdə elektrik enerjisi, xüsusilə generasiya güclərinin yaradılması, qazlaşdırma ilə bağlı böyük işlər görülmüşdür. Düzdür, bu işlər davam etdirilir, mən bu barədə danışacağam. Ancaq içməli su və kanalizasiya layihələri, bir qədər kölgədə qalmışdır. İndi bu sahəyə diqqət daha da ciddidir və işlər daha da uğurla aparılır. Bu sahədə müasir menecment sistemi, müasir idarəetmə üsulları tətbiq edilir. Dünya praktikasında geniş şəkildə istifadə olunur. Artıq Bakıda və bütün bölgələrdə içməli su, kanalizasiya layihələri başlayır, yaxud da ki, hazırlıq mərhələsindədir. Mən keçən il qarşıya vəzifə qoymuşdum ki, 2013-cü ilə qədər əsas layihələr öz həllini tapmalıdır, icra edilməlidir. Əgər biz buna nail olsaq 2013-cü ilin sonuna qədər bütün rayon mərkəzləri, bütün şəhərlər dayanıqlı, keyfiyyətli, təmiz içməli su ilə təmin ediləcək və heç vaxt tarixdə mövcud olmayan kanalizasiya sistemləri də dünya səviyyəsində qurulacaqdır. Bu sahədə 2011-ci ildə görülən işlər məni sevindirir. Vəsait vardır, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulacaqdır. Beləliklə, 2012-ci ildə işlərin müəyyən hissəsi icra ediləcəkdir. Eyni zamanda, suvarma layihələri də böyük əhəmiyyət daşıyır. Bu da kənd təsərrüfatının inkişafı, işsizliyin aradan qaldırılması üçün vacib rol oynayır. Böyük meliorasiya layihələri icra edilib. Bir neçəsi neçə ildir ki, icra edilir. Taxtakörpü, Şəmkirçay layihələri böyük vəsait tələb edən layihələrdir. 2012-ci ildə bu layihələr qismən Dövlət Neft Fondunun xətti ilə, qismən dövlət büdcəsinin vəsaiti hesabına icra ediləcəkdir. Orada da işlər cədvəl üzrə gedir. Mən bu məsələni daim diqqətdə saxlayıram. 2012-ci ildə də bu iki böyük layihənin icrası davam etdiriləcəkdir. Eyni zamanda, biz digər meliorativ layihələrə də vəsait ayırmalıyıq. Yəni, bu ikisi qlobal layihədir. On minlərlə hektar yeni əkin sahələri dövriyyəyə veriləcəkdir. Bununla bərabər, kiçikhəcmli meliorasiya layihələrinə də diqqət yetirilməlidir. Qazlaşdırma ilə bağlı 2012-ci ildə layihələr icra ediləcəkdir. Bu işlərin demək olar ki, böyük hissəsi görülmüşdür. Ancaq yenə də qarşıya vəzifə qoyulubdur ki, 2013-cü ilin sonuna qədər texniki və coğrafi cəhətdən mümkün olan bütün layihələr, bütün rayonları əhatə edən layihələr başa çatmalıdır. Əgər biz buna nail olsaq, - mən buna şübhə etmirəm, sadəcə istəyirəm ki, tezliklə buna nail olaq, - onda yaşayış məntəqələrinin 95 faizi qazla təmin ediləcəkdir. İndi böyük şəhərlərdə, rayon mərkəzlərində bu işlər gedir. Biz artıq kəndlərdə də bu işlərin görülməsinə başlamışıq. Qeyd etməliyik ki, 2013-cü ilin sonuna qədər biz bu hədəfə çata bilərik. Bizim zəngin qaz ehtiyatlarımız vardır. Biz qazı dünyaya ixrac edirik və daha da böyük həcmdə ixrac edəcəyik. Belə olan halda biz bunu maksimum şəkildə, yəni, 95 faiz - bu maksimum bizim coğrafiyamızı nəzərə alsaq mümkündür, - təmin etməliyik və edəcəyik. İnvestisiya layihələri arasında elektrik enerjisi ilə bağlı layihələr xüsusi yer tutur. Keçən il "Şimal-2” Elektrik Stansiyasının təməl daşı qoyulmuşdur. Bu stansiya 2013-cü ilin sonuna qədər istismara verilməlidir. Stansiyanın istehsal gücü 400 meqavatdan çox olacaqdır. Baxmayaraq ki, indi istehlak etdiyimizdən daha da çox enerji istehsal edirik, biz daim qabağa baxmalıyıq. Ölkəmizin gələcək uğurlu inkişafını, gördüyümüz işləri və planlaşdırdığımız layihələri nəzərə alaraq biz bilməliyik ki, generasiyaya nə qədər əlavə vəsait ayrılmalıdır. Burada rəqəm səsləndi, iqtisadi inkişaf naziri dedi ki, hazırda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 7 min dollardır. Biz qarşıya məqsəd qoymuşuq ki, məhz 2013-2023-cü illərdə ÜDM-i iki dəfə artıraq. Əlbəttə, nəyin hesabına artıracağıq? Yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində. Bizim iqtisadi artımımız real sektorun inkişafı hesabına baş verəcəkdir. Belə olan halda elektrik enerjisinə tələbat daha da artacaqdır. Əgər biz ixrac imkanlarımızı da əlavə etsək, - hazırda Azərbaycan demək olar ki, qonşu ölkələrə elektrik enerjisi də ixrac edir, - onda generasiya layihələrinə əlavə vəsait qoyulacaqdır və bu, qoyulmalıdır. Biz bu il böyük elektrik stansiyasının – "Cənub” Elektrik Stansiyasının istifadəyə verilməsini gözləyirik. Bu, 780 meqavat gücündə olan stansiyadır, müasir texnologiyalar əsasında qurulur. Biz Füzuli rayonunda da 25 meqavat gücündə su elektrik stansiyasının açılışını da bu il qeyd edəcəyik. Generasiya ilə paralel olaraq biz paylayıcı xətlərə də investisiya qoymalıyıq. Düzdür, indi bütövlükdə ölkədə elektrik enerjisi ilə problemlər yoxdur. Ancaq bölgələrdə bəzi hallarda fasilələr baş verir, işıqlar kəsilir və bunun başlıca səbəbi elektrik xətlərinin nasaz vəziyyətdə olmasıdır. Biz əlbəttə ki, əsas diqqətimizi elektrik enerjisi güclərinin yaradılmasına yönəltmişik və bu vəzifəni icra etmişik. İndi - xüsusilə bu il və gələn il biz paylayıcı xətlərə investisiya qoyuluşunu təşkil etməliyik. Orada bütün işlər müasir standartlar səviyyəsində olmalıdır. Bu məsələ ilə bağlı bir məqama da toxunmaq istəyirəm. Vaxtilə - bir neçə il bundan əvvəl bu sahə ilə bağlı ən ciddi məsələlər ödəməmələr idi. Yəni, elektrikin, qazın pulunu yığa bilmirdik. Çünki orada həm çox qeyri-şəffaf, korrupsiyalaşmış sistem qurulmuşdu və digər tərəfdən sayğaclaşma aşağı səviyyədə idi. Bəzi hallarda sayğaclaşmanın aşağı səviyyədə saxlanması da məhz korrupsiya məqsədlərini güdürdü. Çünki sayğac olmadan orada istənilən xoşagəlməz hərəkətlərə yol vermək olar. İndi sayğaclaşma ilə bağlı işlər demək olar ki, başa çatmaq üzrədir. Smart-kart tipli müasir sayğaclar quraşdırılır, artıq nəzarətçi ilə əhali arasında təmas tamamilə qırılıbdır. Heç kim gəlib qapını döyüb rüşvət almamalıdır, almır və almayacaqdır. Beləliklə, itkilər də azalır. Əgər biz indi xüsusilə bölgələrdə paylayıcı şəbəkələrə lazımi səviyyədə investisiya qoysaq, onda itkilər də azalacaqdır. Beləliklə, hazırda Bakıda elektrik enerjisi haqqının yığımı 90 faizdən yuxarıdır. Ölkə üzrə də bu rəqəm təxminən bu səviyyədədir. Qaz sahəsində yığım yüksək səviyyədədir. Vaxtilə 20, 30, 40 faiz yığılırdı, bəlkə də heç yığılmırdı. Yəni bu məsələ də öz həllini tapıbdır və dediyim kimi, biz bunu investisiya proqramında nəzərə almalıyıq. Bu gün telekommunikasiya sahəsində görülən işlər haqqında nazir məlumat verdi. Bu sahə də Azərbaycanda uğurla inkişaf edir. Bu il biz birinci Azərbaycan telekommunikasiya peykini orbitə buraxacağıq. Bu, tarixi hadisə olacaqdır. Azərbaycan kosmik sənaye yaradır. Azərbaycan kosmik sənayeyə malik olan ölkələr sırasına daxil edilir. Bu, uzaqgörən siyasətimizin nəticəsidir. Mən hesab edirəm ki, Azərbaycan bütün mütərəqqi və qabaqcıl texnologiyaları gətirməlidir. Biz gətiririk, tətbiq edirik, kadrları hazırlayırıq. Beləliklə, ölkəmizin həm siyasi çəkisi, həm iqtisadi gücü artacaqdır. Telekommunikasiya o sahələrdəndir ki, burada müxtəlif və hər bir ölkənin inkişafı üçün vacib olan amillər cəmləşir. Bu, innovasiyadır, bilikdir, savaddır. Eyni zamanda, bu, böyük biznes sahəsidir. Yəni, ölkə iqtisadiyyatının inkişafı üçün bizə əlavə gəlirlər gələcəkdir. Bu, elmi-texniki tərəqqini şərtləndirən sahədir. Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsi dünyada aparıcı sahə olacaqdır və olmalıdır. Bu sahədə kim qabaqda gedirsə, o da söz sahibi olacaqdır. Çünki bugünkü dünya bundan 10 il, 20 il əvvəlki dünya deyildir. Texnologiyalar, informasiya təhlükəsizliyi, kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri artıq ön plana çıxır və gələcək dövrün güclər nisbəti də məhz bu sahədə müəyyən ediləcəkdir. Ona görə, biz bu sahəyə çox böyük diqqət göstərməliyik, göstəririk. Bu siyasət bu gün başlanmır, bir neçə il bundan əvvəl başlanmışdır. Mən çox şadam ki, beynəlxalq telekommunikasiya qurumlarının hesabatlarına görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdədir. Bizdə azad internet fəaliyyət göstərir. Deyə bilərəm ki, heç də hər bir ölkədə azad internet mövcud deyildir. İnternet istifadəçilərinin sayı artmaqdadır, mən bunu çox müsbət hal kimi qiymətləndirirəm. Uşaqlarımız, gənclərimiz artıq kompyuterlə işləyirlər. Yəni, gələcək budur. Bu, məlumat, söz azadlığıdır, Azərbaycanda demokratik cəmiyyət mövcuddur və biz demokratik əsasları daha da gücləndirməliyik. Azad internet olan yerdə təbii ki, söz azadlığı da vardır və bu, təbiidir. Yəni, bu sahə həm təhlükəsizlik, həm inkişaf, həm bilik, həm biznes, həm gələcək nəslin hazırlanması üçün aparıcı sahə olmalıdır. Bizdə də elə olmalıdır. Biz gələcəkdə ölkəmizin inkişafı üçün iqtisadiyyatımızın şaxələndirilməsi sayəsində yaradılacaq vəziyyət hesabına bu sahədə də qabaqcıl yerlərdəyik. İndi bölgədə, gələcəkdə isə dünya miqyasında biz inkişaf etmiş ölkələrin sırasında olmalıyıq. Mən çox şadam ki, ölkəmizdə keçirilən ənənəvi "Bakutel” sərgisi hər il daha da böyük, mötəbər sərgi kimi özünü təqdim edir, gələn qonaqların sayı artır, şirkətlər maraq göstərirlər. İnvestisiya qoymaq istəyənlər görəndə ki, Azərbaycan dövləti də bu sahəyə böyük diqqət göstərir, kosmik sənaye yaradılır, birinci peyk buraxılır, çox böyük maraqla yanaşırlar. Yenə də qeyd edirəm, bu, birinci peykdir, sonuncu deyildir. Ondan sonra ikincisi, üçüncüsü olacaqdır. Yəni, güclü sənaye yaradılacaqdır. Beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlığımız çox yaxşıdır. Dünyanın aparıcı İKT şirkətləri Azərbaycana çox böyük maraqla və böyük hörmətlə yanaşırlar. Biz 2012-ci ildə ərzaq təhlükəsizliyi ilə bağlı tədbirləri daha da gücləndirməliyik. Bu sahədə görülən işlər müsbətdir. Biz bu il kənd təsərrüfatında böyük artıma nail ola bilmişik. Əkin sahələri, məhsuldarlıq artır. Xüsusilə taxılçılıqda məhsuldarlıq artır, bu, çox müsbət haldır. Əminəm ki, görüləcək tədbirlər nəticəsində böyük fermer təsərrüfatlarının yaradılması və onlara dövlət tərəfindən dəstək, meliorativ tədbirlərin, fermerlərə güzəştli şərtlərlə bütün yanacağın, gübrələrin verilməsi, aqrolizinq, aqroservislərin fəaliyyəti hesabına biz bu sahədə uzunmüddətli, dayanıqlı inkişafı təmin edəcəyik. Bir neçə il bundan əvvəl mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç xarici məhsuldan geri qalmır - həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından. Bizim məhsullarımız, xüsusilə tərəvəz, meyvə məhsullarımız təbiidir. Dünyada buna orqanik deyirlər. Bakıya, Azərbaycana gələn bütün qonaqlar məəttəl qalırlar ki, bizdə necə gözəl, təbii meyvələr, tərəvəzlər vardır. Bu, bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Biz kənd təsərrüfatının inkişafını, xüsusilə meyvə-tərəvəz sahəsindəki inkişafını da keyfiyyəti itirmədən aparmalıyıq. İndi müasir texnologiyalar vardır. Mənə bu yaxınlarda iqtisadi inkişaf naziri məruzə etmişdir, Azərbaycanda da tətbiq edilir. Bağçılıq sahəsində müasir texnologiyalara uyğun şəkildə istixanalar tikilir. Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərlə məşğuldur. Bu, əlbəttə ki, məhsul istehsalının həcmini artıracaqdır. Ancaq bununla bərabər, biz keyfiyyətə və ən önəmlisi meyvələrin, tərəvəzlərin dadına da daim fikir verməliyik. Yəni, bir müddət əvvəl qarşıya qoyulan vəzifə icra edilir. 2011-ci ildə dövlət tərəfindən verilən vəsait hesabına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə böyük vəsait ayrılmışdır. Biz bu il - 2012-ci ildə də rekord göstəriciyə çatırıq - sahibkarlara güzəştli şərtlərlə 200 milyon manat kreditlər veriləcəkdir. Mən çox şadam ki, bu, həm maliyyə dəstəyidir, həm də sahibkarlara çox yaxşı məsləhətlər, işə başlamaq üçün maddi imkanlardan asılı olaraq müxtəlif biznes-planlar verilir. Biz doğrudan da sahibkarlara çox böyük diqqətlə yanaşırıq. Mən deyə bilmərəm hansı başqa ölkədə belə yanaşma vardır. Fermerlərə güzəştli şərtlərlə yanacaq, gübrələr, aqrolizinq xətti ilə texnikalar verilir. Aqroservislər yaradılıbdır. İribuynuzlu cins mal-qara gətirilir, fermerlərə verilir. Ondan sonra güzəştli şərtlərlə kreditlər verilir. Bu il 200 milyon manat kredit veriləcəkdir. Daha sonra, biznes-planlar, investisiya layihələri, bir hektarlıq, beş hektarlıq, iyirmi beş hektarlıq planlar hazırlanır. Yəni, sahibkar sadəcə gəlib təkcə bu işi görməlidir. İndi bizdə keçən ilin sonunda azot gübrəsi zavodunun təməl daşı qoyulubdur. Yəni, biz özümüzü gübrələrlə, azot gübrələri ilə tam şəkildə təmin edəcəyik, ixrac da edəcəyik. Bu da aşağı qiymətlə veriləcəkdir. Bizim böyük qaz ehtiyatlarımız vardır. Biz o zavoda əlbəttə ki, güzəştli şərtlərlə qazı verəcəyik ki, səmərəlilik artsın. Yəni, özümüzü təmin etmək üçün, bir daha demək istəyirəm ki, böyük işlər görülübdür. İşlər bu il də, gələn il də, ondan sonra da görüləcəkdir. Gərək biz indidən gələcəyi düşünək. İndi biz bir çox mövqelər üzrə özümüzü təmin edirik, ya da ki, bu il, yaxud gələn il təmin edəcəyik. Bizdə quşçuluq sahəsində istehsalımız aşağı səviyyədə idi. İndi görüləcək tədbirlər nəticəsində 2012-ci və 2013-cü illərdə yeni tikiləcək quşçuluq fabriklərinin fəaliyyəti hesabına biz özümüzü quş əti ilə də təmin edəcəyik. Süd emalı, konserv kombinatları tikilir, bağçılıq, bitkiçilik inkişaf edir. Bitkiçilikdə əlbəttə, biz hələ ki, idxaldan asılıyıq, yəqin ki, bir müddət asılı olacağıq. Ancaq bütün başqa mövqelər üzrə biz ya özümüzü təmin edirik, ya bir-iki ildən sonra tam şəkildə təmin edəcəyik. Sual yaranır ki, ondan sonra nə olacaqdır? Çünki biz indi kənd təsərrüfatının inkişafına böyük investisiyalar qoyuruq. Böyük təsərrüfatlar, zavodlar, fabriklər yaradılır. Azərbaycanda sahibkarlar sinfi yaradılıbdır. Onlar əldə edilən gəlirlərin bir hissəsini yeni müəssisələrə yönəldirlər. Belə olan halda, 4-5 ildən sonra bizə əlavə xarici bazarlar lazım olacaqdır. İndi bizim ənənəvi bazarlarımız vardır. Bu bazarlarda Azərbaycan məhsullarına ehtiyac və tələbat vardır. Ancaq biz gələcəyə baxmalıyıq. Bizim potensialımız indiki ixrac imkanlarımızdan bəlkə bir neçə dəfə artıq olacaqdır. Ona görə, mən İqtisadi İnkişaf Nazirliyinə müvafiq göstərişlər verdim. Çünki indi onların əlaqələri çox genişdir, biz müxtəlif ölkələrlə biznes forumlar keçiririk. Yəni, böyük maraq vardır, xarici əlaqələr artır və biz xarici bazarlara daha da məqsədyönlü şəkildə çıxmalıyıq. Öz biznes strukturlarımıza kömək etməliyik. Xarici siyasət sahəsində tərəfdaşlarla danışıqlarda bu mövzu daim mövcud olmalıdır. Bizə xarici bazarlar lazım olacaqdır. Biz ənənəvi bazarlara və yeni bazarlara daha da böyük həcmdə çıxmalıyıq. Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir. Yəni, belə məhsulların sayı artacaqdır və biz, - yeni bazarların tapılması ilə deyə bilməzdim, çünki onları tapmaq çətin deyildir, - yeni bazarlara çıxmaq üçün baxmalıyıq ki, əlavə hansı tədbirləri görə bilərik. Keçən ilin sonunda üzümçülüyün inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilmişdir. Bu da bizim niyyətimizi göstərir. Üzümçülüyün Azərbaycanda böyük ənənələri vardır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-1980-ci illərin əvvəllərində böyük üzüm bağları salınmışdır. Azərbaycanda iki milyon ton üzüm istehsal edilmişdir. Sovet məkanında ən böyük istehsalçı Azərbaycan idi. Ondan sonra, antialkoqol kampaniyası nəticəsində nədənsə, ancaq Azərbaycanın üzüm bağları kəsildi, dağıdıldı. Nə Ukraynada, nə Gürcüstanda, nə Ermənistanda, nə Moldovada belə vəhşilik edilməmişdir. Bu da o vaxtkı sovet rəhbərliyinin Azərbaycana qarşı mənfi münasibətinin təzahürüdür. Həm sovet rəhbərliyi, həm də ki, burada oturanlar, yerli yaltaqlar çalışırdılar ki, tezliklə, üzüm bağlarını qırsınlar, raport versinlər ki, biz burada sizin göstərişinizi icra edirik. Onların antimilli hərəkətləri nəticəsində bizim üzüm bağlarımız dağıdıldı. Bizim torpağımız iki milyon ton üzüm verirdi. İndi 130 min ton. Həmin torpaq, həmin şərait, həmin iqlim, yəni, bu, mümkündür. Ona görə də üzümçülüyün inkişafına dair Dövlət Proqramının məqsədi də məhz ondadır ki, biz bu sahəyə böyük diqqət göstərək. Düzdür, indi əvvəlki dövrdə salınmış üzüm bağlarının yerində başqa bitkilər əkilmişdir, ona baxmaq lazımdır. Ancaq hesab edirəm ki, böyük potensial, bazarlar da vardır. Bu sahəyə dövlət dəstəyi əlbəttə ki, daha da böyük və uzunmüddətli olmalıdır. Çünki hamımız yaxşı bilirik ki, üzüm bağlarının salınması və yetişdirilməsi üçün kifayət qədər çox vaxt lazımdır. Hər halda biz bu işə başlamışıq və bu işlər davam etdiriləcəkdir. Məhsulların saxlanması ilə bağlı əsas məsələlər həllini tapmışdır. Kifayət qədər soyuducu anbarlar tikilmişdir. Mənə məruzə edildi ki, bu il də tikiləcəkdir. Taxıl anbarları da tikilir. Yəni, məhsulların saxlanması üçün və qiymətlərin normal vəziyyətdə olması üçün biz bu şəraiti yaradırıq. Mən çox şadam ki, bayramlar ərəfəsində - həm Yeni il bayramı, ondan əvvəl Qurban bayramı ərəfəsində qiymətlərdə artım müşahidə edilməmişdir. Bəzi hallarda qiymətlər aşağı düşür. Bu da çox yaxşı nəticədir, yaxşı göstəricidir. Bu, onu göstərir ki, bazarlara nəzarət yüksək səviyyədədir. Möhtəkirliklə məşğul olanlara qarşı mübarizə aparılır və bu mübarizə daim aparılmalıdır. Yəni, bu hadisələr, bayram ərəfəsindəki vəziyyət onu göstərir ki, bu mübarizəni aparmaq mümkündür. Sadəcə olaraq, bütün aidiyyəti qurumlar vicdanla işləməlidirlər, süni qiymət artımına yol verməməlidirlər ki, kimsə burada əsassız varlansın, insanlar isə əziyyət çəksinlər. Biz maaşları, əmək haqlarını, pensiyaları qaldırırıq. Onsuz da bizim böyük investisiya layihələrimiz istər-istəməz qiymətin artımına gətirib çıxarır. Necə ola bilər ki, 20 milyard dollar investisiya qoyulsun və bunun inflyasiyaya təsiri olmasın?! Hələ inflyasiyanı 7,9 faiz səviyyəsində saxlamağımız böyük nailiyyətdir. Elə etməməliyik ki, burada biz dövlət hesabına, büdcə hesabına maaşları, pensiyaları artırırıq, kimsə bundan bəhrələnib dərhal qiymətləri artırsın. Bunlara qarşı ciddi mübarizə aparılmalıdır, aparılır, aparılacaqdır. Bizim siyasətimizə zidd olan adamlar, yaxud da ki, əsassız gəlirlər əldə etmək istəyənlər çox ciddi şəkildə cəzalandırılacaqlar. Yenə də deyirəm, bu sahədəki son hadisələr müsbətdir. Mən bunları dəstəkləyirəm və bu məsələni daim diqqətdə saxlayacağam. Keçən il Bakı və Bakı qəsəbələrinin inkişafı proqramı qəbul edilmişdir. Bu proqrama böyük ehtiyac var idi. Vaxtilə - bir neçə il bundan əvvəl buna oxşar proqram qəbul edilmişdir, müəyyən işlər görülmüşdür. Bu dəfə bu proqram daha konkretdir, daha qısamüddətlidir - 2011-2013-cü illər. Nəzərə alsaq ki, biz bu proqramı 2011-ci ilin yarısında başlamışıq, deməli, iki il yarım ərzində qəsəbələrdə bütün məsələlər öz həllini tapmalıdır. Bu, çox böyük vəzifədir. Mən bilirəm ki, çox çətin vəzifədir. Amma hesab edirəm ki, iki il yarım ərzində biz bu məsələləri həll edə bilərik. Əgər belə fikirləşməsəydim, onda deyərdim ki, 2011-2015-ci illər. Yox, edə bilərik. İndi necə işlər başlayıb, mən görürəm ki, biz məqsədlərimizə çatmalıyıq. Qəsəbələrdə bütün infrastruktur yenilənməlidir, yenilənir. İndi elektrik xətləri, qazlaşdırma, kanalizasiya, içməli su, yollar ilə bağlı işlər gedir. Bütün qəsəbələrdə sosial infrastruktur - məktəblər, tibb mərkəzləri, mədəniyyət ocaqları tam şəkildə təmir edilməlidir, yenidən yaradılmalıdır. Biz proqramı başlayandan sonra mən bir çox qəsəbələrdə şəxsən olmuşam, - ümumiyyətlə mütəmadi qaydada - Bakıətrafı qəsəbələrdə oluram, – vəziyyətlə tanış olmuşam, göstərişlər vermişəm. Bir müddətdən sonra gedib yoxlayacağam ki, işlər necə gedir?! Mən, ümumiyyətlə, hər bölgədə işlərin gedişatını yoxlayıram. Bəzi hallarda bölgələrə hər gün getmək mümkün deyildir, amma burada - Bakıda hər gün getmək olar. Həftədə bir dəfə özüm gedib yoxlayacağam və elə olmalıdır ki, mən razı qalım. Mən deyəndə, xalq razı qalsın. Xalq razı qalarsa, mən də razı qalacağam. Bu məqsədlərə çatmaq üçün vəsait vardır. 2012-ci ilin investisiya proqramında da vardır, olacaqdır. Burada işlər keyfiyyətli və cədvəl üzrə aparılmalıdır. Bu işlər Bakı Şəhər İcra Hakimiyyətinə və İqtisadi İnkişaf Nazirliyinə həvalə edilib. Onlar da birgə işləyirlər, nəzarət edirlər. Deyə bilərəm ki, müsbət hallarla yanaşı, mənfi hallar da vardır. Bu aylar ərzində böyük işlər görülmüşdür. Ancaq bəzi hallarda tələskənliyə yol verilmişdir, biz keyfiyyətdə uduzmuşuq. Ancaq nəzarət çoxpilləli olmalıdır. Son nəzarəti mən özüm aparacağam. Ona görə indidən deyirəm ki, bu məsələ ilə məşğul olan bütün qurumlar və podratçılar, iş icraçıları məsuliyyətlə yanaşsınlar. Kim keyfiyyətsiz iş görəcəksə, əgər bu şirkətdirsə, gedib qüsurlarını öz hesabına bərpa edəcəkdir. Əgər dövlət qurumudursa, onda ciddi cəzalandırılacaqdır. Biz bu proqramı 2013-cü ilin sonuna qədər başa çatdırsaq, onda qəsəbələrdə, bir daha demək istəyirəm ki, bütün sosial infrastruktur məsələləri öz həllini tapacaqdır. Bundan əlavə, qəsəbələrdə iş yerlərinin açılması üçün müvafiq göstərişlər verilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu vəsait artıq 2011-ci ildən ayrılmağa başlanmışdır. Əvvəlki dövrdə Fondun xətti ilə vəsait ancaq bölgələrə gedirdi. 2011-ci ildə Bakı qəsəbələrinə 25 faiz vəsait yönəldilib, 2012-ci ildə bu rəqəm 30-40 faiz olacaqdır. 2012-ci ildə sosial infrastrukturun tikintisi həm Bakıda, həm bölgələrdə davam etdiriləcəkdir - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri inşa ediləcəkdir. İndi 10 olimpiya kompleksi tikilir. Üç kompleksin tikintisi üçün hazırlıq işləri gedir. Uşaq bağçaları təmir edilməlidir və onların sayı artırılmalıdır. Müvafiq göstərişlər verilibdir. Hesab edirəm ki, 2012-ci ildə bu sahədə də ciddi dönüş yaradılacaqdır, həm şərait, həm təminat yaxşılaşdırılacaqdır. Təminatla bağlı maliyyə naziri mənə bir neçə təklif vermişdir. Mən onları dəstəkləyirəm. Bu təkliflər əsasında, xüsusilə uşaqları yeməklə təmin etmək üçün yeni müasir sistem qurulmalıdır. Dünya praktikasından istifadə etməliyik. Əgər biz o təklifləri reallaşdıra bilsək hər bir uşaq, hər bir valideyn görəcəkdir ki, bu sahədə də çox ciddi və müsbət dönüş yaranmışdır. Ordu quruculuğu ilə bağlı mən giriş sözümdə fikirlərimi bildirdim. Qeyd etmək istəyirəm ki, 2012-ci ildə də həm maddi-texniki təchizatla bağlı məsələlər həll olunacaqdır, həm hərbi hissələrin binalarının əsaslı təmiri məsələləri həllini tapacaqdır. Mən qarşıya vəzifə qoymuşam ki, bütün hərbi hissələrimizin binaları yüksək səviyyədə təmir edilsin, bəlkə də yeniləri tikilsin, yeni hərbi bazalar, hərbi şəhərciklər yaradılmalıdır. Orduda xidmət edənlər yaxşı şəraitdə xidmət etməlidirlər. Onların həm məişət, həm iş şəraiti yaxşı olmalıdır. Onlar çətin, ağır şəraitdə, bəzi hallarda soyuqda, istidə xidmət aparırlar. Bütün hərbi hissələrdə, o cümlədən ilk növbədə təmas xəttində yerləşən hərbi hissələrdə 2012-2013-cü illərdə yaşayış, xidmət aparmaq üçün bütün infrastruktur yeniləşməlidir, yenidən yaradılmalıdır. Hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. İyirmi il qüsursuz xidmət göstərmiş gizirlər, zabitlər dövlət tərəfindən mənzillərlə təmin ediləcəklər. Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Baş nazirin müavini Əli Həsənov da kifayət qədər dolğun məlumat verdi. Doğrudan da böyük işlər görülür. Daha da çox işlər görüləcəkdir. Keçən il də yeni şəhərciklərin açılışını qeyd etmişdik, bu il də qeyd edəcəyik. Hesab edirəm ki, bu il bu məsələlərə nəzərdə tutduğumuzdan ən azı iki dəfə çox vəsait sərf edilməlidir, ən azı iki dəfə, bəlkə də üç dəfə. Çünki bu məsələ ən ciddi, vacib məsələdir. Burada Əli Həsənov məlumat verdi ki, köçkünlər arasında olan yoxsulluq 70 faizdən 18 faizə düşmüşdür. Bu, böyük nəticədir. Amma ölkə üzrə bu göstərici 7,6 faizdir. Yəni, onların arasında iki dəfədən çox yoxsul vardır. Biz bu vəziyyəti yaxşılaşdırırıq, daha da ciddi şəkildə yaxşılaşdırmalıyıq. Ona görə məcburi köçkünlər üçün yeni tikiləcək şəhərciklərin sayı da çoxalmalıdır. Yataqxanalarla bağlı, o da proqramda vardır. Biz gərək köçkünləri fin evlərindən, yataqxanalardan yaxşı mənzillərə köçürək. Bütün bu işlər vəsait tələb edir. Ona görə deyirəm, onsuz da böyük vəsait ayrılır. Ancaq indi hələ ki, mən rəqəmləri dəqiq demək istəmirəm. Bu məsələ hökumətdə indi müzakirə edilir. Ən azı nəzərdə tutduğumuzdan iki dəfə artıq olmalıdır. 2011-ci ildə ekoloji tədbirlər görülmüş, 7 milyon ağac əkilmişdir. Mən çox şadam ki, "Ekologiya ili” başa çatdıqdan sonra da bu sahə diqqət mərkəzində qalır, belə də olmalıdır. 2012-ci il üçün də konkret təklifləri hazırlayın! Yəqin ki, bu təkliflər var, baxacağıq, vəsait ayrılacaqdır. Bu ekoloji tədbirlər hər bir vətəndaş üçün çox vacibdir. 2011-ci ildə 32 kənddə modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir və təkcə keçən il 50 minə yaxın əhali, hansı ki, təmizlənməmiş sudan istifadə edirdi, təmiz su içir. 2012-ci ildə də bu proqram davam etdirilməlidir. Çirklənmiş ərazilərin təmizlənməsi prosesi gedir. Balaxanı poliqonu parka dönüb. Vaxtilə o, bəlkə də ölkəmizin ən bərbad ekoloji vəziyyətdə olan, fəlakət vəziyyətində olan bir yeri idi. Balaxanı zibilxanasını görən adam dəhşətə gəlirdi. Şəhər əhalisi sadəcə olaraq oradan qalxan tüstünü görürdü və bu tüstü bütün şəhəri bürüyürdü. İndi o zibilxananın yerində parklar salınıb, 100 hektar ərazidə poliqon yaradılıb, ağaclar əkilib, müasir sistemlər qurulur. Buraya zibil gətirən bütün maşınlar dezinfeksiya olunur. Budur müasir yanaşma. Eyni zamanda, orada məişət tullantılarının yandırılması zavodu uğurla tikilir. Azərbaycan dövləti böyük vəsait ayırmışdır. Ümid edirəm ki, zavod bu il açılacaqdır və bu, ekoloji tədbirlərə ən böyük töhfəmiz olacaqdır. Sənayeləşmə ilə bağlı işlər gedir, texnoparklar fəaliyyət göstərir. Sumqayıt Texnologiya Parkı öz fəaliyyətini genişləndirir. Bununla bərabər keçən il çox vacib qərarlar verilmişdir. Balaxanıda yeni Texnologiya Parkı, Sumqayıtda Kimya Parkı yaradılacaq, iş yerləri açılacaqdır. Kimya kompleksində istehsal olunan məhsullardan özəl qurumlar, şirkətlər istifadə etməlidirlər. Yerlər ayrılıbdır, kommunikasiyalar, infrastruktur yaradılır. Təki sahibkarlar, iş adamları gəlsinlər, orada iş görsünlər, biz də kömək göstərəcəyik. Bu il də sənayeləşmə üçün əlavə imkanlar yaradılacaqdır. Gəncədə yeni alüminium zavodu işə başlayacaqdır. Bu böyük hadisədir. Alüminium sənayesinin inkişafı üçün böyük addımdır. Ancaq birinci addımdır. Metallurgiya sənayesinin inkişafına böyük diqqət göstərilməlidir. Bu sahədə də böyük imkanlar vardır. Nəzərə alsaq ki, bizdə kifayət qədər metal qırıntıları var, onlardan səmərəli istifadə edilməlidir. Xaricdən indi məhsullar gətirilir. Bizim Daşkəsəndə filiz yataqlarımız vardır. Yəni, güclü metallurgiya sənayesinin yaradılması bizim gündəliyimizdədir və biz bunu edəcəyik. Burada qeyd olundu ki, müasir texnologiyalara əsaslanmış sement zavodu tikilir. İsveçrə şirkəti tərəfindən bu il istifadəyə veriləcəkdir. Ondan sonra növbəti sement zavodu tikilir. Yəni, biz elə etməliyik ki, növbəti 3-4 il ərzində özümüzü tam şəkildə sementlə təmin edək. Əlbəttə ki, bizim tələbatımız da artır, ancaq bunu etmək üçün imkanlar vardır. Biz gərək özəl investorları stimullaşdıraq, onlara şərait yaradaq ki, onlar bu sahəyə daha çox investisiya qoysunlar. Dövlət də kömək göstərməlidir. Yəni, bu sahədə biz özümüzü tikinti materialları ilə tam təmin etməliyik. Keçən ilin sonunda bir neçə zavodun açılışında iştirak etmişəm. Bu sahədə işlər yaxşı gedir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tam ciddiliyi ilə davam etdirilməlidir. 2011-ci ildə bu sahədə çox böyük işlər görülmüşdür. 2012-ci ildə daha da böyük işlər görülməlidir. Bu mübarizə heç vaxt dayanmamalıdır, daim aparılmalıdır. Bu mübarizənin yaxşı nəticələri vardır, daha da yaxşı nəticələr ola bilər. Burada həm cəza tədbirləri, inzibati tədbirlər və həm də institusional tədbirlər olacaq, sistem xarakterli dəyişikliklər ediləcəkdir. Mənim Sərəncamım ilə bütün nazirliklər, dövlət qurumları "Elektron hökumət”in fəaliyyəti, biznes sahəsində icazələrin verilməsi məsələlərində şəffaflıq, operativlik, elektron xidmətlərin göstərilməsi ilə bağlı təkliflərini təqdim edib. Dünya praktikası var, müsbət praktika var, Avropa İttifaqının təcrübəsi var. Biz yaxşı təcrübəni həmişə götürməliyik. Mən demirəm ki, biz orada olan bütün yenilikləri tətbiq etməliyik. Bu mümkün deyildir. Bəzi hallarda milli mentalitetimizə zidd olan təşəbbüsləri biz burada heç vaxt tətbiq edə bilmərik. Ancaq müsbət, bizə lazım olan praktikanı tətbiq etməliyik, xüsusilə bu sahədə. Nəhayət son məsələyə toxunmaq istəyirəm. 2012-ci ildə Yay Olimpiya oyunları keçiriləcəkdir. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür. 2012-ci ildə bizim on olimpiya kompleksimiz tikiləcəkdir. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcəkdir. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı "Kristal” İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilmişdir. 2012-ci ildə həm ölkə daxilində olan hadisələr, həm olimpiya oyunlarına hazırlıq, olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur. Mən hesab edirəm ki, biz 2012-ci ili "İdman ili” elan etməliyik. Bu məsələ ilə bağlı öz fikrimi bildirirəm və müvafiq sərəncamı da hazırlayın ki, bu gün mən bunu imzalayım. Beləliklə, 2012-ci il başlayır. 2012-ci ildə görüləcək işlər çoxdur. Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm. Sağ olun.

      
Просмотров: 174 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024