Bu barədə "Vedomosti” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Dmitri Medvdev mayın 7-də prezident vəzifəsini Vladimir Putinə təhvil verdikdən sonra hakim "Vahid Rusiya” partiyasına rəhbərlik edəcək. Məlumatda o da bildirilir ki, V. Putin partiyanın idarə heyətindən Medvedevi rəhbər seçmələrini tələb edəcək.
V. Putinin mətbuat katibi Dmitri Peskov Medvedevin "Vahid Rusiya” partiyasının rəhbəri olacağı ilə bağlı iddialara şərh verməyib. O deyib ki, "Vahid Rusiya”nın rəhbərini partiyanın idarə heyəti seçəcək.
|