İfaçı XeberdarOlaq.Ucoz.Com saytına açıqlamasında öz üslubunun olduğunu deyib: «Mən özümlə fəxr edirəm. Bu, heç kimi narahat etməməlidir. Hər kəs öz işilə məşğul olmalıdır».
«Azərbaycanın Ledi Qaqası» adlandırılmasına da münasibət bildirən E.Seyidcahan deyib: «Elza Seyidcahan olanda hələ Ledi Qaqa yox idi. O nə vaxt ortaya çıxıb? 2006 və ya 2007-ci ildə. Mən isə o vaxtadək var idim, əvəzolunmaz idim və həmişə belə olacağam. Onların üstünlüyü böyük şirkətlər tərəfindən dəstəklənmələrindədir. Mənim də belə dəstəyim olsaydı, hansısa Ledi Qaqadan populyar olardım».
|