"Netcraft” şirkəti internetdə fəaliyyət göstərən veb-saytların sayı haqqında aprel hesabatını dərc edib. Şirkətin məlumatına əsasən, 2012-ci il aprelin əvvəlində internetdə 676 919 707 sayt və bloq fəaliyyət göstərib. Bu göstərici keçən ayla müqayisədə 32,6 milyon və ya 5,1 faiz çoxdur. Belə ki, proqram veb-serverləri arasında ən böyük artım tempi "Apache” serverində müşahidə olunub. Server hesabat dövrü ərzində xidmət göstərdiyi hostların sayını daha 22,8 milyon artırıb və bu bazardakı payını 65,5 faizə çatdırıb.
|