»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:03
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 20 » Gömrükçülər qaçaqçılığın qarşısını aldı
19:24
Gömrükçülər qaçaqçılığın qarşısını aldı
                    

»  
Azərbaycan gömrükçülərinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkəyə qaçaqmalçılıq yolu ilə mobil telefonların gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Dubay-Bakı aviareysinin sərnişini Azərbaycan vətəndaşı Bəhruz Məmmədov Heydər Əliyev Beynəlxalq Aeroportunun «Şimal» terminalının gəliş zalında sərhəd nəzarətindən əvvəl yerləşən sanitariya qovşağına daxil olaraq, orada keçmiş iş yoldaşı Rəşad Ağayevə sellofan paketə qablaşdırılmış 5 ədəd «Iphone 4S 16G» markalı mobil telefon verib. Sərhəd nəzarətini keçdikdən sonra isə B.Məmmədov öz üzərində 2 ədəd «BlackBerry Porche Design Smartphone P9981» markalı mobil telefonu qutusuz şəkildə gömrük nəzarətindən bəyan etməməklə keçirərək, qarşılama zalında olan dostuna verib. Gömrük nəzarətindən keçərkən gömrük əməkdaşı tərəfindən saxlanılmış R.Ağayevdə bəyan olunmayan 5 ədəd «Iphone 4S 16G» markalı mobil telefon (aksesuarları ilə birlikdə) aşkar olunaraq, protokol əsasında götürülüb. Öz növbəsində, B.Məmmədov gömrük nəzarətindən keçərkən onun baqajlarından bəyan olunmayan 2 ədəd «BlackBerry Porche Design Smartphone P9981» markalı mobil telefonun boş qutuları, onların aksesuarları və bəyan olunmayan 1 ədəd «Iphone 4S 32G» markalı mobil telefon (aksesuarları ilə birlikdə) aşkar olunaraq, protokol əsasında götürülüb. Keçirilmiş tədbirlər nəticəsində qutularda olmayan 2 ədəd «BlackBerry Porche Design Smartphone P9981» markalı mobil telefon aeroportun ərazisindəki avtodayanacaqda – «Mercedes» markalı avtomaşında olan şəxsdə aşkarlanıb. Araşdırma zamanı müəyyən edilib ki, B.Məmmədovun Dubay-Bakı aviareysi ilə gətirdiyi telefonların gömrük sərhədindən qanunsuz keçirilməsində Azərbaycan vətəndaşları Rafiq İbrahimov və Rəşad Ağayev iştirak ediblər.

Gömrükçülərin həyata keçirdikləri digər tədbirlər zamanı yük sənədlərində İrandan bentonit gətirdiyi göstərilən Azərbaycan vətəndaşı Əliağa Musayevin idarə etdiyi «MAZ 54323» markalı yük maşınına baxış zamanı qoşquda sənədlərdə göstərilməmiş 3 adda məhsul - 80 karton qutu «Dərya», 370 karton qutu «ABC» adlı yuyucu tozlar və 2830 karton qutu «Amir Dates» adlı xurma məmulatı aşkarlanıb. Bütün faktlarla bağlı təhqiqat aparılır.

Просмотров: 171 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024