ABŞ-ın vitse-prezidenti Cozef Baydenin təyyarəsi Santa Barbara aeroportuna eniş zamanı quş dəstəsi ilə toqquşub. Lakin hava gəmisinin peşəkar kapitanı təyyarəni endirə bilib.
Hadisə nəticəsində ali məqamlı məmur və administrasiyanın digər əməkdaşları xəsarət almayıb.
Fövqəladə vəziyyətə baxmayaraq, Santa-Barbarada təşkil olunan seçkiqabağı tədbirlə vitse-prezilent vaxtında gələ bilib.
Təyyarənin nə dərəcədə xəsarət aldığı məlum olmasa da, təhlukəsizlik naminə Co Baden Vaşinqtona artıq başqa təyyarədə qayıtmalı olub.
Qeyd edək ki, «Boing»in iştirakı ilə baş verən hadisə ABŞ vitse-prezidentinin başına gələn ilk macəra deyil. 2010-cu ildə hava gəmisi digər yüngülmotorlu təyyarə ilə toqquşmuşdu.
|