»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 10:47
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 7 » Bakının ən bahalı və ən ucuz yol nəqliyyat layihələri
11:35
Bakının ən bahalı və ən ucuz yol nəqliyyat layihələri
                                 

         Qeydiyyat Elemeden Saytdan Nese Oxruyan Ve yaxud Goturen .............!  

» Bu il dövlət büdcəsindən dövlət investisiya xərclərinə 5,8 milyard manat nəzərdə tutulub ki, bu vəsaitlərin də 2 milyard manata yaxını yol nəqliyyat layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Bu vəsaitlərin böyük bir hissəsi isə paytaxt Bakıda həyata keçirilən yol nəqliyyat layihələrinin reallaşmasına sərf olunub. 2 kilometr uzunluğunda yol 65 milyon manata yenidən qurulacaqMəlumat üçün qeyd edək ki, hazırda Bakıda onlarla yol nəqliyyat layihəsi həyata keçirilir. Cari ilin dövlət büdcəsindən ən çox vəsait "Heydər Əliyev Hava Limanı-Mərdəkan dairəsi-Bilgəh” avtomobil yolunun 6 cərgəli hərəkət üçün yenidən qurulmasına ayrılıb. 19 kilometr uzunluğunda yolun yenidən qurulması məqsədilə büdcədən 120 milyon manat vəsait ayrılıb. Onu da bildirək ki, bu yolun yenidən qurulması işlərinə 2009-2010-cu illər ərzində 250 milyon manat vəsait sərf olunub. Ən çox invesisiya ayrılan layihələrdən biri də "Bilgəh-Novxanı-Sumqayıt” yolunun tikintisidir. Bu yolun tikintisi və tikinti ərazisinə düşən obyektlərin satın alınmasına ötən il 59 milyon, bu il isə 93 milyon manat vəsait xərclənib. "Gənclik” metro stansiyası ətrafında müxtəlif səviyyəli yol qovşağının tikintisi üçün 2011-ci ildə 80 milyon manat investisya qoyulub. Qeyd edək ki, bu yol qovşağının tikintisi üçün ötən ilin büdcəsindən 225 milyon manat ayrılıb. Bunlardan başqa, bahalı yol nəqliyyat layihələri arasında Ziya Bünyadov prospektində yol infrastrukturunun yenidən qurulması da yer alır. Bu layihənin reallaşması məqsədilə cari ilin büdcəsindən 75 milyon manat vəsait ayrılıb. Bayıl qəsəbəsində Bayraq meydanı yaxınlığından keçən 2 kilometrlik yolun yenidən qurulması və əsaslı təmiri üçün isə 65 milyon manat nəzərdə tutulub. Nəqliyyatın intellektual idarə edilməsi sisteminin təşkili də bahalı layihələrdən hesab olunur. Bu il bu layihəyə 37 milyon manat investisiya yatırılıb. Onu da bildirək ki, bu günə qədər ölkə ərazisində həyata keçirilən ən bahalı yol nəqliyyat layihələri arasında ilk sırada Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun (182 km) və "Əzizbəyov” dairəsindən Heydər Əliyev Hava Limanına gedən avtomobil yolunun yenidənqurulması, tikintisi (14 km), tikinti zolağına düşən mühəndis xətlərinin köçürülməsil yer alıb. Bu layihələrə müvafiq olaraq, 630 milyon manat və 360 milyon manat investisiya qoyulub. Qeyd edək ki, bu layihələrin icrası artıq başa çatıb. Yol nəqliyyat layihələrinə 1 milyon manatdan az investisiya ayrılmayıbPaytaxt ərazisində həyata keçirilən yol nəqliyyat layihələrindən bəzilərinə yuxarıda qeyd olunan layihələrdən fərqli olaraq, cari ilin dövlət büdcəsindən daha az investisiya ayrılıb. Ən az investisiya Xaqani Rüstəmov küçəsinin yenidən qurulması layihəsinə ayrılıb. Bu layihənin həyata keçirilməsi üçün cari ilin dövlət büdcəsindən 1 milyon manat xərclənib. Bundan başqa, "Nizami” kinoteatrının qarşısında, İnşaatçılar prospektində və Füzuli meydanında yerləşən mövcud yeraltı keçidlərin bərpasına 2 milyon 260 min manat vəsait sərf olunub. Məlumat üçün onu da bildirək ki, gələn ilin dövlət büdcəsindən yol nəqliyyat layihələrinə təxminən builki qədər - 2 milyard manat investisiya ayrılacaq.

                               
Просмотров: 218 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024