»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 10:51
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 23 » Bakıda POS-terminalların quraşdırılması prosesi yekunlaşır
19:08
Bakıda POS-terminalların quraşdırılması prosesi yekunlaşır
                      

» 

Nazirlikdən verilən məlumata görə, toplantıda Vergilər, İqtisadi İnkişaf və Nəqliyyat nazirliklərinin nümayəndələri iştirak ediblər.

Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov Qərargah tərəfindən nağdsız hesablaşmaların stimullaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib və Bakı şəhəri üzrə proseslər xəritəsinin hazırlandığını, paytaxtın 11 rayonunun 60 sahəyə ayrıldığını, hər sahə üzrə 2 işçi qrupunun müəyyən olunduğunu və onlara müvafiq treninqlərin keçirildiyini bildirib.

POS-terminalların quraşdırılması ilə bağlı Vergilər Nazirliyinə həvalə olunmuş əsas vəzifənin, yəni qeydiyyat məsələlərinin ən qısa zamanda həlli məqsədilə də bütün zəruri işlər görülüb. POS-terminalların quraşdırılması işlərini həyata keçirən əməkdaşların elektron ərizələri daha çevik göndərilməsi üçün bütün zəruri proqramlarla və internet rabitəsi ilə təchiz edilib. Bu, istənilən obyektdə POS-terminalın quraşdırılması zamanı müvafiq bankda cari manat hesabının açılması üçün vergi orqanına ünvanlanmış elektron ərizənin operativliyini təmin edir.

İ.Əhmədov həmçinin bildirib ki, Vergilər Nazirliyi ilə prosesinq mərkəzləri arasında sürətli elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün zəruri proqramlar sistemə yüklənmiş və POS-terminalların vergi orqanlarında onlayn qeydiyyata alınması təmin olunub. Artıq nəqliyyat sektorunda da POS-terminalların quraşdırılmasına başlanıb, taksilərdə, eləcə də London Taksi TX4 avtomobillərində POS-terminalların quraşdırılması işləri sürətlə davam etdirilir.

Hazırda ölkənin bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaq doldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə POS-terminalların quraşdırılması təmin edilir. Ölkə üzrə 20 138 obyektdə 22 611 POS-terminal aktiv fəaliyyət göstərir ki, bunun da 93,6%-i Bakı şəhərinin ərazisindədir. Bakı şəhərinin mərkəzi rayonlarında, o cümlədən Səbail, Nəsimi və Yasamal rayonlarında POS-terminal quraşdırılmalı obyektlərin 90%-də artıq bu proses yekunlaşıb.

Qeyd edilib ki, POS-terminalların qurulması prosesində ölkə bankları da aktivlik nümayiş etdirirlər. Azərbaycan Beynəlxalq Bankı, "Texnikabank”, "Dəmirbank”, "Atabank” və "Standard Bank” bankları aktiv POS-terminalları olan bank ekvayerlərin siyahısına başçılıq edir.

POS-terminalların tam işləməsini təmin etmək məqsədilə Vergilər Nazirliyində yaradılan qərargahın üzvləri və nazirliyin Mərkəzi Aparatının əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində POS-terminalların tətbiqinə və istifadəsinə dair monitorinqlər keçirilir. Bu monitorinqlər zamanı aşkar edilmiş texniki problemlər aradan qaldırılır, vergi ödəyiciləri arasında maarifləndirmə tədbirləri də aparılır. Monitorinqlər onu da göstərib ki, POS-terminalların mövcudluğunu görən vətəndaşlar tədricən nağdsız ödəmələrin aparılmasına maraq göstərirlər.

Toplantı iştirakçıları vurğulayıblar ki, POS-terminalların normal qaydada işləməsi üçün ticarət obyektlərinin sahibləri tərəfindən nağdsız əməliyyatları aparan işçilərini qısamüddətli treninqlərə cəlb etməli, vətəndaşlar arasında nağdsız ödəmələrin aparılması qaydaları ilə bağlı geniş təbliğat işləri də aparılmalıdır.

Просмотров: 149 | Добавил: Admin_VuqaR | Теги: Azərbaycan Vergilər Nazirliyində PO | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024