Eurovision.az-saytının verdiyi məlumata görə, Eurovision Mahnı Müsabiqəsi 2012 şousunun keçiriləcəyi "Bakı Kristal Zalı" aprelin 15-də şou hazırlıqları üçün təhvil verilib.
Şouda istifadə olunacaq bütün avadanlıqlar artıq Bakıya gətirilib. Bakı şousunda 80 min işıq diodların, 2500-dən çox proyektorun istifadə olunması nəzərdə tutulur. May ayında tamaşaçılara səhnə dizaynı, "Green Room", çəkiliş üslubu ilə çox fərqli, möhtəşəm şoular təqdim ediləcək.
|