Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimovun AzərTAc-a verdiyi məlumata görə, bu ərazidən keçən Bakı-Ələt avtomobil yolunun tikintisi, yol ətraflarının abadlaşdırılması, yeni infrastrukturun yaradılması, həmçinin Bakı Bulvarının Bayraq Meydanına kimi uzadılması işləri yekunlaşmaq üzrədir.Bu işlərin həyata keçirilməsi çərçivəsində yolun genişlənməsi ərazisindəki fərdi evlərdə yaşayan sakinlər, eləcə də yataqxana və digər binalarda məskunlaşmış məcburi köçkün ailələri dövlət tərəfindən ayrılmış müvafiq kompensasiya və ya hər cür şəraiti olan mənzillərlə təmin edilərək ərazidən köçürülüblər.Mart ayında həmin ərazidən 16 nəfərdən ibarət sonuncu dörd məcburi köçkün ailəsi də köçürülərək kommunal şəraiti olan mənzillərdə yerləşdirilib.
|