»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:10
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Апрель » 1 » Azərbaycanda "Yer Saatı" günü keçirilib
18:48
Azərbaycanda "Yer Saatı" günü keçirilib
           

         Qeydiyyat Elemeden Saytdan Nese Oxruyan Ve yaxud Goturen Peyserdi!!!!  

» Ötən gün bütün dünyada "Dünya Saatı" adlı aksiya keçirilib. Azərbaycanda da "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə martın 31-də "Yer saatı” aksiyası keçirilib. AzərTAc xəbər verir ki, Bakıda müxtəlif ünvanlarda təşkil edilən tədbirlər bir neçə hissədən ibarət olub. Aksiya iştirakçıları axşam saat 20.00-da Qız qalasının ətrafında toplaşaraq qalanın işıqlarını abidənin qorunması simvolu olaraq bir saatlıq söndürüblər. Tədbir paytaxt Bakı ilə yanaşı, Gəncə, Lənkəran şəhərlərində və İsmayıllı rayonunun Lahıc qəsəbəsində də keçirilib: Qız Qalası, Şirvanşahlar sarayı, Park Bulvar, Hilton Baku, ZQAN Holding, Bridge Plaza, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran City Bridge, Lahıc tarixi-memarlıq qoruğu. "Yer saatı” Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən keçirilən və diqqətini iqlim dəyişikliyi, ətraf mühitin qorunmasına yönəldən aksiyadır. Hər il martın son şənbə günü bütün dünyada milyonlarla insan bu aksiyada iştirak edir və simvolik olaraq elektrik enerjisindən istifadəni bir saatlıq dayandırır. Aksiyaya qoşulan böyük şəhərlərin simvolları olan binaların işıqlandırılması da "Yer saatı” aksiyası müddətində dayandırılır. Ötən il ilk dəfə martın 26-da Bakının simvolu olan əzəmətli Qız qalasının işıqlarının söndürülməsi ilə Azərbaycan da bu qlobal kampaniyaya dəstək verən 120 ölkə sırasına daxil olub. "Yer Saatı" adlı aksiya bütün dünyada da keçirilib. Dünyanın görməli yerlərində və tarixi abidələrində bir saatlıq işıqların söndürülməsindən ibarət olan qlobal aksiyanın məqsədi iqlim dəyişikliyinə diqqət çəkmək olub. Avropada yüzlərlə görməli yerin işıqları yerli vaxtla 20:30-da söndürülüb. Almaniyanın paytaxtı Berlində Brandenburq darvazası bir saatlıq qaranlığa qərq olub. Brandenburq darvazasının önündə 5000 şam yandırılıb. Almaniyanın hökumət binalarının da işıqları söndürülüb. Fransannı paytaxtı Parisdə isə Eyfel qülləsi, Notr Dam kilsəsi və Triumf arkası daxil olmaqla, 230-dan çox tikili qaranlığa qərq olub. Yalnız Eyfel qülləsində işıqlar təhlükəsizliyə görə 1 saatlığa deyil, 5 dəqiqəliyə söndürülüb. Vatikanda isə Roma Papasının iqamətgahı və Müqəddəs Pyotr Bazilika kilsəsində işıqlar söndürülüb. Qonşu Türkiyədə isə İstanbul şəhərindəki Boğaziçi körpüsü və Qalata qülləsi qaranlığa qərq olub. Bu aksiyadan istifadə edərək, Boğaziçi körpüsündə evlənmə təklifi edənlər də oldu. Asiya ölkələrində 3400-dən çox tikili və görməli yerlərdə işıqlar söndürülüb. Tayvanın paytaxtı Taypeydə "Yer Saatı" çərçivəsində ölkənin ən hündür tikilisi olan Taypey 101 qülləsinin işıqları söndürülüb. İndoneziyanın paytaxtı Cakartada yerli otellər 1 saatlığa qaranlığa qərq olub. Amerika Birləşmiş Ştatlarında Vaşinqtondakı Xalq Kilsəsi, Böyük Britaniyannı paytaxtı Londonda Biq Ben, Çində Böyük Çin səddi, Yaponiyanın paytaxtı Tokioda Tokio Qülləsi "Yer Saatı" aksiyasına qoşulub. Afrika ölkələrindən isə Liviya, Əlcəzair, Butan, Qvineya bu aksiyada ilk dəfə iştirak edən ölkələr arasında olub. Avstraliyanın Sidney şəhərində "Harbor Bric" və "Opera Haus" kimi görməli yerlərin işıqları söndürülüb. Qeyd edək ki, ənənəvi olaraq hər il baş tutan "Yer Saatı" qlobal aksiyası Dünya Təbiət Fondu tərəfindən təşkil olunur və ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilib. Keçən il "Yer Saatı"na qoşulan ölkələrin sayı 135, bu il isə 147 olub

         
Просмотров: 237 | Добавил: Admin_VuqaR | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Апрель 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024