Azərbaycan-Rusiya sərhədində yerləşən Samur gömrük keçid məntəqəsində Azərbaycandan qonşu ölkəyə gedən sərnişin avtobuslarının böyük növbəsi yaranıb.
SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, növbə üç gündür davam edir. Hazırda burada 50 yaxın avtobus və 1000-ə yaxın sərnişin var. Sərnişinlər deyiblər iki, yaranmış problem Rusiya tərəfi ilə əlaqədardır. Sərnişinlər arasında xəstələr olduğundan əraziyə bir neçə dəfə təcili tibbi yardım maşını gəlib.
Samur gömrük keçid məntəqəsindən bildiriblər ki, Azərbaycan tərəfdə heç bir problem yoxdur. Problem Rusiya tərəfindən olduğuna görə, gərginlik yaranıb. Çünki qonşu ölkədə bir keçid məntəqəsi var. Bunun üçün sərnişinlərin sıxlığı çoxalıb
|