»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 10:43
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2013 » Июнь » 09

 »  

"Azərbaycan telekommunikasıya peyki göydədir. Ondan artıq gəlir götürülüb”. Bunu rabitə və informaisya texnologiyaları naziri Əli Abbasov deyib.

O bildirib ki, Şimali Afrika ölkələrinə peyk vasitəsilə xidmət göstərilir: "Artıq 5 milyard dollar gəlir götürülüb. Bu məbləğ isə peyki hazırlayan ABŞ şirkətinin kreditinə yönləndirilib”.

Nazir həmçinin bildirib ki, 2013-cü ilin sonundan etibarən Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq."Azərbaycanda rəqəmsal televiziya yayımına keçidlə əlaqədar işlər sürətlənib. Artıq bu ilin sonundan analoq yayım dayandırılacaq və gələn ildən tamamilə rəqəmsal yayıma keçiləcək”.

Просмотров: 210 | Добавил: Admin_VuqaR | Дата: 09.06.2013 | Комментарии (0)

 »  Səudiyyə Ərəbistanın Həcc Nazirliyi Kəbə ətrafında aparılan təmir işləri əlaqədar Ümrə ziyarətinə gedənlərin vizasının müddətini həftəlik edəcəyini açıqlayıb.Nazirliyin ölkə daxilində eləcə də xaricində turizm şirkətlərinə göndərdiyi məlumatda bildirilib ki, bu sabahdan etibarən həyata keçiriləcək. Xüsusilə də, Ramazan ayında ümrə ziyarətinə gələnlərin sayında çox böyük artım olduğu üçün bu qərarın verildiyi öyrənilib.

Səudiyyə Ərəbistanın Səhiyyə Nazirliyi də Ramazan və həcc dövrü üçün hazırlıqların davam etdiyini bildirib. Qeyd olunub ki, 21 xəstəxana və 154 sağlıq mərkəzində 20 min səhiyyə işçisi əhaliyə xidmət göstərəcək.


Просмотров: 257 | Добавил: Admin_VuqaR | Дата: 09.06.2013 | Комментарии (0)

 »  Son 10 il ərzində Türkiyənin ən varlı iş adamları könüllü olaraq xeyriyyə işlərinə nə qədər vəsait xərclədikləri barədə məlumat verməyiblər. "Kapital” jurnalı iyun sayında buna son qoyaraq 10 ilin ən xeyriyyəçi 20 iş adamın adını açıqlayıb.

Cədvələ 1.130 milyard YTL ilə "Koç Holdinq”in prezidenti Mustafa Koç başçılıq edir. İkinci yerdə 762 milyon YTL ilə "Bilkent Holdinq”in prezidenti Əli Doğramacı, üçüncü yerdə isə 675 milyon YTL ilə "Fiba Holdinq”in prezidenti Hüsnü Özyeğin gəlir.

Digər yerlərdə isə 302 milyon YTL ilə "Doğus Holdinq”in prezidenti Fərid Şahənk, 232 milyon YTL ilə "Opet”in prezidenti Fikret Öztürk, 231 milyon YTL ilə "Enka”nın prezidenti Sinan Tara, 200 milyon YTL ilə "Boydak Holdinq”in prezidenti Hacı Boydak, 200 milyon YTL ilə "Anadolu Endüstri Holdinq”in prezidenti Tuncay Özilhan, 148 milyon YTL ilə "Ağaoğlu” şirkətlər qrupunun prezidenti Əli Ağaoğlu, 102 milyo ... Читать дальше »

Просмотров: 187 | Добавил: Admin_VuqaR | Дата: 09.06.2013 | Комментарии (0)

 »  

Bu barədə məlumat müğənninin yaxın dostu DJ Kazım tərəfindən verilib.

DJ-in sözlərinə görə, A.Kazımova dünəndən artıq Azərbaycanda yoxdur: "Aygün xanın dünəndən gedib”.

Xatırladaq ki, bir neçə gün bundan öncə xalq artisti açıqlama verərərk yalan və böhtanlardan bezdiyini və bu səbəbdən də ölkəni həmişəlik tərk etmək niyyətində olduğunu bildirmişdi.

Просмотров: 345 | Добавил: Admin_VuqaR | Дата: 09.06.2013 | Комментарии (0)

 »  

Ölkənin şərqində yerləşən Benqazi şəhərində Müəmmər Qəddafiyə savaşan ancaq silahı hələ də yerə qoymayan bir qrupla vətəndaşlar arasında baş verən toqquşmalarda ölənlərin sayı 28 nəfər-ə çatıb.

60 nəfər isə yaralanaraq xəstəxanalara yerləşdirilib.

Şahidlərin sözlərinə görə vətəndaşlar silahlı qrupa etiraz edərkən onlar silahsız insanlara atəş açıblar.

Qəddafi hökümətinə qarşı hazırki Liviya hakmiyyətinin silahlandırdığı indi isə onları tərksilah etməyə gücləri çatmadığı silahlı qruplar ölkədə at oynadır.

Liviya höküməti isə bu qruplarla mübarizə apara biilmədiyinə görə onların müxtəlif şəhərlərin asayişinin təmin edilməsinə cəlb edib.

Ancaq bu qrupların özbaşınalığına qarşı qalxan vətəndaşlarla silahlılar arasındakı qarşıdurma Benqazidə vəziyyəti lap ağırlaşdırıb.

Просмотров: 253 | Добавил: Admin_VuqaR | Дата: 09.06.2013 | Комментарии (0)

 »  

Xalq artisti İlhamə Quliyeva prodüser Tolikə qız seçəcək.

Axşam.az-ın məlumatına görə, sənətçi "ATV maqazin” verilişinə açıqlamasında Toliki "prodüserlərin prodüseri” adlandırıb.

İlhamə Quliyeva tezliklə onu evləndirəcəyini də sözlərinə əlavə edib:

"Tezliklə Toliki evləndirəcəyəm. Gəlini isə özüm seçəcəyəm. Tolik mənim oğlumun toyunda çox əziyyət çəkdi, iki ay hazırlaşdı. Mən də onun toyunda iştirak edəcəyəm”.

Tolik də evlənmə xəbərinə etiraz etməyib:

"İlhamə xanımın xətrinə evlənəcəyəm, amma digər kişi müğənniləri kimi yalandan yox. Müğənnilər bu gün evlənir, sabah boşanırlar. Mənim nikahım fərqli və davamlı olacaq”.

Просмотров: 255 | Добавил: Admin_VuqaR | Дата: 09.06.2013 | Комментарии (0)

 »  

Türkiyəli müğənni Hadisənin iyunun 23-də şəhərimizin qonağı olacağından xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, "Nar şərab” restoranında baş tutacaq gecənin biletlərini 200, 300 və 500 manata əldə etmək mümkündür.

"Govkhar group” tərəfindən təşkil edilən gecədə qonaqları maraqlı anlar gözləyir.

Biletləri şəhərin kassalarından, "Nar şərab” restoranından və ya bu nömrədən əldə edə bilərsiz: 077 433 00 00.

Просмотров: 296 | Добавил: Admin_VuqaR | Дата: 09.06.2013 | Комментарии (0)

 »  

XeberdarOlaq Day.Az-a istinadən bildirir ki, albom buraxmaq əvəzinə Cəmilə fleş-kart buraxıb. 

«Azərbaycanda hələ heç bir ifaçı bunu etməyib. İçində bir neçə mahnı olan albom əvəzinə, mən fleş-kart buraxmaq qərarına gəldim. Orada bütün yaradıcılığım boyu yazdırdığım 101 mahnı, mənim bütün fotosessiyalarım və kliplərim var. Kim istəyir, ala bilər», - müğənni «ATV-maqazin» verilişinə deyib.

Просмотров: 234 | Добавил: Admin_VuqaR | Дата: 09.06.2013 | Комментарии (0)

Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024