»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:07
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2013 » Июнь » 11

»

AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 11-də paytaxtın Nəsimi rayonundakı Milli Qəhrəman Tahir Həsənov adına 23 nömrəli orta məktəbin binasında həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Mehriban xanım Əliyevaya məktəbin yenidənqurmadan əvvəlki və mövcud vəziyyəti ilə bağlı məlumat verildi.

Binanın layihəsi əsasında həyata keçirilən tədbirlərlə yaxından tanış olan birinci xanım Mehriban Əliyeva yenidənqurma işləri ilə bağlı tövsiyə və təkliflərini söylədi.

 

Yukle( Sekilelre Bax )  
      
   

Yukle( Sekilelre Bax )  
      
&nbs ... Читать дальше »
Просмотров: 347 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

Azərbaycan dövlət gənc tamaşaçılar teatrının gənc aktrisası Günel Məmmədova özbək milli geyimində fotolar çəkdirib. XeberdarOlaq.Ucoz.Com Trend Life-a istinadən xəbər verir ki, layihə Daşkənddə fotoqraf Nizami Abbasov tərəfindən reallaşıb.

 

Yukle( Sekilelre Bax )  
      
   

Yukle( Sekilelre Bax )  
      
   

Yukle( Sekilelre Bax )  
      
  
Просмотров: 365 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

XeberdarOlaq.Ucoz.Com-un məlumatına görə, "Sea Breeze” və "Sky group” tərəfindən təşkil edilən tədbirdə rejissor Aqil M.Quliyev, reper Miri Yusif, rəqqasə Oksana, müğənni Eldar Qasımov, Məryəm Şabanova, model Züleyxa Akçurina, bəstəkar İsa Məlikov, yazıçı Elçin Səfərli və başqaları iştirak ediblər.

Bir-birindən maraqlı rəsmlər çəkən sənətçilər əsərlərini hərracda satışa çıxarıblar.

"Ulduzlər rəsm çəkir” adlı layihə bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.  Yukle( Sekilelre Bax )  

      
Yukle( Sekilelre Bax )  

Yukle( Sekilelre Bax )  

... Читать дальше »

Просмотров: 304 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

XeberdarOlaq.Ucoz.Com-un əməkdaşına eksklüziv açıqlamasında Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova vətənə gəldiyini belə təsdiqlədi:

"Bakıdayam. Reklam çəkilişləri və özəl tədbirdə iştirak edəcəyim üçün qayıtdım. Ancaq bir neçə gündən sonra yenidən İstanbulda dönəcəyəm".

Просмотров: 266 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

Azərbaycan Silahlı Qüvvələrinin iyunun 26-da keçiriləcək hərbi paradında nümayiş etdiriləcək yeni texnikalardan biri də T-90S tankıdır.





Bu barədə APA-ya öz hərbi mənbələrindən məlumat verilib.



Azərbaycanın 2011-ci ildə Rusiyadan aldığı bu tanklar ilk dəfə hərbi paradda nümayiş olunacaq.



Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirildikdən sonra T-72 SIM "Aslan” adı verilmiş tankları ilk dəfə 2011-ci ildə keçirilmiş hərbi paradda nümayiş olunub.



İsrailin "Elbit Systems” şirkəti tərəfindən modernləşdirilmiş bu tankların döyüş qabiliyyəti yüksəldilib, həmçinin atış imkanlarının yaxşılaşdırılması üçün tanklarda bir sıra yeni sistemlər qurulub.

Просмотров: 295 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

Məhşur teleaparıcı Afaq Gəncəlinin XeberdarOlaq.Ucoz.Com saytına verdiyi müsahibəsini sizə təqdim edirəm ; 

-Qısacada olsa özünüzü təqdim edin?

Gəncəli Afaq Aqil qızı.

- Afaq xanım, sizcə bu gün sənət və sənətkarlığın səviyyəsi hansı həddə dayanıb?

Məndə o səlahiyyət yoxdu ki sənətkarları müzakirə edim.Mənim peşəm aparıcılıq və rejissorluqdur

-Afaq xanım,sosial şəbəkələrdən istifadə edirsinizmi?

Ara-sıra informasiya məqsədi ilə facebooka daxil oluram.

-Dostluqunuzda neçə nəfər var?!

Çox deyil yalniz yaxın adamlar.

-Afaq xanım,sevənləriniz küçədə sizi necə qarşılayır?

Təbii ki mehribancasına.Xoş sözlər deyirlər bu məni sevindirir.

-Bildiyimiz kimi sosial şəbəkələrdə ən çox kütləsi olan facebook səhifəsi məhz sizin verliş "10lar” verlişidir.Buna əsas səbəb nəyi görürsünüz?

Bəli "10lar” fan pagenin bu qədə ... Читать дальше »

Просмотров: 1368 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

eaparıcı Nərgiz Cəlilova ötən gün ad gününü qeyd edib.

Axşam.az-ın məlumatına görə, Nərgiz xanım ilk təbriki "Qrand 2012” mükafatının təqdimetmə mərasimindən sonra dostlarından alıb.

Gecənin aparıcılığını edən Nərgiz Cəlilovanı Valeri və Vadim qardaşları, Murad Dadaşov təbrik edib, onun şərəfinə tort gətiriblər.

Aparıcı dünən həmçinin rəfiqələrilə birgə doğum gününü keçirib. Onlar arasında yazıçı Günel Anarqızı və model Günay Musayeva da yer alıblar.

Qeyd edək ki, Nərgiz Cəlilovanın 53 yaşı tamam olub.

 

Yukle( Sekilelre Bax )  
      
  
Просмотров: 345 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (1)

»

Polşa millisinin baş məşqçisi Valdemar Fornalik istefaya göndərilir. Apasport.az saytının məlumatına görə, onu əvəzləyə biləcək 10 namizəd arasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun da adı var.

Belə ki, 67 yaşlı almaniyalı çalışdırıcı Dik Advokat, Marko van Basten, Kristof Daum, Frank Raykaard kimi tanınmış mütəxəssislərlə bir sırada yer alıb.

Foqts ötən yay da bu posta namizəd olsa da, sonda seçim yerli məşqçinin lehinə edildi. Milli isə aylıq məvacibi 150 min avro olan Fornalikin rəhbərliyi altında cari seçmə mərhələdə uğursuz çıxış edərək, son turda Moldova ilə 1:1 hesablı bərabərliyə qalıb.

Bundan sonra narazılıq daha çox baş qaldırıb və polşalılar baş məşqçinin əcnəbi olmağını istəyirlər.

Qeyd edək ki, Polşa yığması 6 oyundan sonra 9 xalla qrupda 4-cü yerdə gedir.

Просмотров: 320 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

Böyük ehtimalla Ukrayna 2014-cü ildə MDB-yə sədrlik edəcək. XeberdarOlaq-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Belarusun paytaxtı Minskdə MDB İcraiyyə Komitəsinin rəhbəri Serqey Lebedev jurnalistlərə açıqlamasında bildirib.

Ukrayna 2013-cü ildə MDB-yə sədrlik etməli idi. Lakin o, bu il ATƏT-də də sədrlik etdiyindən bundan imtina edib: "Ukrayna artıq 2014-cü ildə quruma sədrlik etmək barədə niyyətini bildirib. Mən bilirəm ki, Ukrayna XİN artıq bu istiqamətdə işlər aparır. Mən əminəm ki, Birlik ölkələrinin əksəriyyəti Ukraynanın bu təşəbbüsünü dəstəkləyəcək".

O bildirib ki, MDB İcraiyyə Komitəsi Ukraynanın bütün idarələrinə sədrliyə hazırlıqda dəstək göstərəcək.

Просмотров: 241 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

XeberdarOlaq-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov məlumat verib.

E.Zahidov deyib ki, cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi araşdırır:

"Rəqsanə İsmayılova istintaqdan yayınmır. O, istənilən vaxt ifadə verməyə hazır olduğunu bildirib. İstintaq tərəfindən dəvət ediləcəyi halda ifadə verəcək. Buna görə də beynəlxalq axtarış qərarı dəyişdirildi”.

Qeyd edək ki, müğənni 5 epizod üzrə külli miqdarda dələduzluqda şübhəli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub. Ötən ay isə BŞBPİ bəyan etmişdi ki, Rəqsanə İsmayılova barədə beynəlxalq axtarış elan edilib. Onun İnterpol xətti ilə də axtarışa verildiyi bildirilirdi.

Просмотров: 293 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

Hazırda Bakıda olan müğənni Azəri qızı Günel bulvar gəzintisinə çıxıb.

Axşam.az saytı sənətçinin bacısı ilə çəkdirdiyi fotoları təqdim edir.


 

Yukle( Sekilelre Bax )  
      
  
Просмотров: 360 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

Azərbaycanda kitabxanalar tam yeni formada qurularaq vahid kitabxana-informasiya-istirahət mərkəzləri kimi fəaliyyət göstərəcək.

Bunu Trend-ə Azərbaycanın mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, ölkədəki kitabxanaların, xüsusilə kəndlərdəki kitabxanaların görkəmi və vəziyyəti o qədər də yaxşı deyil. Onların böyük əksəriyyəti bugünkü tələblərə cavab vermir.

Nazir müavini qeyd edib ki, hazırda vahid kitabxana-informasiya-istirahət mərkəzlərinin yaradılması ilə bağlı xüsusi layihə həyata keçirilir. Bu mərkəzlər özlərində həm kitabxananın funksiyalarını çəmləşdirəcək, həm də kitabların satışını həyata keçirəcək. Eyni zamanda, burada elektron kitabxanalar yaradılacaq. Yeni mərkəzlərdə internet şəbəkəsi, WI-FI sistemləri olacaq, rabitə əlaqələri təkmilləşdiriləcək:

"Bu mərkəzlər kənd şəraitində insanların bir istirahət ye ... Читать дальше »

Просмотров: 260 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

»

Metronun "Elmlər Akademiyası" stansiyasının qarşısındakı problemlə bağlı Milli.Az-a göndərilən oxucu məktubu belə düşünməyə əsas verir.

Oxucu yazır ki, sözügedən metro stansiyasının qarşısındakı işıqforda hər gün səhər 07:45-09:00 vaxtlarında süni tıxaclar yaranır. Süni tıxaclara səbəb isə iritutumlu avtobusların yolun eyni istiqamətli hər 2 hərəkət zolağında saxlamasıdır. Digər sürücülər isə bu vəziyyətdə məcburi şəkildə qoşa xətti tapdalayaraq qarşı zolağa çıxır və təhlükəli vəziyyət yaranır.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov XeberdarOlaq-a açıqlamasında bildirdi ki, yol polisi ərazi üzrə bu kimi qanun pozuntuları aşkarladıqda tədbir görür.

Bölmə rəisi metronun "Elmlər Akademiyası” stansiyasının qarşısındakı problemin yaranmaması üçün ərazi üzrə xidmətin gücləndiriləcəyini vurğuladı.

V.Əsədov əlavə etdi ki, yol polisi həmişə avtobuslara qa ... Читать дальше »

Просмотров: 247 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

 »   

XeberdarOlaq.Ucoz.Com saytı xəbər verir ki,gənc populyar müğənni Leyla Ramazanlı yeni mahnısın hazır edib.Musiqisi İsmail Əsədova,sözləri Arzu Əsədova məxsus olan "Göy Qurşağı" bu yayın ən çox sevilən mahnılardan biri olacaq deyə müğənni bildirib.
Sekilleri sizlərə təqdim edirik.

Sekiller Sabah Saat 14:00 -da Qoyulacaq!

Yukle( Sekilelre Bax )  
      
  

Yukle( Sekilelre Bax )  
      
  

Yukle( Sekilelre Bax )  < ... Читать дальше »
Просмотров: 510 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

 »   Sərxan Kərəmoğlunun təqdimatı aləmi bir-birinə vurub.Dünya Azərbaycanlılarının Konqresi xalq artisti Brilliant Dadaşovanı "Türk dünyasının sənət kraliçası" tituluna deyil, "Sevgi" mükafatına layiq görüb. Brilliant Dadaşovanın mətbuat xidmətindən verilən məlumata görə, 30 may 2013-cü ildə Dünya Azərbaycanlılarının Konqresi Azərbaycanda fəaliyyət göstərən əyləncə məkanlarının birində möhtəşəm mükafatlandırma mərasimi keçirilib.

Konqres Brilliant Dadaşovanı türk dünyasında Azərbaycan mədəniyyətini yüksək səviyyədə təbliğ etdiyinə görə "Sevgi” ödülü ilə mükafatlandırıb.

Brilliant Dadaşova səhnəyə çıxanda gecənin aparıcısı Sərxan Kərəmoğlu Brilliant xanımı "Türk Dünyasının sənət kraliçası" kimi təqdim edib.

Qeyd edək ki, Amaliya Pənahova, Fəxriyə Xələfova, Nurəddin Mehdixanlı, Hüseynbala Mirələmov, Məleykə Əsədova, tanınmış teleaparıcılar, ... Читать дальше »

Просмотров: 323 | Добавил: Admin_VuqaR | Дата: 11.06.2013 | Комментарии (0)

Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024