"Azərbaycan telekommunikasıya peyki göydədir. Ondan artıq gəlir götürülüb”. Bunu rabitə və informaisya texnologiyaları naziri Əli Abbasov deyib.
O bildirib ki, Şimali Afrika ölkələrinə peyk vasitəsilə xidmət göstərilir: "Artıq 5 milyard dollar gəlir götürülüb. Bu məbləğ isə peyki hazırlayan ABŞ şirkətinin kreditinə yönləndirilib”.
Nazir həmçinin bildirib ki, 2013-cü ilin sonundan etibarən Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq."Azərbaycanda rəqəmsal televiziya yayımına keçidlə əlaqədar işlər sürətlənib. Artıq bu ilin sonundan analoq yayım dayandırılacaq və gələn ildən tamamilə rəqəmsal yayıma keçiləcək”.
|