"Fikir sahibləri birgə müşavirə edib, ictimai-siyasi durumu nəzərə alıb, millət və dövlətlə bağlı qərarlar qəbul etməlidirlər. Lakin təəssüflər olsun ki, qrup və dostluq maraqları hələ də siyasilərin təfəkkürlərində hakimdir”.
Bu fikirləri "Olaylar”-a İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı Milli Şura daxilində baş verən ziddiyyətlərə münasibət bildirərkən səsləndirib. Partiya sədri qeyd edib ki, Milli Şura ölkəmizin indiki durumunda tək müxalifətin deyil, cəmiyyətimizin bütün təbəqələrinin marağında ola bilən "Fikir otağı" olmalıdır. Tahir Abbaslı bildirib ki, Milli Şura bütün siyasilər üçün testdir: "Millətin və dövlətin yüklərinin ağırlığını boyunlarına götürənlər, məsuliyyətdən qaça bilməzlər”.
|