»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 10:54
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2013 » Июнь » 12 » Müsavat Milli Şurada təkləndi...
17:09
Müsavat Milli Şurada təkləndi...

»

Milli Şurada vahid namizəd dartışmaları davam edir. Əsas mübarizə Müsavat başqanı İsa Qəmbərlə Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyov arasında gedir. Daha dəqiqi, Müsavat başqanı özünü bu mübarizəyə qoşub və hesab edir ki, Milli Şurada dəstək qazana bilər. Bir həftədir ki, Müsavatın Milli Şurada təmsil olunmayan hissəsi İbrahimbəyova qarşı kampaniya aparır. Rauf Arifoğlu və dostları sosial şəbəkələrdə vahid namizədin İsa Qəmbər olmasını vacib sayıblar. Pənah Hüseyn hətta İctimai Palatada çıxışında açıq-aşkar vahid namizədin İsa Qəmbər olmasını daha faydalı hesab edib. Müsavatın təbliğat maşını bütün gücü ilə işindədir.

"Müxalifəti skaypla idarə edən lider”, "İkinci Rəsul Quliyev sindromu yaşayacağıq” ifadələrinin hamısı Rüstəm İbrahimbəyova aiddir. Müsavat bəzən açıq, bəzən örtülü mətnlə İbrahimbəyova qarşı piar aparır. Müsavatın son tələbi belə olmuşdu: "Vahid namizəd olmaq istəyirsə, ölkəyə gəlməlidir”.

Müsavatda yaxşı bilirlər ki, üzərində məhkəmə işi olan İbrahimbəyov ölkəyə qayıtmayacaq. İbrahimbəyov özü də gəlməyəcəyini bəyan edib. Müsavat onun bu mövqeyindən və çəkingənliyindən istifadə edərək daha cəsarətli davranıb. Neçə gündür müsavatçıların tələblərinin ardı-arası kəsilmir. AXCP sədri Əli Kərimlinin əslində İbrahimbəyovun xeyrinə olan "mən iki illik aralıq dövr üçün namizəd irəli sürməyəcəm, İsa bəy iki illiyə razıdırsa, onun xeyrinə namizədliyimi geri götürərəm” bəyanatından da istifadə edirlər.

Müsavatçıların şadyanalığı o həddə çatdı ki, bazar ertəsi belə bir xəbər buraxıldı: "İsa Qəmbərin Milli Şura qələbəsi! Müsavat başqanının namizədliyi razılaşdırılıb”. Xəbərin piar olduğu dəqiq idi. Müsavat istəmədən Milli Şuraya daxil oldu, indi geriyə yol yoxdur. Yeganə yol İsa Qəmbərin nə yolla olur-olsun Milli Şuranın vahid namizədi olmasıdır. Buna isə praktiki olaraq imkan yoxdur.

Müsavatın bazar-bazar ertəsi apardığı piar kampaniyasına gecə ikən reaksiya gəldi. AXCP sədrinin müavini Nurəddin Məmmədli vahid namizəd olmaq üçün İbrahimbəyovun ölkəyə dönməsinə o qədər də ehtiyac olmadığını bildirdi. Ardınca, Milli Şuranın icra aparatı bəyanat yayaraq "İbrahimbəyov vahid namizəd olmasa, ölkəyə gəlməyəcək” bildirdi. Bu, faktiki olaraq Müsavata cavab idi.

Ertəsi gün ACP lideri Rəsul Quliyevin verdiyi bəyanat Müsavatın ümidlərini alt-üst etdi və dəngələri dəyişdi. Eks-spiker bəyanat verərək prezidentliyə vahid namizəd kimi İbrahimbəyovu dəstəklədiyini bildirdi. Bu, artıq Müsavatın Milli Şura daxilində uduzmasının, təklənməsinin göstəricisidir. İyunun 28-də Milli Şura vahid namizədini elan etməlidir. Böyük ehtimalla, səs üstünlüyü ilə Rüstəm İbrahimbəyov vahid namizəd olacaq. Onun adaylığını İsa Qəmbərin uğursuzluğunu, siyasətdən getməsini istəyən rəqibləri arzulayır. Rəsul Quliyev, Lalə Şövkət, Əli Kərimli kimi fiqurların kinodramaturqu önə çıxarmasının başqa səbəbi ola bilməz.

Bu hadisədən sonra Müsavatın Milli Şuradan çıxmaqdan başqa yolu qalmır. Müsavat Şurada qalsa, partiya daxilindəki antiMilli Şura qüvvələri ayrılacaq. Müsavat Milli Şuradan çıxsa, o zaman AXCP-nin təsiri ilə elektoratının bir hissəsini itirmək zorunda qalacaq.


Просмотров: 263 | Добавил: Admin_VuqaR | Рейтинг: 2.5/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июнь 2013  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024